Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH

27 Oktyabr 2023, 12:32
27 Oktyabr
2023
12:32
557
Bu il sentyabrın 16-19-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Hərəkət Həftəsonu” ("SDG Action Weekend”) və "Dayanıqlı İnkişaf Məqsədləri Sammiti 2023” keçirildi. Həmin Sammitdə iştirak etmək məqsədilə Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini formalaşdıraraq tədbirdə yüksək səviyyədə təmsil olundu. Sammitdə BMT-nin Baş katibi Antonio Quterreşin dövlət və hökumət başçılarına xüsusi çağırışı oldu. Müraciəti zamanı o, "İnsanlar və Planet üçün Xilasetmə Planı”nın hazırlanmasını, Dayanıqlı İnkişaf Məqsədlərinin ilk beş məqsədinə (DİM1 – Yoxsulluğa son, DİM2 – Aclığa son, DİM3 – Yaxşı səhiyyə və rifah, DİM4 – Keyfiyyətli təhsil, DİM5 – Gender bərabərliyi) xüsusi diqqət yetirilməli, tədbirlər həyata keçirilməli olduğunu diqqətə çatdırdı.
Sammitin yekunu olaraq Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda (DİYF) dünya liderlərinin 2030-cu il Gündəliyinə və DİM-lərin həyata keçirilməsinə sadiqliyini bir daha təsdiq edən Siyasi Bəyannamə qəbul edildi, üzv dövlətlər Sammitdə səsləndirilən məqsədlərə çatmaq üçün əllərindən gələni edəcəklərinə dair öhdəlik götürdülər.
Azərbaycan da öz növbəsində hər dəfə BMT tərəfindən qəbul olunan qərarlara diqqətlə yanaşır, bu qərarlardan irəli gələn tövsiyə və götürülmüş öhdəliklərin ölkə Konstitusiyası və reallıqlarına uyğun həyata keçirilməsində nümunəvi dövlət olaraq çıxış etmişdi. Azərbaycan nümayəndə heyətinin Sammitin işində uğurlu iştirakı, çıxışları, eləcə də Sammit çərçivəsində həyata keçirdiyi qarşılıqlı görüşləri qlobal sənədin icrasında BMT ilə gələcək əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif imkan və faydalar yaradacaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Hökuməti qlobal müzakirələri və DİM Sammitinin Siyasi Bəyannaməsini geniş şəkildə dəstəkləmiş və 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasına, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Dövlət Proqramına, Kompleks Milli Maliyyələşdirmə Çərçivələrinin (KMMÇ) və Azərbaycanın Mərkəzi Bankının Dayanıqlı Maliyyə Yol Xəritəsinin tətbiqi üzrə milli səylərə əsaslanan DİM-in transformasiyası üzrə Milli öhdəliyini təqdim etmişdir.
Deputat qeyd edib ki, sentyabr ayında keçirilən Sammitdən irəli gələrək keçdiyimiz günlərdə Bakı şəhərində 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olundu. Dialoq, eyni zamanda, BMT üçün xüsusi olan 24 oktyabr – "BMT Günü”ndə təşkil edildi. Tədbirin məhz o tarixə təsadüf etməsində məqsəd bir tərəfdən "BMT Günü”nün qeyd olunmasında Azərbaycan Hökumətinin yüksək hörmətinin, diqqətinin, digər tərəfdən də BMT tərəfindən qəbul olunan universal sənədlərin icrasında etibarlılığını nümayiş etdirmək idi.

"DİM dialoqları seriyası Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Sahəsinə dair Strategiyası və 2030-cu il gündəliyi çərçivəsində milli prioritetlərin həyata keçirilməsində Azərbaycan Hökumətinə dəstək göstərmək məqsədilə biliklərin artırılması, qabaqcıl beynəlxalq təcrübələrin tətbiq edilməsi və innovativ həllərin təmin edilməsində əsas maraqlı tərəflər – Hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, Beynəlxalq Maliyyə İnstitutları və inkişaf tərəfdaşları üçün platforma rolunu oynamağı hədəfləyir. Hər bir DİM dialoqu əsas diqqətini konkret mövzuya yönəldir və dialoqdan sonra bu mövzu üzrə konseptual yanaşma, məlumatların qısa təhlilinin və qabaqcıl beynəlxalq təcrübə nümunələrinin yer aldığı analitik qeyd, həmçinin mövzu ilə bağlı praktiki siyasət tövsiyələrinin irəli sürüldüyü bölmə işlənib hazırlanır. Ötən ilin noyabrında DİM dialoqu seriyasının başlanmasından ötən müddət ərzində iki DİM dialoqu keçirilib. Birincisi, "Azərbaycanda Yaşıl Transformasiya” və ikincisi, "2030-cu ilə doğru: Azərbaycanda Sosial-İqtisadi İnklüzivlik” adlanır. Bu il keçirilən 3-cü DİM dialoqu da DİM Sammiti müzakirələrindən əldə edilən fikirləri bölüşmək və Azərbaycanda DİM-in sürətləndirilməsi və maliyyələşdirilməsi üçün atılacaq növbəti addımların həyata keçirilməsini hədəfləyib”, - deyə Məzahir Əfəndiyev diqqətə çatdırıb.
O qeyd edib ki, bunlarla yanaşı, nəinki BMT Baş Assambleyasının, eyni zamanda, qurumun alt strukturlarının Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaları üçün istər ölkə daxilində, istərsə də təşkil olunmuş digər beynəlxalq konfranslarda Azərbaycanın nümayəndə heyətləri çox yüksək səviyyədə təmsil olunur. Bu il Birləşmiş Millətlər Təşkilatının Əhali və İnkişaf Komissiyasının əsas tədbiri olan, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkil etdiyi, Cenevrədə keçirilən regional konfransda da Azərbaycanın nümayəndə heyəti, o cümlədən Milli Məclis də yüksək səviyyədə təmsil olundu. Hər bir platformada ölkəmizin uğurlu iştirakçılığı Azərbaycanın hər zaman qlobal çağırışlara həssaslıqla və böyük hörmətlə yanaşdığını, əldə olunan nailiyyətlərini və bu sahədə həyata keçirilən bütün tədbirləri dünya ictimaiyyətinə nümayiş etdirir. Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ Cənubi Qafqazda davamlı sülhü təmin etmək, Böyük Qayıdış və xalqların reinteqrasiya prosesini həyata keçirməklə tezliklə doğma Qarabağımızın bərpasını, habelə bütün xalqların sülh və rifah içində firavan yaşamasını təmin etməkdir./AZƏRTAC
Xəbər lenti
-
22:31AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
16:24"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
14:40Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
14:36Çinarə Ağayeva
-
14:34Ali Məhkəmədə Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirilib
-
18:33Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
17:24Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
22:45Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
17:57“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota
-
12:33"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:18Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası BƏYANAT yaydı: RUSİYA DƏRHAL ÜZR İSTƏMƏLİDİR
-
15:40ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTO+VİDEO
-
14:08Məhərrəm Əliyev Azərbaycan-Belarus Gənclər Forumu iştirakçılarını qəbul etdi - FOTOLAR
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
11 İyul 2025
10 İyul 2025
08 İyul 2025
05 İyul 2025
01 İyul 2025
30 İyun 2025
29 İyun 2025
23 İyun 2025
21 İyun 2025
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
Digər xəbərlər
-
SİYASƏT
AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
SİYASƏT
Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
SİYASƏT
Çinarə Ağayeva
-
SİYASƏT
Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
SİYASƏT
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
MANŞET, SİYASƏT
“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota
-
SİYASƏT
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz