30 mart 2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilib - FOTOLAR

30 mart 2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilib - FOTOLAR

30 mart  2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasda  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 4 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi.  Gündəlikdə duran 1-ci məsələ "Şəhərin su-kanalizasiya şəbəkəsinin mövcud vəziyyəti ” barədə,  2-ci məsələ  "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Mingəçevir şəəhərinə aid bəndlərinin icra vəziyyəti” barədə,  3-cü məsələ "Əhalinin sanitar epidimoloji sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində şəhərdə aparılan işlərin vəziyyəti" barədə, 4-cü məsələ "Nigahların dayanıqlılığının pozulmasının qarşısının alınmasına yönəlmiş maarifləndirici və praktiki işlərin vəziyyəti" barədə olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi.   

   

Xəbər lenti