AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB

17 Mart 2023, 17:22
17 Mart
2023
17:22
204
Azərbaycan gənclərinin Türkiyədə zəlzələ bölgəsindəki könüllü fəaliyyətinin yekunlaşmasına həsr olunmuş mətbuat konfransı keçirilib. 17 mart tarixində Bakı Konqres Mərkəzində baş tutan konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və Türkiyədə fəaliyyət göstərmiş könüllülülərin bir qrupu iştirak edib, görülmüş işlər barədə ətraflı məlumat verib, jurnalistlərin ünvanlandığı sualları cavablandırıb.
Qeyd edilib ki, Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyəti bir ay davam edib, on minlərlə zərərçəkmiş şəxsə yüzlərlə azərbaycanlı gənc öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetirib. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan gənclərimiz, ölkə başçısının "Bir yumruq, bir ürək, bir can” şüarını öz devizinə çevirərək, qardaş ölkədə zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət ediblər.
Məlumat verilib ki, könüllülərimiz zəlzələnin ilk günlərində zərərçəkənlərə harada dəstəyə ehtiyac varsa, ora dərhal yardım üçün tələsib. Həm çadırlar quraşdırıb, həmin düşərgələrdə yerli sakinlərə xidmət edib, həm də ucqar kəndlərdə zərərçəkənlərə zəruri humanitar xidmətlər göstərib. Çörəkbişirmə məntəqəsindən uşaq-əyləncə çadırına, yaralılar üçün ilkin tibbi xidmətdən uşaqlar üçün psixoloji dəstək xidmətinə, isti qidalardan isti geyimlərə hər bir anda könüllülərimiz on minlərlə yardıma ehtiyac duyan qardaş və bacılarının qayğısına qalıb, onlara yorulmadan xidmət göstərib. Bildirilib ki, könüllülərimiz koordinasiyalı şəkildə fəaliyyət göstərərək təkcə zəlzələnin episentri Kahramanmaraşda yox, eləcə də Hatay, Adıyaman və Malatya kimi bölgələrə də gedib, oradakı zəlzələ qurbanları üçün də bu nəcib humanitar missiyanı yerinə yetiriblər.
Qeyd edilib ki, Azərbaycan gənclərinin bu dəstəyini həm yerli sakinlər, həm də qardaş ölkənin rəsmi şəxsləri çox yüksək qiymətləndirib. Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan könüllülərimiz ilə şəxsən görüşüb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib. Eyni zamanda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, DİN rəhbəri Süleyman Soylu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, KADEM Fondunun Qəyyumlar Şurasının sədri Sümeyye Ərdoğan, "Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar, habelə millət
vəkilləri, valillər və tanımış şəxslər könüllülərimizin fəaliyyəti ilə yaxından tanış olub, gənclərimizə təşəkkürlərini çatdırıb. Gənclərimizin zəlzələdən zərərçəkmiş bölgələrdə xidməti müddətində Azərbaycan könüllülərinə yerli sakinlərin və çoxsaylı yüksək səviyyəli rəsmilərin minnətdarlıq etməsi, onların zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirməsi, könüllülərimizin bu şərəfli missiyanı uğurla həyata keçirdiyinə və Azərbaycan xalqını qardaş ölkədə yüksək səviyyədə təmsil etdiyinə dəlalət edir.
Xüsusi olaraq vurğulanıb ki, Türkiyədə baş vermiş zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan könüllüləri olub. Eyni zamanda bu fəaliyyət Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatı artıq daha geniş imkanlara sahibdir.
Xəbər lenti
-
12:06Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi
-
12:24Azərbaycanı gözləyən “Zəfər” seçkisi
-
11:56Yeni ildə 7 gün iş olmayacaq
-
17:30Ulu öndərin vəsiyyəti yerinə yetirildi - FOTO
-
15:43O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
13:14"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
12:32Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
12:31“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
09 Dekabr 2023
08 Dekabr 2023
07 Dekabr 2023
06 Dekabr 2023
05 Dekabr 2023
01 Dekabr 2023
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
26 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
Digər xəbərlər
-
SİYASƏT
Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi
-
SİYASƏT
Azərbaycanı gözləyən “Zəfər” seçkisi
-
SİYASƏT
Yeni ildə 7 gün iş olmayacaq
-
SİYASƏT
Ulu öndərin vəsiyyəti yerinə yetirildi - FOTO
-
SİYASƏT, GÜNDƏM
O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
SİYASƏT, GÜNDƏM
"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
SİYASƏT
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
SİYASƏT, GÜNDƏM
“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev