“Bu xain təşkilata (FETO) qarşı hamımız ayıq olmalıyıq”

“Bu xain təşkilata (FETO) qarşı hamımız ayıq olmalıyıq”
Qazaxıstanda səfərdə olan Türkiyə Xarici işlər naziri Hakan Fidan Türkiyənin Qazaxıstanda ən böyük xarici investorlardan biri olduğunu ifadə edərək, "10 milyard dollarlıq ticarət həcmi artıq uzaq hədəf deyil" dedi.

7News.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir Fidan Astanada Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileu ilə görüşündən sonra birgə mətbuat konfransında çıxış edib. 

Türkiyənin Qazaxıstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirən Fidan, bunu prezident Rəcəb Tayyib Ərdoğanın ötən ilki səfəri zamanı da ifadə etdiyini vurğulayıb.

Fətullahçı Terror Təşkilatı (FETO) ilə mübarizədə atılacaq addımların da müzakirə edildiyini qeyd edən Fidan, "Bu məkrli terror təşkilatını çox yaxşı tanıyırıq. Onların Türkiyədə və digər ölkələrdə dövləti ələ keçirmək üçün nələr etdiklərini, hansı üsullardan istifadə etdiklərini və kiminlə subpodratçı olduqlarını bilirik. Bu xain təşkilata qarşı hamımız ayıq olmalıyıq. Bununla bağlı hər cür lazımi dəstəyi göstərməyə hazırıq” deyə bildirib. 
 
Dışişleri Bakanı Fidan Kazakistan’da

Xəbər lenti