“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
21 Oktyabr 2024, 12:58
21 Oktyabr
2024
12:58
93
Atlantik okeanının hər iki sahilindəki proseslər birjalarda ciddi dalğalanmalara səbəb oldu.
Avropa Mərkəzi Bankının (AMB) son faiz endirimi və Donald Trampın mümkün prezidentliyi qlobal ticarət müharibəsinə səbəb olma riskini artırması major valyutalar, xüsuslilə də, EURUSD məzənnəsi üzərində təzyiqləri artırdı.
Trampın ABŞ-ın tariflərinin Çin və digər ölkələrlə yanaşı Avropanı da hədəfə ala biləcəyini söyləməsindən bir neçə gün sonra, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hər hansı problemin Birliyin çətin vəziyyətdə olan iqtisadiyyatı üçün "aşağı risklər” yaradacağını ifadə edib.
ECB bu il ardıcıl olaraq üçüncü faiz endirimini də etdi. Qərardan gələn siqnallar yumşalma dövrünün davam edəcəyi ilə bağlı ehtimalları daha da artırdı.
Qızıl artan geosiyasi risklər və əsas mərkəzi bankların faiz dərəcələrini azaltma siyasətləri səbəbindən güclənməyə davam edir. Xüsusilə, Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-dan gələn güclü iqtisadi məlumatlar və qlobal bazarlardakı qeyri-müəyyənliklər qızılın "güvənli liman" kimi bahalaşmasına dəstək oldu.
Cari həftə ərzində Amerikada açıqlanacaq daşınmaz əmlak bazarına dair statistik rəqəmlər, eləcə də, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri malyyə bazarlarında tendensiyaların gedişinə təsir edə bilər.
EUR
Ötən həftə Avrozonada inflyasiyanın ehtimal olunduğu kimi azalma ilə açıqlanması və Avropa Mərkəzi Bankının faiz dərəcələrini 25 baza bəndi azaltması EURUSD məznnəsində eniş tendensiyasının dərinləşməsinə səbəb oldu. Qeyd edək ki, bu ECB-nin bu il artıq 3-cü faiz endirimi idi.
Bu həftə isə Avrozonada dərc olunacaq sənaye sektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin, AMB sədri Kristin Laqardın həftənin çərşənbə axşamı və çərşənbə günləri ardıcıl 3 çıxışı investorların diqqət mərkəzində olacaq.
Ötən həftəyə 1.0930 səviyyəsində başlayan EURUSD məzənnəsi 1.0810 hədlərini test etdikdən sonra, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 1.0865 həddində bağladı. "Ayılar” qiyməti 1.09$-ın altında saxlaya bilsələr, eniş tendensiyası 1.0800 - 1.0770 hədlərinə kimi davam edə bilər.
Mümkün əks ssenaridə isə, 1.0952 səviyyəsi psixoloji müqavimət həddi kimi çıxış edir.
GBP
Keçən həftəyə 1.3055 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində eniş tendensiyasını davam etdirdi və 1.2970 həddini test etdi.
Lakin, bu səviyyədən dəstək tapan paritet bir qədər bahalaşdı. Həftəlik şamını 1.3050 səviyyəsində tamamlayan GBPUSD məzənnəsində tendensiyanın necə davam edəcəyinə dair ipucları üçün investorlar cümə axşamı günü İngiltərədə dərc olunacaq sənaye sektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin, İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin həftənin çərşənbə və cümə axşamı günləri ardıcıl 3 çıxışını diqqətdə saxlayacaqlar.
OİLUK
Ötən həftəyə 78.40$ səviyyəsində başlayan "Brent” nefti (OİLUK) həftə ərzində İsrailin İranın neft və nüvə obyektləri kimi kritik hədəfləri vura biləcəyi ilə bağlı fərziyyələrin zəifləməsi fonunda 73.50$-a kimi ucuzlaşdı.
OİLUK-də qiymət 75$-ın altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
XAUUSD
İsrail və HƏMAS arasındakı gərginlik bu həftə əmtəə birjalarında qızılın artım tendensiyasını dəstəkləyən əsas amillərdən biri olub. İsrailin HƏMAS lideri Yəhya Sinvarı öldürdüyünü elan etməsindən sonra Yaxın Şərqdə qarşıdurmalar yenidən güclənib.
ABŞ iqtisadiyyatının güclü qalmaqda davam etdiyini göstərən məlumatlar dolları dəstəkləyir və DXY 3.5% dəyər artımı ilə 103 bənd diapazonundakı mövqeyini gücləndirib. Mövcud perspektiv FED-in faiz dərəcəsinin azaldılması prosesində ləngiməsinə imkan yaratsa da, qızıla təzyiq edən faktor kimi də qiymətləndirilir.
Avropa Mərkəzi Bankı (AMB) bu il üçüncü faiz endirimini edib və depozit faizini 3.25%-ə endirib. ECB-nin məqsədi inflyasiyanı nəzarət altında saxlamaqdır ki, bu da bazarların qızıl kimi təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olur. Eyni zamanda, Çin Mərkəzi Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün addımlar atır. Çində genişlənən fiskal siyasətlər bazara likvidlik təmin edir. Bundan əlavə, ABŞ seçkiləri ilə bağlı qeyri-müəyyənliklər də diqqətdən kənarda qalmamalıdır. Bu proselərlər fonunda riskdən qaçmağa çalışan investorların kütləvi qızıl alışları fonunda, qiymətli metal yeni zirvələr arayışındadır.
Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, bu il mərkəzi bankların qızıl alışları 6% artaraq 183 tona çatıb. Həmçinin, süni intellekt sektorundakı yüksəlişin qızıla olan tələbatı artırmağa davam etdiyi və texnologiyada qızılın istifadəsinin hər il 11% artdığı bildirilib.
Beləliklə, qiymətli metal artım tendensiyasını yenidən bərpa etdi. "Sarı metal"-ın artım yönündəki əsas hədəfləri 2720$-ın üzərində günlük bağlanışdan sonra 2750$ və 2810$ hədləri ola bilər. Cari səviyyələrdən qazanc əldə edilərsə, 2715$ - 2.685$ diapazonunun dəstək zonası kimi yaxından izlənəcəyi görünür.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
GÜNDƏM
Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
GÜNDƏM
Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
GÜNDƏM
“44 günlük müharibə bizim şərəf və qürur tariximizdir!” - BƏYANAT
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT