“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”

25 May 2025, 22:02
25 May
2025
22:02
60
28 May-bizlər üçün təqvimin ən önəmli günlərindən biridir. Çünki hazırda daşıdığımız müqəddəs ada məhz o zaman qovuşmuşuq, Azərbaycan və azərbaycanlı kəlməsini məhz həmin andan etibarən şüurumuza əxz etmişik, dövlətçilik ənənələrini məhz bu tarixin verdiyi imkanlardan bəhrələnərək bütöv və monolit hala gətirmişik.
Haqqında danışdığım tarix isə bir tək ənənələrlə deyil, həm də genetik kodlarla ifadə olunur. Daha dəqiq desəm: Əsrin əvvəlində, Şərqdə ilk dövləti necə yaratmışdıqsa, əsrin sonunda "Azadlıq” meydanındakı qəhrəmanlıqlarımızdan dolayı "20-ci yüzilliyin xalqı” titulunu necə qazanmışdıqsa, bir dönəmdən sonra məğlubiyyətləri də eyni cür sıralaya və...70 ildən sonra güc-bəla ilə əldə etdiyimiz müstəqilliyi itirə bilərdik.
Eynən "18 ayın presedentinə” söykənərək!
Bəzən siyasi opponentlər 90-ları təftiş edərkən buyururlar ki, məlum gedişat bütün post-sovet ölkələri üçün xarakterikdir və ya onlar da dövləti, dövlətçiliyi qorumaq yolunda eyni çətinliklərlə üzləşiblər
Xeyr, mənim əzizlərim! Azərbaycan qədər deyil! Hətta, ümumiyyətlə-deyil!
Bizim keçdiyimiz əzablı yolu kimsə keçməyib. Nə Belarus, nə Litva, nə Qazaxıstan, nə Türkmənistan, nə Qırğızıstan, nə də başqa biri! Hə, "təməl kontekstində” hamının müəyyən əziyyəti, xidməti var. Razıyam. Amma həmin dövlətlər Azərbaycandan fərqli olaraq heç vaxt dağılma, parçalanma, 4-5 yerə bölünmə təhlükəsi ilə üzləşmədi...Bilirsinizmi niyə?! Çünki onların hakimiyyəti, iqtidarı müstəqilliyin ilk etapındaca "ağzında saqqız çeynəyib, köpük partladanlar” tərəfindən mənimsənilməmişdi.
Çünki - onların, qaş düzəldəcək yerdə göz çıxaran və az qala bütöv Qarabağı bir lüzumsuz bəyanatın badına verən lideri, riyaziyyat təhsilli müdafiə naziri, fizika təhsilli xarici işlər naziri yox idi.
***
Kuçma. Şvarnadze. Lukaşenko.....Nəhənglər dərhal sükan başına keçdilər.
Biz isə sözün gerçək anlamında "uşaq-muşağın” əlində qalmışdıq!
Və bir az da geciksəydik, "talış muğan respublikası”nın himnini, konstitusiyasını (?!) yazanlar, "Sadval”ın əli ilə şimalda böyük bir trayektoriya cızanlar, Rövşənin kor qalmış avtomatından dövlətin ürəyinə güllə atanlar, "ağzıqara” Sürətin üzərindən ölkəmizə meydan oxuyanlar müstəqilliyimizi də, suverenliyimizi də basıb-yeyəcəkdilər.
Heydər Əliyev olmasaydı – müasir Azərbaycan indi mövcud deyildi!
Heydər Əliyev yenidən siyasətə qayıtmasaydı, Milli Məclis sədrinin otağına silahla girən terrorbaşıları, Gəncəni "dədəsinin malı” gözündə görən bədxahları islah etməsəydi, danışarkən ağzından horra və şorba tökülən diletantları, bəsitləri, kustarları, səriştəsizləri idarəçilikdən uzaqlaşdırmasaydı – indi mövcud deyildik!
Heydər Əliyev, çox demirəm, yarımca il hakimiyyətə gec gəlsəydi, bu ölkəni populistlərin, qaçağanların, siyasi fərarilərin caynağından qurtarmasaydı – indi mövcud deyildik!
Vallah, billah – deyildik!
***
Müstəqillik gözəldir. Müstəqillik dadıla biləcək ən gözəl nemətdir. Müstəqillik şərtdir, vacibatdır!
Fəqət, nə təəssüf, paralel fonda həmin müstəqilliyə qarşı yönələn təhdidlər də qaçılmazdır və onları zaman-zaman izləmək məcburiyyətindəyik. Əlikramın, "Sadval”ın, "OMON”un yolunu gedənlərin, "Kərimə dövləti” yaratmağa cəhd edənlərin timsalında. FETÖ-nun tör-töküntülərinin timsalında. Vətən satmağı özlərinə həyat və fəaliyyət prioriteti seçən qaraguruhun timsalında. Söyüşdən yoğrulub, söyüşlə qidalananların timsalında...
Bulqakovun gözəl bir sözü var: "Uşaqların qaranlıqdan qorxması normal haldır. Normal olmayan şey böyüklərin işıqdan qorxmasıdır.”
...Bəzən müstəqil Azərbaycanın işığı, qalibiyyətləri, inkişafı çox gözləri qamaşdırır, qıcıqlandırır və hansısa məqamda hətta qorxudur. Amma, artıq öyrəncəliyik. Təəccüblənmirik.
Yetər ki:
Biz yerimizdə olaq və bu günlərin qiymətini bilək.
Ulu Öndərin və İlham Əliyevin dəyərini anlayaq.
Azərbaycanı Azərbaycan edən KİŞİLƏRİN zəhmətini unutmayaq.
Müstəqilliyimizin, milli şüurumuzun, dövlətçilik kimliyimizin Heydər Əliyevin adı ilə birbaşa bağlılığını, bu addan qidalandığını əsla və əsla yaddan çıxarmayaq.
Gerisi rahatdı...
Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.
Xəbər lenti
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
SİYASƏT, GÜNDƏM
"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir
-
SİYASƏT, GÜNDƏM
“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!