"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
19 May 2024, 15:51
19 May
2024
15:51
311
Fransanın daxili işlər naziri Jerald Darmanen Azərbaycanı diktatura ölkəsi adlandırıb. Bəli, düz eşitdiniz: Parisdən 27 saatlıq hava yolu məsafəsində yerləşən Yeni Kaledoniyada insanların haqq səsini boğmaq üçün öz xüsusi təyinatlılarının ən az üçdə birini bu adaya ezam edən qurumun şefi Azərbaycanı diktatura ölkəsi adlandırıb.
Və adlandırması qalsın bir yana, hələ açıqlamanın əvvəlinə (mübtəda qrafasına) "erməni qətliamı törədənlər”, "Yeni Kaledoniyadakı hadisələrin təşviqatçısı” kimi absurd dekorlar pərçimləməyi də unutmayıb.
Heyhat! Gedib 13 min kilometr uzaqlıqda, Sakit Okeanın tən ortasında hasarlar salasan, saxta referendum keçirəsən, hər ağlasığmaz cinayəti törədəsən, bir millətin genosidinə hədəflənəsən və… axırda da öz abırına kor olmaq əvəzinə utanmadan-qızarmadan hər şeydə Azərbaycanı ittiham edəsən…
Odur ki, gecikmədən Darmanenin "bəy tərifi”nə keçək.
Əvvəla: Biz tarixin heç bir dönəmində fitnə, qan və təxribat təşviqatçısı olmamışıq. Çünki belə "qara işlər” sizin kurasiyanızdadır, cənab nazir! Azərbaycan sadəcə beynəlxalq hüquq və diplomatik protokol çərçivəsində günahsız Kanak xalqına, Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən, iztirablar içində boğulan, yaşamaq uğrunda mübarizə aparan insanlara öz mənəvi dəstəyini göstərib. Vəssalam!
İkincisi. Hətta bu cür düşünmən belə ayıbdır! Söylədiklərin absurd və yalana, iftira və həqarətə söykənsə belə, onları dilə gətirmək rəzillikdir! Və ya: əgər tabeliyində olan müstəmləkəyə ixtiyari dövlətin əli səndən daha çox çatırsa, o zaman kimi gözləyirsən? Get özünü as! Ya da gir yerin ən uzaq dibinə ki, görən olmasın.
Üçüncüsü: Diktator sənsən, sənin rəhbərindir, sənə bu sözləri dedirdəndir. Hər halda belə olmasaydı, hüquqi mövzular haqda danışman gərəkən yerdə oturub "ciddi-ciddi” siyasi şərhlər verməzdin, başındakı "demokl”un, "gilyotin”in bircə baxışı ilə Azərbaycanı hədəfə almazdın, özünə, təyinatına aid işlərlə gündəmə gələrdin.
Dördüncüsü: Azərbaycana "qatil” deyib keçmisən. Hərgah, çox yox, 45 dərəcəlik bucaq altında geri dönsən və yarımca əsrlik keçmişə nəzər salsan anındaca gün kimi aydın olan reallıqla baş-başa qalacaqsan. Ki, əsl qatil kimdir! Yadına düşəcək ki, Əlcəzairdə 5 milyon mina basdıran, 17 nüvə sınağı keçirən, 1 milyon yarım əhalini qətl edən, "Kasablanka” döyüşündə 5 min mərakeşlini diri-diri yandıran, 1961-də 7 min tunislini qanına qəltan edən, Ruandada 800 min(!) tutsinin ölümündə birbaşa iştirakçı olan, Vyetnamda 157 uşağı günün-günorta çağı gülləbaran edən ölkə Azərbaycan deyil, Fransadır! Xatırlayacaqsan ki, Rusiya-Ukrayna münaqişəsinin bu masştaba qədər irəliləməsində, Qəzzadakı alovun sönməməsində, Gürcüstanın qarışmasında, erməni revanşistlərin müharibə ruhu ilə qidalanmasında ən böyük günahkar və səbəbkar mənsub olduğun dövlətdir! Ağlına vuracaq ki, ora-bura silah daşıyan, bölgədə və dünyada sülhü əngəlləyən, yeni qurbanların, itkilərin, ölümlərin var olması üçün dəridən-qabıqdan çıxan riyakarı uzaqda deyil, elə burnunun tən ucunda, bircə addımlıqda axtarmaq lazımdır…
Nəhayət, beşincisi…Darmanensən, "darmayed”sən, nəsən, bilmirəm, amma sənə şiddətlə tövsiyyə edirəm ki, özünü yığışdırasan.
Çünki biz ağzının qatığını dağıdanları ya ağız üzünə həsrət qoyuruq, ya da qatıq….
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
SİYASƏT, GÜNDƏM
"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir
-
SİYASƏT, GÜNDƏM
“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
SİYASƏT, GÜNDƏM
Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
SİYASƏT, GÜNDƏM
“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
İstiqlal Bəyannaməsi müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoydu ŞƏRH