Azərbaycan gənclər və könüllülər təşkilatlarının bəyanatı
14 Oktyabr 2023, 14:36
14 Oktyabr
2023
14:36
454
Azərbaycan Respublikası XXI əsrə bütün istiqamətlərdə sürətli inkişaf tempi ilə qədəm qoymuşdur. Son 20 il ərzində ölkədə iqtisadiyyat, hərbi quruculuq, elm, təhsil, mədəniyyət, sosial rifah və digər sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də ciddi irəliləyişlərə nail olunub. Bütün bu nailiyyətlər, birmənalı olaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən və qətiyyətli, müdrik liderlik keyfiyyətlərinə söykənən uğurlu siyasətin nəticəsidir. Dövlət başçımızın rəhbərliyi altında ötən 20 il ərzində Azərbaycanın dövlətçilik tarixi misli görünməmiş parlaq qələbələrlə zənginləşib.
20 il bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır" söyləyən cənab Prezident ali siyasi rəhbər funksiyalarının icrasına başladığı ilk gündən Azərbaycanı və Azərbaycan xalqını bəyan edilmiş bu hədəfə doğru inamla aparmışdır. Azərbaycanda ötən illər ərzində aparılan iqtisadi, siyasi və hərbi islahatlar hər bir azərbaycanlı kimi biz gənclərin də ülvi arzusu olan ərazi bütövlüyümüzün bərpasını təmin etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində davam edən Vətən Müharibəsində parlaq qələbəmiz məhz bu islahatların və qətiyyətli liderliyin sayəsində mümkün olmuşdur.
Sözün əsl mənasında müstəqil olan, öz xarici və daxili siyasətini özü müəyyən edən dövlətimiz ötən 20 il ərzində mühüm iqtisadi tərəqqiyə nail olmuş, ümumi daxili məhsulumuz dəfələrlə artmış, nəticədə Azərbaycan yoxsul və yardım qəbul edən ölkədən inkişaf etmiş donor ölkəsinə çevrilmişdir. Təbii ki, iqtisadi artım biz Azərbaycan gənclərinin də rifahına və inkişafına müsbət təsir etmiş və gənclər qarşısında geniş imkanlar açmışdır. Dövlət Başçımızın rəhbərliyə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə və könüllülərə mühüm yer ayırması və onların himayədarı kimi çıxış etməsinin nəticəsi idi ki, gənclərimiz istər torpaqlarımızın 30 illik işğaldan azad olunmasında, istərsə də ölkəmizin iqtisadi, elmi, mədəni inkişafında mühüm töhfə vermək qabiliyyətini layiqincə nümayiş etdirmişlər.
Biz, ətrafında yüz minlərlə gəncləri və könüllüləri birləşdirən gənclər və könüllülər təşkilatları Liderimizin bütün istiqamətlərdə fəaliyyətini dəstəkləyir və atılan hər bir addımda həmrəyliyimizi ifadə edirik. Qalib dövlətin gəncləri və könüllüləri olaraq biz ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda Müzəffər Ali baş komandanla hər zaman olduğu kimi yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik. İlham Əliyev–gənclər birliyi sarsılmazdır!
Xəbər lenti
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
-
22:54“44 günlük müharibə bizim şərəf və qürur tariximizdir!” - BƏYANAT
-
15:55“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihə başa çatdı
-
15:24"Azərişıq" COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək (FOTO)
-
15:21200 il gözlədiyimiz bayram - Zəfər günü
-
14:25“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum təşkil edəcək
-
13:16Çağımızın ideyası dövlət kimliyimizdədir! - DEPUTAT YAZIR
-
10:17Türk Dövlətləri Təşkilatı güclənsin deyə, jurnalistika, ədəbiyyat və mədəniyyətin meydanını genişləndirək
-
15:59“İnstusional öhdəlik”, yoxsa öhdəliklərdən imtina – Leyen Bakıya gəlməkdən niyə imtina edir?
-
11:41Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım
-
11:38İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir
-
11:36KİV: "Donald Tramp ABŞ-nin prezidenti oldu"
-
22:42“Mina problemi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışını yubadır” - RƏY
-
17:28Deputat Ramil Həsən Bərgüşad kəndində seçiciləri ilə görüşüb
-
17:22“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:23“Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması” adlı layihə keçirilib
-
10:52"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
09:25"Əngəlsiz qayıdış” adlı filmin təqdimatı oldu - FOTOLAR +VİDEO
-
09:58COP29 zamanı bu küçələr avtomobillərin hərəkətinə tam açıq olacaq — SİYAHI
-
09:54Rayon qeydiyyatı olan avtomobillərin COP29 zamanı Bakıya girişinə qadağa qoyulacaq?
-
17:48"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
14:23Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
12:56MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
-
11:10Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
-
09:36Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi - FOTO/VİDEO
-
11:58Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub - FOTOLAR +VİDEO
-
10:55“ABAD”ın Şuşa və Laçında təqdimatları reallaşdırılıb
-
11:08"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
11:05Səyyar ASAN xidmət İsmayıllıda
-
10:20Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı - FOTO
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
Digər xəbərlər
-
MANŞET
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
MANŞET
Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
MANŞET
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
MANŞET, SİYASƏT
Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
MANŞET
Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
MANŞET
200 il gözlədiyimiz bayram - Zəfər günü
-
MANŞET, SİYASƏT
İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
-
MANŞET
Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər