Azay Quliyev parlamentdə seçicilərinin problemlərini qaldırdı
05 İyun 2020, 19:46
05 İyun
2020
19:46
1354
Deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək bir sıra vacib məsələlərlə bağlı fikirlərini bildirib.
Azay Quliyev əhalinin rifah halını yüksəltmək, sosial müdafiəsini gücləndirmək üçün fiziki şəxslərin problemli kreditləri ilə bağlı 639 milyon manat vəsaitin xərclənməsinin mühüm əhəmiyyəti olduğunu deyib. Deputat 11 min şəhid ailəsinə birdəfəlik müvainətin verilməsini də yüksək qiymətləndirdiyini vurğulayaraq hər iki ictimai əhəmiyyətli məsələnin həllinə görə cənab prezidentə təşəkkürünü bildirib.
Azay Quliyev iclasda, həmçinin, deputat seçildiyi 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin üzləşdiyi 3 problemli məsələ haqqında da danışıb. Deputat bildirib ki, 2019-cu ilin dövlət büdcəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 41 saylı və Koroğlu Rəhimov küçəsi, ev 53a ünvanda yerləşən və qəzalı vəziyyətdə olan yataqxana binalarının sakinlərinin 30 kv.mə qədər olan mənzillərinin hər birinə görə 30 min manat, sahəsi 30 kv.m-dən yuxarı olan mənzillərin hər kvadrat metri üçün isə əlavə olaraq min manat məbləğində birdəfəlik maddi yardım müəyyən edilmişdir: "Lakin sonradan bəlli oldu ki, maddi yardımı hesablayan zaman 19 ailənin mülkiyyət hüququnu təsdiq edən bir çıxarış üzrə ayrı-ayrılıqda 2 mənzilin olması nəzərə alınmayıb, onlara yalnız bir mənzil üzrə maddi yardım təklif edilib. İndi həmin sakinlər bu vəsaiti almaqdan imtina edərək onların haqq etdiyi vəsaitin tam ödənilməsini tələb edirlər. Aidiyyəti qurumların hesablamalarına görə 19 ailəyə əlavə olaraq 455 min manat məbləğində maddi yardım ödənilməli və onlar qəzalı evlərdən köçürülməlidirlər. Lakin bu məsələ indiyə qədər öz həllini tapmayıb”. İki dəfə həmin binada olaraq oradakı acınacaqlı vəziyyətlə yerindəcə tanış olduğunu deyən Azay Quliyev binanın həqiqətən tam qəzalı vəziyyətə düşdüyünü və hər an arzuolunmaz hadisənin baş verə biləcəyini bildirib. Deputat Maliyyə Nazirliyindən xahiş edib ki, bu sakinlərə nəzərdə tutulan vəsaitin ödənişini sürətləndirsin ki, onların təcili köçürülməsi baş tutsun.
Azay Quliyev 7-ci mikrorayonda Fərman Məlikov və Kunanbayev küçələrində, 8-ci mikrorayonda Azadlıq prospekti, S.S.Axundov və Naxçıvani küçələrində 15 binanın təbii qazla təmin olunmaması ilə bağlı məsələni də diqqətə çatdırıb. Deputat bildirib ki, sovetlər dövründə layihələşdirilən həmin binalarda təbii qaz təchizatı sistemi nəzərdə tutulmayıb. Ona görə də bu tip binalarda sakinlər yalnız elektrik enerjisindən istifadə edə bilirlər ki, bu da onlar üçün ciddi maliyyə yükü yaradır: "Əvvəlki illərdə də həmin binaların qazlaşdırılması haqqında hökumətə müraciətlər edilsə də bu problem həllini tapmayıb. Ölkəmizdə qazlaşdırmanın genişləndirilməsi məqsədilə büdcədən Dövlət Neft Şirkətinə 389 milyon manat vəsait ayrılıb. Yerli icra strukturlarının verdiyi məlumata əsasən bu məsələnin həlli məqsədilə müvafiq investisiya proqramında müəyyən vəsait nəzərdə tutulsa da, onun icrası hələ də təmin edilməyib. Mən dünən bu məsələni "Azəriqaz” İstehsalat Birliyinin rəhbəri hörmətli Ruslan Əliyevlə bir daha müzakirə etdim və bəlli oldu ki, nəzərdə tutulan vəsaitin ayrılacağı təqdirdə bu problemin həlli mümkündür. Ona görə həm ARDNŞ, həm də digər aidiyyatı qurumlardan məsələnin həllinə köməklik etmələrini xahiş edirəm”.
Azay Quliyevin çıxışında toxunduğu üçüncü məsələ iki ildən çox müddətdə 6-cı mikrorayon, İsrafil Həşimov küçəsi, 1 A ünvanında yerləşən və 26 mindən artıq sakinə xidmət edən 27 saylı şəhər poliklinikasının fəaliyyətinin texniki səbəbdən dayandırması ilə bağlı olub. Deputat bildirib ki, bu səbəbdən xeyli sayda insan tibbi xidmətdən istifadə etmək üçün çox böyük çətinliklə 9-cu mikrorayona getmək məcburiyyətində qalır: "Müvafiq qurumlar sakinlərə dəfələrlə söz verib ki, tibbi müəssisələrin maddi texniki bazasının gücləndirməsi üçün ayrılan vəsaitdən poliklinikanın təmiri üçün də vəsait ayrılacaq və bu problem 2019-cu ilin sonuna kimi həllini tapacaq. Lakin təəssüf ki, məsələ indiyə kimi həll olunmamış qalır. Mən 27 saylı şəhər poliklinikasının fəaliyyətinin bərpa edilməsi ilə bağlı TƏBİB-ə bu ilin mart ayında rəsmi məktubla müraciət etmişəm. Ancaq hamımız yaxşı başa düşürük ki, yeni yaradılan TƏBİB hazırda koronavirus pandemiyası ilə bağlı aparılan mübarizədə ön cəbhədə yer alıb və çox yaxşı da fəaliyyət göstərir. TƏBİB-in kollektivinə və bütün tibbi heyətə koronavirusla mübarizədə göstərdikləri fədakarlığa görə təşəkkür edirəm”.
Azay Quliyev ümid etdiyini bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB pandemiya ilə bağlı məsələlər səngiyən kimi, seçicilərimi ciddi şəkildə narahat bu problemin həllinə köməklik edəcək.
7News.Az
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”