“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
30 Sentyabr 2023, 09:40
30 Sentyabr
2023
09:40
308
Belə olmur e, olmur. Kim nə deyirsə desin, vallah- billah olmur. Olmamalıdır. Bu yaşda ölünməz...
48 yaş ölümün deyil, yaşamın əhatə dairəsində. Belə yaşın faciəsini nə səbəb qəbul edir, nə əcəl, nə gərdiş, nə də qismət. Amma illah ki, ölməyi tərcih etdinsə, yenə də belə ölünməz, əziz bacım. Öyrətmədən, alışdırmadan, xəstələnmədən, xəstələnib sağalmadan, sonra yenə xəstələnmədən, qorxutmadan, həmin qorxunu adiləşdirmədən ölünməz.
10 il öncə feysbuk səhifəmdə atalar haqda paylaşdığım yazıya ilk reaksiyanı sən vermişdin: "Bütün atasızları ağlatdın, qardaş...”
Mən atasızları ağlatmışdım, gözəl bacım. Sənsə öz ölümünlə atalıları, analıları da ağlatdın. Sən balacadan böyüyə hamını ağlatdın. Sən – zamanında qədrini bilməyənləri belə ağlatdın...
***
2 ay öncə övladımın Universitetə imtahan verəcəyini söyləmişdim. Gündə ən az 5 dəfə zəng edib soruşurdu. Ki, balamızın işi necə oldu? Özünü oda-közə vururdu. Narahat idi. Hətta elə narahat idi ki, heç mən özüm o qədər narahat deyildim. Və bir dəfə dözməyib dedim, ay Qənirə xanım İnşallah hər şey gözəl olacaq, darıxma, bu qədər gərginləşmə. Qayıtdı ki, əgər onun bibisiyəmsə ən çox mən narahat olmalıyam da. Uşaq axı mənim qardaşım övladıdır.
Və mən...uşağın xoş xəbərini həmin xəbəri hamıdan çox gözləyən bibisinə verə bilmədim. Çünki o, Universitetə Qənirənin ölüm günü qəbul oldu..
***
Yaşamağa borclu idin, əziz bacım. Sənin bu həyatda 10 dəqiqə daha çox yaşaman 10 insanın probleminin həlli demək idi. 24 saat ərzində hər yerə çatırdın. Şəhid ailəsinə də, qaziyə də, seçicilərə də, mədəniyyət xadimlərinə də, iclaslara da, tədbirlərə də. Hətta özünü körpüdən atıb intihar etmək istəyən də son sözünü sənə deyirdi, hər şeyin yaxşı olacağını sənin dilindən eşitmək istəyirdi...
Sən yaxşılıq və xeyirxahlıq üçün heç bir zaman bəziləri kimi məşq etmədin. Demədin baxaram, çalışaram, sabah zəng edərəm, görüşəndə filankəslə danışaram. Dərhal dəstəyi götürüb harasa telefon açdın, sənə ünvanlanan insanların problemini kimliyindən asılı olmayaraq yerindəcə həll etdin, hamıya hansısa şəkildə dəstək oldun. Üstəlik, təmənnasız, ürəklə, sevə-sevə.
Mən indi anlayıram ki, sən hər yerə niyə bu qədər tələsirmişsən. Mən indi anlayıram ki, Tanrı sənin parlaq karyeranı niyə bu qədər sürətləndirib. Mən indi anlayıram ki, sən bir insanın ən yaxşı halda 1 ilə görə bildiyi işi necə 1 aya sığdıra bilmisən...
Yerin hər zaman görünəcək. Sadəcə bunu bil.
Sənin üçün darıxmamaq mümkün deyil...
Elşən Musayev, Milli Məclisin deputatı
Xəbər lenti
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
-
22:54“44 günlük müharibə bizim şərəf və qürur tariximizdir!” - BƏYANAT
-
15:55“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihə başa çatdı
-
15:24"Azərişıq" COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək (FOTO)
-
15:21200 il gözlədiyimiz bayram - Zəfər günü
-
14:25“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum təşkil edəcək
-
13:16Çağımızın ideyası dövlət kimliyimizdədir! - DEPUTAT YAZIR
-
10:17Türk Dövlətləri Təşkilatı güclənsin deyə, jurnalistika, ədəbiyyat və mədəniyyətin meydanını genişləndirək
-
15:59“İnstusional öhdəlik”, yoxsa öhdəliklərdən imtina – Leyen Bakıya gəlməkdən niyə imtina edir?
-
11:41Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım
-
11:38İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir
-
11:36KİV: "Donald Tramp ABŞ-nin prezidenti oldu"
-
22:42“Mina problemi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışını yubadır” - RƏY
-
17:28Deputat Ramil Həsən Bərgüşad kəndində seçiciləri ilə görüşüb
-
17:22“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:23“Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması” adlı layihə keçirilib
-
10:52"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
09:25"Əngəlsiz qayıdış” adlı filmin təqdimatı oldu - FOTOLAR +VİDEO
-
09:58COP29 zamanı bu küçələr avtomobillərin hərəkətinə tam açıq olacaq — SİYAHI
-
09:54Rayon qeydiyyatı olan avtomobillərin COP29 zamanı Bakıya girişinə qadağa qoyulacaq?
-
17:48"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
14:23Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
12:56MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
-
11:10Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
-
09:36Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi - FOTO/VİDEO
-
11:58Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub - FOTOLAR +VİDEO
-
10:55“ABAD”ın Şuşa və Laçında təqdimatları reallaşdırılıb
-
11:08"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
11:05Səyyar ASAN xidmət İsmayıllıda
-
10:20Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı - FOTO
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
Digər xəbərlər
-
GÜNDƏM
“44 günlük müharibə bizim şərəf və qürur tariximizdir!” - BƏYANAT
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
SİYASƏT, GÜNDƏM
"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Kristal Abşeron sevindirir: Yasamalda tam təmirli mənzillərin satışı başladı!