“Avropa siyasi birliyi”nin Zirvə toplantılarına yenidən dəvət olunması Azərbaycanın artan nüfuzunun göstəricisidir

01 İyun 2023, 14:19
01 İyun
2023
14:19
109
Xəbər verdiyimiz kimi, bu gün Moldovada "Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı keçirilir. "Avropa siyasi birliyi” Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platformadır. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bununla bağlı qeyd edib: "Aİ özünün strateji hədəflərini genişlənmə ilə məhdudlaşdırmamalıdır. Aİ-nin geosiyasi liderliyinin güclənməsi ilə beynəlxalq ictimaiyyətin ondan gözləntiləri artır. Həmin gözləntilər bir sıra qonşuların Aİ ilə yeni münasibətlər qurması ilə əlaqədardır. Bu isə Reykyavikdən Bakıya, Oslodan Ankaraya uzanan geosiyasi birlikdən qaynaqlanır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikinci dəfə təşkil olunan bu tədbirin hər ikisinə dəvət edilməsi Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Bu, həm də onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda, qitənin və Aİ-nin gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Bu isə son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin söylədiyi kimi: ".... bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”. Ölkəmizin bu tədbirlərə mütəmadi dəvət olunması həm də dövlətimizin başçısının şəxsi nüfuzunu, Azərbaycanın dünya miqyasında mühüm aktora çevrildiyini, beynəlxalq proseslərə təsir etmək imkanına malik olduğunu nümayiş etdirir.
AZƏRTAC "Avropa siyasi birliyi”nin məqsəd və vəzifələrinə qısa nəzər salır.
Avropa İttifaqı bildirir ki, "Avropa siyasi birliyi” genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niyyəti daşımır, eyni zamanda, orada yer alan ölkələrin nə vaxtsa mütləq Aİ-nin üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq məqsədi daşıyır. Qərbi Balkan ölkələri, "Şərq Tərəfdaşlığı” ölkələri və Aİ ilə yaxın münasibətləri olan digər Avropa ölkələri də Birliyin iştirakçısı ola bilərlər.
Bu platformanın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçıları ildə iki dəfə görüşürlər. Zirvə toplantılarında hər hansı yekun sənəd qəbul olunmur.
Qeyd edək ki, "Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Toplantıda 27-si Aİ-yə üzv ölkə olmaqla, ümumilikdə 44, Şərq Tərəfdaşlığı regionundan 5 ölkə (Belarus istisna olmaqla), o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qərbi Balkan regionundan Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Albaniya, habelə qitənin digər ölkələri – Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn və Türkiyənin dövlət və hökumət başçıları iştirak ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin Praqa görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı səsləndirilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi tanındığını, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu növbəti dəfə təsdiqləyir. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Sammit çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı dövlətimizin başçısı ikitərəfli və çoxtərəfli münasibətlər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın aydın və prinsipial yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu.
Praqa Zirvə toplantısı ilə bağlı daha bir məqam ondan ibarətdir ki, Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar.
Moldovanın paytaxtı Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Praqa Sammitindən fərqli olaraq, budəfəki toplantıya daha 3 ölkə - Lixtenşteyn, Monako və San-Marino da dəvət edilib.
Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında müzakirələr aparacaqlar.
Qeyd edək ki, "Avropa siyasi birliyi”nin növbəti iki toplantısı müvafiq olaraq İspaniyada və Böyük Britaniyada keçiriləcək.
Xəbər lenti
-
13:48“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:40“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
16:57Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
21:05Alındı, cənab Prezident!
-
18:12“Ədibin evi”ndən ədəbi köşə
-
18:11Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:25Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
18:45Vətən Müharibəsi Veteranları və qazilərlə görüş təşkil olunub
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:55Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
10:37DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
-
11:18HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
14:31“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:05“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:11“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
Digər xəbərlər
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
Blinken İlham Əliyevə zəng etdi
-
MANŞET, SİYASƏT
ASGA “Azərbaycanın şəhid övladı” – şəhid Niyazi İsgəndərov haqqında sənədli film ərsəyə gətirəcək
-
MANŞET, SİYASƏT
Prezidentin köməkçisi: "Ermənistanın addımları sülh danışıqlarına və normallaşmaya mənfi təsir göstərir"
-
MANŞET, SİYASƏT
Blinken İlham Əliyevə zəng etdi
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev: “Bu gün Ordumuz üç il bundan əvvəlki ordudan daha güclüdür”
-
MANŞET, SİYASƏT
İlham Əliyevlə Şarl Mişel arasında görüş başa çatdı (YENİLƏNİB)