“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
13 Noyabr 2024, 10:11
13 Noyabr
2024
10:11
65
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Azərbaycan Respublikasının siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını təsbit edən, qanunvericiliyimizin əsasını təşkil edən Konstitusiyamızın qəbul edilməsindən 29 il ötür.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova İqtisadiyyat.az-a deyib ki, 1995-ci noyabrın 12-də qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyası hesab olunur.
O xatırladıb ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il qəbul olunub:
"1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya isə SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Reallıq odur ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Ona görə də, Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Hətta 1978-ci ildə yeni Konstitusiya layihəsi hazırlanarkən bununla bağlı Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev çox vacib təklif irəli sürüb. Həmin təkliflə 73-cü maddə ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olaraq təsbit olunub. Bununla da 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dili ilə bağlı müddəa öz əksini tapıb. Sözsüz ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri idi. Həmin Konstitusiya isə Azərbaycanın müstəqillik dövründə qəbul edilən Konstitusiyasına yəni, 1995-ci ilə qədər qüvvədə olub”.
Deputat qeyd edib ki, müstəqil dövlətin yeni Konstitusiyası Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük tarixi xidmətlərindən biridir: "Çünki məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiya Layihəsi hazırlanıb. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirilib. Xalqımızın birmənalı dəstəyi ilə qəbul edilən Konstitusiyası Dövlətin Əsas Qanunu kimi 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Məhz ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir”.
Millət vəkili hesab edir ki, Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan fundamental prinsiplərin əksini tapdığı əsas qanundur: "Cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində Ana Qanun hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmış oldu”.
Deputat söyləyib ki, Azərbaycan Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunub: "Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq kimi anlayışlar öz əksini tapıb. Bu mənada Konstitusiyamızın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr olunub”.
S.Hüseynova yeni çağırışlar, dəyişən sosial-siyasi reallıq fonunda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Əsas Qanunumuzda da bir neçə dəyişiklik və əlavələr edilməsi zərurətinin formalaşmasından bəhs edib: "2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada əlavələr və dəyişikliklər olunub. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə xidmət edib. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat-birinci vitse-prezidentlik institutu yaradılıb ki, bu dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli hesab olunur”.
Milli Məclisin deputatı Elşən Musayev isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, 12 noyabr - Konstitusiya Günü Azərbaycan üçün ən mühüm bayramlardan biridir:
"1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ali qanunumuz bir çox mühüm məsələləri özündə ehtiva edib, dövlətin, dövlətçiliyin hüquq təməlini təsbitləyib, gələcəkdə qəbul olunacaq qanunlar, normativ aktlar üçün mayak rolunu oynayıb”.
Deputat söyləyib ki, sonradan keçirilən referendumlarda Konstitusiyamıza edilən bir çox dəyişikliklər də zamanın tələbinə uyğun addımlar olub: "Həmin addımlarla, əlavələrlə, dəyişikliklərlə ana qanunumuz daha da möhkəmləndi və müasir dövrün çağırışlarına cavab vermiş oldu. Əlbət ki, Konstitusiya hüquq sferasında əsas istinad yeridir və onun bütün göstərişləri demokratik dəyərlərə və prinsiplərə əsaslanır”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
SİYASƏT
Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT
“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
SİYASƏT
“Alternativ”dən yeni layihə: “FarmHER”
-
SİYASƏT
İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
SİYASƏT
Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
SİYASƏT
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
SİYASƏT
Bu məktəbə Natiq Qasımovun adı verildi