28 may - gen yaddaşımıza həkk olunmuş mübarək gün!
![28 may - gen yaddaşımıza həkk olunmuş mübarək gün!](https://mail.lobbi.az/file/pic/xeber/2023-05/1685003028_jyhg.jpg )
25 May 2023, 12:22
25 May
2023
12:22
519
LALƏ AZƏRTAŞ YAZIR
Bir gün haqqında düşünək; bütöv bir xalqın taleyində qızıl hərflərlə yazılan, bütün müsəlman Şərqində İLKlərə imza atan əsrə bərabər bir gün haqda!
Bir gün haqqında düşünək; qosqoca imperiyaları dağıdan, palanetin siyasi xəritəsini yenidən şəkilləndirən Birinci cahan savaşının alovlarında öz xalqına nicat yolunu göstərmiş, tarixin gedişini dəyişmiş bir gün haqda!
105 il öncə doğulmuş və gen yaddaşımıza üçrəngli bayrağımızla, əbədi, dönməz və daimi istiqlalımızı həkk etmiş 28 may!
Birinci cahan savaşından məğlubiyyətlə ayrılmış, fevral burjua inqilabının ardınca bolşeviklərin çevriliş etdiyi, hər guşəsindən ölüm, ümidsizlik və məyusluq yağan Rusiya İmperiyasında türklərin, müsəlmanların öz müqəddəratını təyin etmək məqamı yetişmişdi. Çökmüş imperiya ana torpaqlarını zəbt etdiyi türklərə və müsəlmanlara heç vaxt vətən olmamışdır, əksinə mövcudluğunun bütün dönəmlərində "xaqllar həbsxanası” olmaqdan qabağa getməmişdi, getmək istəməmişdi. Azərbaycan adlanan ərazini isə xalqın özünüdərkinin qarşısını almaq üçün müxtəlif inzibati vahidlərə parçalamışdılar. Ana dilində məktəblər yox dərəcəsində, ali təhsilli ziyalıların sayı barmaqla sayılacaq qədər, Çar ordusuna xidmətə çağrılmayan kişilər isə sadəcə neft sənayesində ucuz işçi qüvvəsini təşkil edirdi. Bir yandan isə torpaqlarımıza çağırılmayan qonaqların, nankor qonşularımızın qəsbkarlıq, dağıdıcılıq, düşmənçilik siyasəti. Hələ bu harasıdır? Mübarək 28 Maydan cəmi iki ay əvvəl Lenin bolşeviklərinə və faşist daşnaklarına güvənən Bakı kommisarları adlı qondarma qurum Azərbaycanın dörd bir yanında soyqırımı törətmişdi, gələcəkdə qurulacaq dövlətin paytaxtını ələ keçirib amansız qırğınları davam etdirirdi. Şamaxıdan Təbrizəcən ana vətənimiz qan gölünə dönmüşdü. İrəvan, Zəngəzur, Qarabağ elan edilməmiş müharibə meydanını xatırladırdı. Bir sözlə böyük bir xalq iztirab içində, ziyalılar, fikir adamları isə carəsiz durumda idi.
Hər qaranlıq gecənin bir işıqlı sabahı olduğu kimi, yaxşı ki hər "28 aprel”dən sonra istiqlalımızın qaranquşu kimi 28 May gəlir! 105 il bundan əvvəlin 28 mayı tək Azərbaycan xalqının müstəqillik günü deyil, eyni zamanda bütün müsəlman Şərqinin xilası, oyanışı günüdür.
28 Maya doğru bizi aparan yol barədə bir qədər söz açmaq istəyirəm, çünki bu yolu xatırlamadan tariximizə qızıl hərflərlə yazılmış bu əzəmətli günün mahiyyətini dərk etmək çətindir.
28 May ilk növbədə Azərbaycan ziyalılarının, mənbəyini ölməz Axundov ideyalarından götürən dahi mütəfəkkirlərin arzusu və idealı olmuşdur. "Qafqaz müsəlmanlarını necə adlandırmalı” məqaləsində "Dilimiz Azərbaycan dili, milliyyətimiz azərbaycanlı” yazan Məhəmməd ağa Şahtaxtlını, "Dilim nə dildi? Azərbaycan dili! Bəs Vətənim haradır? Azərbaycan” deyən Mirzə Cəlili, "Bizə fədai lazımdır; türk qanlı, islam imanlı, firəng kafalı fədai” söyləyən Əli bəy Hüseynzadəni və bayrağımızda əks olunmuş "Türkləşmək, müasirləşmək, islamlaşmaq” qayəli məşhur prinsipi sahibi olduğu "Açıq söz” qəzetinə şüar seçib yaddaşımıza hopduran Rəsulzadəni xatırlayaq. Adlarını sadalamaqdan qürur duyduğumuz dahi fikir adamları maarifçilik işığına bürnmüş əsərlərində istiqlalımızın bünövrəsini mökəmlətmişdilər. Elə ona görə də ana vətəndən uzaqlarda Tiflisin gərgin ictimai-siyasi mühitində millətin xilas yolunu müəyyənləşdirmək üçün "nə etməli” sualına dəqiq və cəsarətlə cavab verdilər – "İnsanlara hüriyyət, millətlərə istiqlal”.
"28 May bizə nə verdi” sualının cavabı isə heç də yalnız müstəqillik əldə etməyimiz, dövlət yaratmağımız deyil, hətta onun belə fövqündə dayanan fenomendir. O vaxta qədər milli kimlik məsələsi nəinki Qafqazlarda və bütün Rusiya İmperiyasında, hətta bütün müəlman Şərqində bu qədər siyasi anlam kəsb etməmişdir. Bu baxımdan Cümhuriyyət dövrünü tədqiq edən dəyərli tarixçilərimizin bu fikri ilə razılaşmamaq mümkün deyil ki, Cümhuriyyət "ümmətdən millət yaratdı”. Elə bir millət ki, öz azadlığına, istiqlalına sahib çıxdı və bu məfkurə yolunda "can verməyə, qan tökməyə hazır” olduğunu dəfələrlə sübut etdi. 28 May o vaxta qədər coğrafi anlam kəsb etmiş Azərbaycan adına siyasi-ideoloji anlam qatdı, doğma Azərbaycanımız hansısa məkanın yox dövlətin adı oldu. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
"Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü həmişə əziz tuturuq”, - bu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hamımızın əzbərdən bildiyi tarixi sözləridir. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
Müzəffər Ali Baş Komandanımızın bir çağırışı ilə müsəllah əsgərə çevrilmiş Azərbaycan oğulları Cümhuriyyətimizin müqəddəs əmanəti - üçrəngli bayrağımızı Şuşada, həmçinin işğal olunmuş bütün ərazilərimizdə dalğalandırdı. Cənab Prezidentimizin hazırda Zəngəzur dəhlizinin bərpası yolunda yürütdüyü diplomatiya bir tərəfdən regiona sabitlik və inkişaf vəd edir, digər tərəfdən isə dövlətçilik tariximizin ənənələrindən qaynaqlanır. Qərbi Azərbaycanımız itirilmiş vətən torpağıdır, Zəngəzur isə Xalq Cümhuriyyətinin inzibati ərazisi olmuşdur.
Bu gün qürurla deyirik ki, müstəqil Azərbaycan müsəlman Şərqinin ilk demokratik dövlət qurumunun hüquqi varisidir. Uğurlarla və zəfərlərlə dolu yaşadığımız hər gün müstəqil respublikamızın bu şərəfli varislik missiyasını böyük ləyaqətlə davam etdirməsinin sübutudur.
Xəbər lenti
-
10:43NATO generalı Bakıdan MESAJ VERDİ - "Ağıllı olun!"
-
11:51QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
-
11:53Nazir paralimpiyaçılarımıza orden və medalları təqdim etdi - Fotolar
-
11:48Leyla Əliyeva kəpənək və ixtioz xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşdü - Fotolar
-
20:37Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - YENİLƏNİB
-
16:13Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
17:27İlham Əliyev Rusiyaya səfərə gedib - FOTO
-
12:34COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər
-
12:17“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:43Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
-
14:57Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
-
13:24İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
-
11:30Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
-
17:09Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
-
17:05İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
-
17:03Prezident İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB
-
16:55Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
-
15:47“Şvabe sifariş yerinə yetirir” – Partiya sədri
-
15:44QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək
-
16:35Prezident general-mayoru rütbəsindən məhrum edib
-
13:28İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir
-
12:30Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
-
12:11“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
19:58COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib
-
17:10Makronun erməniyə platonik sevgisi...
-
19:27Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
19:24ECOLEAD layihəsi uğurla icra olunur
-
14:57ASGA Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumunu reallaşdıracaq – GİN-nin dəstəyi ilə
-
13:24Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib
-
11:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:09Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində görüş keçirilib
-
17:42“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihəyə start verildi
-
15:06Bu gün Onun yaratdığı gündür! - Elşən Musayev yazır
-
14:52İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb- YENİLƏNİB
-
11:58Gənclər Fondu bu dəfə Yevlax gəncləri üçün yeni imkanlar yaradıb
-
11:22ArtKvadrat səhnəsində Azərbaycan musiqisi qeyd edilib
-
09:22"COP29-LA BAĞLI BEYNƏLXALQ TƏŞƏBBÜSLƏR" QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
16:04"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
10 Oktyabr 2024
09 Oktyabr 2024
08 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
04 Oktyabr 2024
03 Oktyabr 2024
02 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
16 Sentyabr 2024
04 Sentyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
NATO generalı Bakıdan MESAJ VERDİ - "Ağıllı olun!"
-
SİYASƏT
QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
-
SİYASƏT
Nazir paralimpiyaçılarımıza orden və medalları təqdim etdi - Fotolar
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - YENİLƏNİB
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
MANŞET, SİYASƏT
İlham Əliyev Rusiyaya səfərə gedib - FOTO
-
MANŞET, SİYASƏT
Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
-
MANŞET, SİYASƏT
Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
-
MANŞET, SİYASƏT
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb