Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində mərhum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq, hüquq müdafiəçisi  Əvəz Həsənovun xatirəsinə həsr olunmuş "Post müharibə dövründə Azərbaycan QHT-nin sülh quruculuğunda rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Azər Allahverənov, Günel Səfərova, İlqar Orucov, Əvəz Həsənovun xanımı Mehriban Həsənova, ailə üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Əvəz Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib və xatirəsinə həsr olunmuş video-rolik nümayiş edilib.
Sonra çıxış edənlər Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Azər Allahverənov, Günel Səfərova, İlqar Orucov Əvəz Həsənovun xatirəsinə həsr olunmuş "Post müharibə dövründə Azərbaycan QHT-nin sülh quruculuğunda rolu” mövzusunda fikirlərini və onunla bağlı xatirələrini bölüşüblər. Çıxışçılar bildiriblər ki, vətəndaş hüquqlarının aliliyinə əsaslanan demokratik dövlət quruculuğunu strateji məqsədlərindən biri kimi bəyan etmiş Azərbaycan Respublikasında görüləsi əsas işlərdən biri də qeyri- hökumət təşkilatlarının (QHT) formalaşması və inkişafı üçün münbit siyasi və hüquqi şəraitin təmin olunmasıdır. Azərbaycanda III sektorun fəaliyyətini tənzimləyən kifayət qədər baza formalaşdırılıb. İctimai müzakirələr daim dəyişən dinamikaya söykəndiyindən qanunvericiliyin də daim islahatlarla müşahidə edəcəyi istisnasız bir prosesdir. O cümlədən, çıxışçılar regionda yaranmış yeni reallıqlardan bəhs ediblər, Azərbaycanın həmişə sülhə açıq olduğunu və buna töhfə verdiyini söyləyiblər. Natiqlər bildiriblər ki, əslən Kəlbəcərli olan Əvəz Həsənovun ən böyük arzusu Kəlbəcərin azad olunduğu görmək idi. Bugünki tədbirin təşkili də məhz Kəlbəcərin azad olunmasının ikinci ildönümü günündə baş tutub. 
Çıxışlardan sonra tədbir qeyri-hökumət təşkilatlarının qarşılıqlı diskussiyası şəkilində davam edib və Əvəz Həsənovla bağlı xatirələr bölüşülüb.

Xəbər lenti