Dostluq "qatili" - Anar YUSİFOĞLU yazır

25 May 2023, 12:08
25 May
2023
12:08
113
Hər birimizin öz dünyası, öz aləmi olsa da, biz bu dünyadan kənarda deyilik. Bu qədər informasiyanın, kommunikasiya vasitəsinin olduğu dünyada çox vaxt ünsiyyətə möhtac yaşayırıq. Tənhalığımızın özündə belə başa düşülmə, anlaşılma istəyi tükənməzdir, üstəlik, sosial, siyasi, iqtisadi münasibətlər olmadan mövcud olmamız da mümkün deyil.
Hər kəsin maddiyyata ehtiyacı var. Amma biz «qandan və çamurdan» ibarət deyilik ki, bütün düşüncəmiz maddi mövcudluğumuzun üstündə qurulsun. "Ruh və cansız” insan həyatı heyvan həyatından qəti fərqlənmir. Bunu anlamaq o qədər də çətin olmamalıdır.
Bütün düşüncəsini mənafe üstündə quran insana az rast gəlmirik. Belələri üçün hər bir tanış, hər bir əlaqə, hər bir münasibət yalnız mənfəətdir: Kim bu ölçülərə uyğun gəlmirsə, demək, onunla ünsiyyət saxlamağa dəyməz!
Ədəbiyyatın mövzusu olan belə tiplərin bütün həyatları yalnız «iqtisadi əlaqə» üstündə köklənir. Ömrünü-gününü alan bu əlaqələr onu adi insani hissdən də məhrum edir: onun üçün ana, bacı, qardaş, dost adlı doğmalar «maddi yükdən» başqa bir şey deyil. Maddi yükdən azad olmaq və maddi yükünü tutmaq üstündə savaşa çıxan bu insanların yaşam qayəsi isə onları özlüyündən, kimliyindən qoparıb aparır.
Özlərinə bəraətləri də varmış – mənafe üstündə qurulan əlaqəni «ağıllı sosial mövqe», «mövcudluğun nizamı» sayırlar.
Bu bisavadlar hələ də dərk etmirlər ki, dünyanın nizamının eşqdən asılı olduğu bəşəriyyətə ən azı Nizami dövründən bəllidir.
Doğmalardan qaça-qaça, mənəvi ünsiyyətdən uzaqlaşa-uzaqlaşa içlərində yaranan boşluğu maddi nemətlərlə doldurmağa çalışırlar. Amma bunun nə faydası var? Ruh bədən deyil ki, ehtiyacını yeməklə, geyməklə, gəzməklə ödəyə bilsin.
Bir də, atalar yaxşı deyib, «tənha quş yuva bağlamaz, qartal olsa da».
Hər gələn faninin əbədi mənzilə gedişi də var. Hələ heç kim əbədiyyətə pulun çiynində getməyib…
Ancaq heç kim deyə bilməz ki, maddiyyat insan xarakterini dəyişir, onu hissiz, duyğusuz birinə çevirir. Doğrusu, bu cəfəngiyyatları eşitməkdən bezmişəm. Maddi nemətlər insanlıq, sərvət insaniyyət üçündür. Maddi rahatlıq insanın psixoloji aləminin, əxlaqi keyfiyyətlərinin güzgüsüdür.
İnsanın xarakterini nəsə dəyişirsə, onu maddiyyatın üstünə atmağa dəyməz. Demək adam buqələmundur, vəssalam, bunun başqa adı da yoxdu. O, səngərdə düşmən gülləsi qarşısında da səni tək qoya bilər, qar üstündə təsadüfən sürüşüb ayağını sındıranda da!
Maddi sərvətin doğmanı yada, yadı doğmaya çevirdiyini də hər kəs yəqin ki, müşahidə edib. Görəsən, bunun nədən qaynaqlandığını düşünən olubmu?
Hər kəs əlinə düşən fürsətdə xarakterini göstərir. Bütöv xarakterli insanlar maddi zənginləşdikcə, nə qədər mənəvi doğmalar, yaxınlar qazanır… Bəziləri isə qan qohumlarını, illərlə boyunlarında haqları olan insanları belə unudurlar…
Hər addımda mənəvi doğmalıq qazanmaq imkanı ələ düşmür. Tanrı insana çox məhdud sayda belə fürsət verir.
Bunu dəyərləndirmək qabiliyyəti olanlar əsl sərvəti qazananlardı…
Anar YUSİFOĞLU
Xəbər lenti
-
13:48“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:40“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
16:57Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
21:05Alındı, cənab Prezident!
-
18:12“Ədibin evi”ndən ədəbi köşə
-
18:11Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:25Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
18:45Vətən Müharibəsi Veteranları və qazilərlə görüş təşkil olunub
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:55Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
10:37DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
-
11:18HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
14:31“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:05“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:11“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
Digər xəbərlər
-
SİYASƏT
“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
SİYASƏT
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb
-
SİYASƏT, GÜNDƏM
Alındı, cənab Prezident!
-
SİYASƏT
Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
-
SİYASƏT, GÜNDƏM
“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
SİYASƏT
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
SİYASƏT
Vitali Balasanyan da HƏBS OLUNDU
-
SİYASƏT
Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
SİYASƏT
Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək