ABŞ konqresmenləri Xocalı soyqırımını pisləyən bəyanatla çıxış ediblər
ABŞ Konqresinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanatlar verməkdə davam edirlər. Bu dəfə Ohayo ştatını təmsil edən nüfuzlu demokrat konqresmen Tim Rayan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.
Xocalı soyqırımı və bu dəhşətli faciənin qurbanlarının anıldığı bəyanatda bildirilib ki, 28 il öncə – 1992-ci ilin fevralında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğın insanları sarsıtmaqda davam edir. Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 150 dinc Xocalı sakininin taleyinin hələ də bəlli olmadığı diqqətə çatdırılıb.
Beynəlxalq ictimaiyyətdən insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən konqresmen Xocalıda baş verənlərin unudulmamasının və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Arizona ştatını təmsil edən konqresmen Pol Qoşarın bəyanatında da 28 il bundan əvvəl baş vermiş faciə ABŞ Konqresinin diqqətinə çatdırılır, Azərbaycanın bu gün Qafqaz bölgəsində geniş imkanlara, zəngin mədəniyyətə və cəmiyyətə, stabil hökumət və əmin-amanlığa, zəngin neft ehtiyatlarına malik olması vurğulanmaqla yanaşı, müstəqillik əldə etməsinin ilk illərində Azərbaycanın çətinliklərlə mübarizəsi, Sovet rejiminin çökməsi nəticəsində Ermənistanla yaranmış münaqişə barədə məlumat verilir.
Münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıya hücum edildiyi, bunun nəticəsində 613 nəfərin qətlə yetirildiyi və mülki əhaliyə qarşı hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olmasına görə məmnunluğunu ifadə edən konqresmen ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyini, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin, Azərbaycan əhalisinin belə qətliamla bir daha üzləşməməsini təmin etmək məqsədilə münaqişənin həllinin vacib olduğunu qeyd edib.
Xatırladaq ki, bundan öncə ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Xarici məsələlər komitəsinin üzvü Stiv Şabot Xocalı soyqırımı ilə Konqresin gündəliyində qeydə alınmış bəyanatla çıxış edərək, bu faciəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qara səhifəsi adlandırmışdır. "Human Rights Watch” təşkilatının 1992-ci il hesabatına istinad edən konqresmen vurğulayıb ki, şəhəri tərk etmək istəyən əhaliyə qarşı beynəlxalq hüquqa zidd əməllər törədilib.
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
Digər xəbərlər
-
MANŞET, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımız BMT-nin İsveçrədəki qərargahının qarşısında etiraz aksiyası təşkil ediblər - FOTOLAR
-
MANŞET, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
ABŞ konqresmenləri Xocalı soyqırımını pisləyən bəyanatla çıxış ediblər
-
MANŞET, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
NATO Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında öz köməyini göstərməyə hazırdır
-
MANŞET, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib