“Avropa Parlamentinin 18 yanvar tarixli qətnaməsi anti-Azərbaycan qüvvələrinin növbəti sifarişidir” – Səbuhi Abbasov

“Avropa Parlamentinin 18 yanvar tarixli qətnaməsi anti-Azərbaycan qüvvələrinin növbəti sifarişidir” – Səbuhi Abbasov

Bu sözləri 7NEWS.az-a açıqlamasında QHT sədri, internet-media ekspert Səbuhi Abbasov deyib: « Avropa Parlamentinin 18 yanvar tarixində qəbul edilmiş qətnaməsində reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlər yer alıb. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada”da olması kimi sərsəm iddialarla yanaşı artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri”nə istinadlar edilmişdir. Azərbaycanı "qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti niyə Ermənistanı öz ordusunu Azərbaycanın hələ də işğal altında saxladığı 8 kənddindən geri çəkilməyə çağırmır? Korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur.»


 

 

Xəbər lenti