Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
31 Oktyabr 2023, 19:58
31 Oktyabr
2023
19:58
241
Avropa İttifaqının son dönəmlər sərgilədiyi fəaliyyət, xüsusən də Fransanın məlum istiqamətdə xüsusi canfəşanlığı başa düşülən deyil. O anlamda ki, erməninin özündən daha çox erməni olmağa çalışanların məramını anlamaqda bəzən həqiqətən çətinlik çəkirsən. Hətta hərdən adama elə gəlir, Paşinyanla Makron rotasiya edib, dövlətləri idarə edən subyektlər müvəqqəti dəyişib.
Bu sözləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.
O, Azərbaycana qarşı sanksiya anonsuna diqqət çəkib:
"Hokkey vətəninin qar adamları o tərəfdən sanksiya anonsu verir. (Sanki bunlarla milyardlıq ticarət əlaqəmiz və ya dəhşətli gediş-gəlişimiz varmış kimi) Digərləri isə söhbətə "fransız” qalmalarına rəğmən yuyulmamış çömçə kimi özlərini ortalığa atırlar ki, bəs demə Qarabağdakı erməni əsillilərin hüququ-azadlığı pozulubmuş, onu təcili bərpa etmək lazımdır.
Nə hüquq? Hansı hüquq? 30 il boyunca işinin dalınca gedən və indi qış yuxusundan ayıldığınızda yadınıza düşən hüquqmu? Yoxsa Xocalı qətliamı törədildiyində qulağınıza tıxadığınız pambığın, gözünüzə taxdığınız qara eynəyin ucbatından görə bilmədiyiniz hüquqmu? Bəlkə söhbət sabotaj hüququndan gedir? Ya da cinayətkarın cinayət törətmə hüququndanmı?
Gün görəsən haradan çıxıb ki, zamanında 1 milyon azərbaycanlı qaçqının, məcburi köçkünün taleyi ilə 1 dəfə maraqlanmayanlar indi Avropa qiyafəsində, demokrat libasında peydahlanıblar? Üstəlik, hələ utanmadan moizə oxuyurlar, məsləhət verirlər, bəzən hətta "sifət” edirlər...
"Ağ gün”ə çıxardıqlarınız ortadadır. Müharibəyə sürükləyib sonucda arxalarından qaçdıqlarınız da ən yeni tarixin "mübarək” məhsulları və nümunələridir. Amma və lakin! – Yetmədimi? Məkrli niyyətlər bitmədimi? Bölgə axı indi-indi dirçəlir, ədalət və ətalət yenicə öz tamlığına qovuşur. Bir qalıb sülh müqaviləsi, o da imkan versəz olacaq. Amma vermirsiz! Həm də bütün gücünüzü səfərbər edərək - vermirsiz! Çünki sabitlik sizin anlamınızda kabus deməkdir!"
Elşən Musayev qeyd edib ki, Paşinyanın artıq itirəcəyi heç nə yoxdur:
"Paşinyanın zatən itirəcəyi bir şey yoxdur. Üzünü ha Rusiyaya döndərsin, ha Avropaya, ha Qərbə (hərgah Qərb və Avropa artıq bərabər asosasiya olur) , ha Asiyaya. Nə tafotu var? Sıfırı onsuzda neçəyə vursan yenə sıfır edir. Yəni, bütün hallarda adam öz dövləti ilə bərabər fiaskoya məhkumdur. Çünki nə gücü var, nə resursu. Amma Azərbaycanın vəziyyəti fərqlidir axı. Daha dəqiq desəm: Perspektiv bütün istiqamətlər üzərindən bizim üçün açıq və məqbuldur. Guya Avropa ilə ticari dövriyyəmizi məsələn, tamlıqla Çinə yönəltsək, nəsə itirəcəyik? Ya da olsun digər ölkələr. Xeyr! İtirməyəcəyik. Əksinə, itirən Avropa olacaq. Əsas da enerji təminatı mövzusunda danışarkən ağızları umsuqlanan bəzi ölkələr!
Bəli. Avropa ailəsi zamanında çox cəlbedici idi. Amma o ailənin başında Avropalı olmayanlar qərarlaşana qədər. Ailədə hamı öz yerini və sərhədini bildiyi zamana qədər. Elə ki, əl dəyişdi, val da dəyişdi. Hə, aydındır, coğrafi düzən bəzi məsələləri – tutaq əbədi qonşuluq və ya beynəlxalq təşkilatlarda ümumi təmsilçilik mövzularını qaçılmaz edir. Amma müttəfiqliyi və tərəfdaşlığı qaçılmaz etmir! Fərd olaraq hansısa dövlətin ədalətsiz qərarına mövqe bildirmək, həmin dövləti yerində oturtmaq hüququnu və lüksunu qaçılmaz etmir!
Qısası, dişə-diş, buynuza-buynuz prinsipi artıq geosiyasi tələbə çevirilib... Və... həddini bilməyənə hədd göstərməyin əsl zamanı da məhz indidir!"
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
SİYASƏT, GÜNDƏM
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev