“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
05 Noyabr 2024, 17:22
05 Noyabr
2024
17:22
77
Ötən həftənin cümə günü ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayının (NFP) kəskin azalmasına baxmayaraq dollar öz güclü mövqelərini qoruyub saxlaya bilib.
Qeyd edək ki, ABŞ-da "NFP” 12 min olub. Bu barədə ölkənin Əmək Nazirliyinin açıqlamasında məlumat verilib.
Bu, 2020-ci ilin dekabr ayından bəri ən kiçik artımdır. Göstəricilərin zəif açıqlanması "Helen” və "Milton” qasırğaları, həmçinin, Kaliforniya və Havaidə otel işçilərinin və "Boeing Co.” əməkdaşlarının tətili ilə əlaqələndirilir.
Ötən ay ölkədə işsizlik 4.1% səviyyəsində qalıb.
Analitiklər iş yerlərinin sayının 106 min artacağını və işsizliyin eyni səviyyədə qalacağını proqnozlaşdırmışdılar.
Dolların öz mövqelərini qoruya bilməsində 31 oktyabrda Amerikada dərc olunmuş inflasiya göstəriciləri təsirli olub.
ABŞ-ın Ticarət Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin avqust ayı ilə müqayisədə sentyabr ayında ölkə əhalisinin gəlirləri 0.3%, xərcləri isə 0.5% artıb.
Ekspertlərin proqnozu gəlirlərin 0.3%, xərclərin isə 0.4% artmasını nəzərdə tuturdu.
Şəxsi İstehlak Xərcləri İndeksi (PCE indeksi) analitiklərin proqnozlarına uyğun olaraq avqust ayı ilə müqayisədə sentyabr ayında 0.2% artıb. İllik ifadədə göstərici 2021-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə (2.1%) qədər yavaşlayıb.
Həmçinin, ərzaq və enerji resurslarının xərclərini nəzərə almayan PCE Core indeksi sentyabr ayında aylıq ifadədə 0.3%, illik ifadədə isə 2.7% olmaqla beş ayın ən yüksək səviyyəsinə yüksəlib. Ekspertlər göstəricilərin müvafiq olaraq 0.3% və 2.6% artacağını proqnozlaşdırmışdılar.
Cari həftə ərzində isə Amerikada noyabrın 5-i keçiriləcək Prezident seçkilərinin nəticələri və noyabrın 7-si FED-in baş tutacaq toplantısı sonrası veriləcək faiz qərarı birjalarda aqressiv dalğalanmalara səbəb ola bilər.
Qlobal bazarlarda müxtəlif aktivlərə sərmayə qoyan investorlar diqqəti ABŞ seçkilərinə yönəldiblər.
Əmtəə bazarları da, xüsusilə, Donald Tramp ssenarisində baş verə biləcək yeni dövr üçün qiymətləri yenidən nəzərdən keçirir.
ABŞ-da seçkilərin son mərhələyə çatdığı bir vaxtda bazar iştirakçıları qiymətlərlə bağlı son mövqelərini ortaya qoyurlar. Bazar iştirakçıları öz qiymətlərində keçmiş məlumatları diqqətlə araşdırırlar.
FED rəsmilərinin cümə axşamı Federal Açıq Bazar Komitəsinin iclasında inflyasiyanın 2% hədəfinə doğru irəliləməyə davam etdiyi üçün, faiz dərəcələrini 0.25% azaltması ehtimal olunur.
"FOMC”-un sentyabr ayında keçirilən iclasında faiz dərəcəsi 50 baza bəndi azaldılıb.
Rəsmilər son üç ildə yüksək inflyasiya faiz dərəcələrinin dramatik şəkildə artmasına səbəb olduqdan sonra, faiz dərəcələrinin dəqiq harada qərarlaşacağını anlamağa çalışırlar.
Federal Ehtiyyatlar Sisteminin cümə axşamı günü iki günlük iclasını bitirdiyi zaman prezidentlik yarışı hələ də həll olunmamış ola bilər. Lakin, bu qeyri-müəyyənlik FED-in faiz dərəcəsini daha da azaltmaq qərarına təsir etməyəcək. Amma, yanvar ayında yeni prezident və Konqres vəzifəyə başladıqdan sonra, xüsusən də, Donald Tramp Ağ Ev uğrunda mübarizədə yenidən qalib gələrsə, FED-in növbəti qərarları daha qeyri-müəyyən olacaq.
Bu həftə, həmçinin, İngiltərə və Avstraliya Mərkəzi Banklarının faiz qərarları investorların diqqət mərkəzində olacaq. Bundan başqa, həftə ərzində Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri də dərc olunacaq.
EUR
Ötən həftənin cümə axşamı günü "Eurostat”-ın verdiyi məlumata əsasən, oktyabr ayında Avrozonada istehlak qiymətləri illik müqayisədə 2%, ərzaq və enerji xərcləri nəzərə alınmadan hesablanan istehlak qiymətləri (CPI Core index) isə 2.7% artıb. Aylıq ifadədə Avrozonada İstehlak Qiymətləri İndeksi oktyabr ayında 0.3% səviyyəsində dərc olunub. Nəticədə, həftəyə artımla başlayan EURUSD məzənnəsi 1.09$ həddini test etdikdən sonra, yenidən ucuzlaşdı və həftəni 1.0830 səviyyəsində tamamladı.
Cari həftə ərzində Almaniyada və Avrozonada dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri EURUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Yeni həftəyə "gap”-lə 1.0876 səviyyəsində başlayan EURUSD məzənnəsində "ayılar” qiyməti 1.09$-ın altında qoruyub saxladığı müddətcə, eniş tendensiyası davam edə bilər.
Lakin, ABŞ-da keçiriləcək prezident seçkiləri və FED-in fazi qərarı fonunda mümkün əks ssenaridə isə, 1.09$ səviyyəsi psixoloji müqavimət həddi kimi çıxış edir.
GBP
Keçən həftəyə 1.2970 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.3040 həddinə qədər bahalaşsa da, həftənin son ticarət günündə yenidən ucuzlaşdı və həftəlik şamını 1.2910 səviyyəsində tamamladı.
GBPUSD məzənnəsi də cari həftəyə "gap”-la başladı. Açılışı 1.2965 həddindən reallaşan məzənnədə "ayılar” qiyməti 1.30$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
OİLUK
Ötən həftə Yaxın Şərqdəki geopolitik risklər və hasilatla bağlı mənzərə səbəbiylə bahalaşan neft qiymətlərinin cari həftə ərzində necə dəyişəcəyi də investorları düşündürən əsas məqamlardan biridir. Çünki, riskli aktivlər və valyuta bazarları ilə yanaşı, əmtəə bazarları da ABŞ-da prezident seçkilərinin nəticələrinə fokuslanıb.
Digər yandan isə, treyderlər Yaxın Şərqdə baş verən proseslərə qarşı da həssaslıqlarını saxlayırlar.
Ötən həftəyə 73.10$ səviyyəsində başlayan "Brent” nefti (OİLUK) həftə ərzində mövcud geosiyasi və iqtisadi risklər fonunda 75.30$ həddinə kimi bahalaşsa da, burada müqavimətlə üzləşdi və bir qədər ucuzlaşaraq həftəlik şamını 73.30$ həddində bağladı.
Cari həftəyə 74.70$-dan "gap”-la başlayan OİLUK-də qiymət 75$-ın üzərində möhkəmlənərsə, artım tendensiyası davam edə bilər.
XAUUSD
Qızıl ötən həftə qarşıdan gələn ABŞ seçkiləri və Yaxın Şərqdəki münaqişələrdən qaynaqlanan təhlükəsiz sığınacaq tələbi ilə 2790$-kimi bahalaşaraq növbəti dəfə rekord hədlərini yeniləsə də, həftənin son ticarət günündə ucuzlaşdı və həflətik şamını 2736$ həddində bağladı.
FED-in qarşıdakı aylarda faiz dərəcələrini aşağı salmaq üçün daha mərhələli addım atacağına dair gözləntilər və möhkəmlənən dollar qızılın artım tendensiyasını dayandıra bilmədi. ABŞ-da gərgin keçməsi gözlənilən seçkilərdə son mərhələdir və Respublikaçı namizəd Donald Tramp qlobal ticarəti pozacaq kütləvi vergi tarifləri vəd edir.
Artım tendensiyasını ardıcıl 4-cü həftə davam etdirən qiymətli metalın qarşısında duran əsas müqavimət hədləri kimi, 2800$ və 2850$ səviyyələri çıxış edir. 2715$ - 2.685$ diapazonu isə dəstək zonası kimi yaxından izlənilə bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
GÜNDƏM
Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
GÜNDƏM
Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
GÜNDƏM
“44 günlük müharibə bizim şərəf və qürur tariximizdir!” - BƏYANAT
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT