"Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi Olimpiada ideya oğurluğudur " - FAKTLAR DANIŞIR

22 May 2023, 10:26
22 May
2023
10:26
111
"Deməli, Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi "Ortaq Türk Dünyası Məktəbliləri arası Tarxi Olimpiadası” təpədən dırnağa qədər ideya, fikir, məzmun oğurluğudur."
7NEWS.az xəbər verir ki, bu sözləri "Hədəf" Şirkətlər Qrupunun rəhməbəri Şamil Sadıq deyjb. "Düzdür, bir neçə dost deyir ki, siz zəng edin, məktub yazın, Nazirliklə, Təhsil idarəsinin rəhbəri ilə danış. Danışmayacam, elə fikrimi burdan bildirəcəyəm, əgər geri dönüş olmazsa, daha dərin mətləbləri izah edərək, Elm və Təhsil Nazirinə açıq məktub yazacğam və mübarizəmi hüquqi yollarla davam edəcəyəm. Amma ümid edirəm ki, hələlik bu işdə qabağa verilən Bakı Şəhər Təhsil İdarəsi yanlışını başa düşəcək və geri dönüş edəcək.
Mənim layihəmin adı TİO adlanır, Tür İnteqrasiya Olimpiadası. Məzmundan Nazirə yazdığım məktubdan bir iki cümləni əlavə edirəm: "Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin hazırlanıb istifadə edilməsinə dəstək, türk dünyası məktəblilərinin ortaq bilgisinin formalaşması və qiymətləndirilməsinə, inteqrasiyasına xidmət etmək, gənclərin məktəb yaşlarından qardaş xalqların nümayəndələri ilə təhsil vasitəsi ilə tanış olması, inteqrativ tapşırıqlar vasitəsi ilə intellektlərini yarışdıraraq türk xalqlarının "İşdə, Dildə, Əməldə” birliyinin fərqində olmasını, ortaq mədəniyyətə sahib olduqlarını əyani şəkildə təqdim etməyi qarşısına məqsəd qoymuşdur. Digər tərəfdən də Azərbaycan türk dövlətlərini birləşdirən mədəniyyətə, coğrafiyaya və baxışa sahib bir ölkədir. İstər Orta Asiya, istərsə də Anadoluda yaşayan türklərin Azərbaycanda birləşərək, ortaqlaşaraq inkişaf etməsi tarixi baxımdan da öz təsdiqini tapır.
Cənab Nazir, bu mövzuda Sizə ikinci müraciətimdir. Birinci məktubumuza ARTİ tərəfindən verilən tövsiyələri nəzərə alaraq layihəni yenidən işləyib sizə təqdim edirəm.
Şəxsən mən və Hədəf komandası özümüzü buna hazır hiss edir, bu istiqamətdə müəyyən cəhdlər edirik. Çıxışlarınızın birində dediyiniz kimi, siz təkcə dövlət məktəblərinin yox, həmçinin özəl məktəblərin də nazirisiniz. Məhz bundan ruhlanaraq ümid edirəm ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olaraq TİO-nun keçirilməsi üçün bizə lazımi dəstəyi verəcəksiniz. Bu arzumuzda, əsasən, layihənin məzmunu, təşkili ilə bağlı dəstək gözləntisi var. Beynəlxalq təhsil təcrübəsinə sahib olan biri kimi Siz də etiraf edərsiniz ki, beynəlxalq arenaya çıxmaq və müraciətlər etmək üçün "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənir” ifadəsi layihənin etibarlılığını və sanbalını ən yüksək səviyyədə təqdim edir ki, bu da bizə həm beynəlxalq tərəfdaşların, həm də sponsorların layihəyə cəlb edilməsində ciddi şəkildə motivasiya verəcək.”
(İkinci məktubun tarixi 22.12.22-dir. Birinci məktubun tarixini açıqlamıram, çünki deyəcəklər sizdən öncə fikirləşmişdik.)
Və layihəni məhz Ümummili Liderin 100 illik Yubileyinə həsr etmişik. Məhz Şuşada keçirməyi planlaşıdırırdıq.
Azərbaycandan və türk Dünyasından 19 nəfərlə danışıb, məktublaşıb, Fəxri Məsləhət Şurasını da müəyyənləşdirmişdik. Onun da şəklini yerləşdirirəm.
Və təəssüflə qeyd edim ki, Bakı Şəhər Təhsil İdarəsi boyundan hündürə tullanaraq Beynəlxalq Olimpiada keçirir. Sizcə də çox gülməli deyil? Adından da göründüyü kimi işi, vəzifə səlahiyyətləri Bakı Şəhərinin təhsili ilə məşğul olmaqdır. Görünən odur ki, Bakı şəhər Təhsilinin problemləri bitib, keçib nazirliyin əvəzindən beynəlxalq olimpiadalar keçirməyə.
Dərin düşünəndə fikirləşirsən ki, məndən başqa kiminsə də ağlına gələ bilərdi. Amerika kəşf etməmişik. Amma məhz bu layihə o adamın ağlına gələ bilərdi ki, Murad Adcı demiş, Yövşan ətrindən məst olasan, Qara atın belində şahə qalxmağı bacar və məst ola biləsən. Əminəm ki, yüz faiz əminəm ki, bircə dəfə yövşan ətrini içinə çəkməyən insanlar bunu oğurlayıb.
Həm də ona görə narahatam ki, əllərinə-üzlərinə bulaşdıracaqlar. Necə ki, 2015-ci ildən keçirdiyim "Oxu günü” layihəsi Təhsil Nazirliyi tərəfindən rəsmiləşdirildi, dövlət tədbirləri içinə salındı və son iki ildə heç bir iş də görülmür. Bizim də qol-qanadımızı sındırdılar, əlimizi üzdük.
Layihənin oğurlanması ideyasını verənlər, oğurlayanlar, mənimsəyənlər, diqqətli olun, etirafınızı edin. Bilirəm üzbəüz gələndə, ya üstünüz vəzifədən gedəndə, ya da özünüz kreslodan salınanda üzr istəyib kiminsə boynuna atacaqsınız, biz kimik ki, belə dedilər, etdik, deyəcəksiniz. Amma hələ ki, gec deyil.
Layihəni ilk dəfə elə Əkbər Qoşalı ilə danışıb, türk Akademiyasına təqdim etmişik, Türk Akademiyasında çalışan Füzuli müəllimlə dəfələrlə danışmışıq, amma nazirlikdən məktuba cavab gözləyə-gözləyə bu günə gəlib çıxmışıq. Axı mən bunu sponsorların və öz gücümüzlə etmək istəyirdim, indi siz dövlət büdcəsindən milyonlar siləcəksiniz, heyif deyil, büdcəmizə?!
Bu layihədən Nazirliyin bu sahədə çalışan və şəxsi münasibətim olan çox adamı bilir və hamısına da göndərmişəm. Ən son deyilən o olub ki, nazir bəyənib və sizinlə görüşəcək. Bu fevral ayında olmalı idi. Ümid edirəm ki, həmin şəxslər, Emin müəllimə hadisəni bir də xatırladar.
Hələ də geri dönüş gözləyirəm, ümid edirəm ki, gec deyil!"




Xəbər lenti
-
13:48“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:40“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
16:57Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
21:05Alındı, cənab Prezident!
-
18:12“Ədibin evi”ndən ədəbi köşə
-
18:11Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:25Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
18:45Vətən Müharibəsi Veteranları və qazilərlə görüş təşkil olunub
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:55Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
10:37DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
-
11:18HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
14:31“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:05“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:11“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
Digər xəbərlər
-
SİYASƏT
“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
SİYASƏT
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb
-
SİYASƏT, GÜNDƏM
Alındı, cənab Prezident!
-
SİYASƏT
Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
-
SİYASƏT, GÜNDƏM
“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
SİYASƏT
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
SİYASƏT
Vitali Balasanyan da HƏBS OLUNDU
-
SİYASƏT
Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
SİYASƏT
Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək