“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!

02 Oktyabr 2024, 12:11
02 Oktyabr
2024
12:11
298
"AXCP sədri Əli Kərimli Britaniya nəşrinə qotur bir məqalə göndərib və bu minvalla 3 gündür sevincək, eyforik vəziyyətdə sosial şəbəkələrdə var-gəl edir, hamının zəhləsini tökür. Ki, ay belə tirajladım, elə yaydım, filan cür sökdüm, feşman cür yığdım, sair, ilaxır. Məqalə də nə məqalə? - Öz dövlətini hədəfə alan məqalə! Həqarət dolu məqalə! Erməni lobbisinin əlinə oynayan, düşmən dəyirmanına su tökən məqalə. Makronun, Şvabenin, Paşinyanın ritorikası ilə yazılan məqalə! Qələmini itiləyib və o ki var döşəyib Azərbaycanın qarasınca. Yaramaz gədə! Vətən xaini! Hələ utanmır, bunun reklamını da edir, binamusluğuna don da geyindirir.” 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Belə şeylə adam fəxrmi edər? Etməz, təbii. Əsla etməz! Əksinə, utanar, yerin dibinə girər. Amma Əli Kərimlinin sifəti, siması, xisləti "podoşva”nın elə bir nadir materialından hazırlanıb ki, bunun genetikasına şərəfsizlik elə bir şəkildə hopub ki, artıq dünya-aləm vecinə deyil. Ona görə də çərənləyə bildikcə çərənləyir. Sərsəmləyə bildikcə sərsəmləyir. Alçala bildikcə alçalır.
Deyir, COP -29 öncəsi həlqələri qırdıq, mühasirədən çıxdıq.
Həlqə sənin gözünə girsin! Hansı həlqədən çıxmısan? Sən axı kimə lazımsan ki, hələ bir həlqədə, mühasirədə də qalasan? Yanında 3-5 adam vardı, onlar da sənə tüpürüb getdilər. Asif Yusifli, digərləri... Bəlkə yalandır?! Öz də niyə getdilər? – Əbədi boykot strategiyana üsyan, etiraz olaraq.
Yaxşı bəs bu məqalənin qəfil peydahlanma səbəbi nədir? Ya da belə deyək: Əli Kərimlinin "sirk meymunu” kimi ortalığa atılmasının təşəbbüskarları kimlərdir? Əlbət ki, erməni lobbisi və xaricdən idarə olunan cəmi anti-Azərbaycan qüvvələri! Düşünüblər, birdəfəlik istifadəyə ən çox yararlı kimdir? Ağıla ilk gələn Əli Kərimli olub. Ona görə də təcili qərar veriblər ki, AXCP sədrini bəlli para (güman ki, hətta qəpik-quruş) müqabilində ürəkləri istəyən kimi Azərbaycana qarşı danışdırsınlar. Kərimli də ölmürmü belə şey üçün? İstənilən əmrə tabedir! İxtiyari tapşırığa farağatdır! Hər cür yaramazlıq eləməyə bir candır!
Odur ki, kimsə təəccüblənməsin. Təəssüflənsin, amma qətiyyən təəccüblənməsin. Nə gözləyiriksə o da olur. Əli Kərimli şərəfli bir iş görsə adam bax onda təəccüblənər ki, bundan nə əcəb? Deyilmi?! Vəssalam da. Demək ki, ortalıqda qeyri-adi nəsə yoxdur. AXCP sədri sadəcə öz ampluasına sadiqdir və elədikləri yaramazlıqlardan zövq alir.
Biz də öz ampluamıza sadiq qalaq və belə vətən xainlərini daim ifşa edək! " - deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər lenti
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
SİYASƏT, GÜNDƏM
"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir
-
SİYASƏT, GÜNDƏM
“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!