“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
02 Sentyabr 2024, 12:05
02 Sentyabr
2024
12:05
70
Federal Ehtiyyatlar Sistemi bu ayın sonlarına doğru faiz endiriminə başlamasına hazırlaşarkən cümə günü açıqlanacaq olan avqust ayı əmək bazarı hesabatı, Amerikada Əmək günü səbəbilə qısa olacaq önümüzdəki həftə ərzində diqqət mərkəzində yer alacaq əsas məqamdır. Bu həftə, həmçinin, Kanada Mərkəzi Bankı növbəti faiz endirimini həyata keçirəcək. Səngiməyən geosiyasi risklər fonunda neft qiymətləri təzyiq altında qalmaqda davam edəcək.
"NFP” Hesabatı
FED-in son illərdə ilk dəfə faiz dərəcələrini azaltmağa hazırlaşdığı ərəfədə investorlar mərkəzi bankın nə qədər aqressiv hərəkət edə biləcəyinə dair ipuçları üçün diqqətlərini cümə günü avqust ayı əmək bazarı hesabatına yönəldəcəklər.
FED sədri Cerom Pavel, faiz dərəcələrini endirməyə başlamağın vaxtının çatdığına işarə etdi və bazar iştirakçılarının bir çoxu 17-18 sentyabr iclasında prosesin 25 baza bəndlik endirimlə başlayacağını ehtimal edirlər.
Əmək bazarında hər hansı bir zəifləmə əlaməti iyulun sonu-avqustun əvvəlində bazarları silkələyən tənəzzül ehtimalı ilə bağlı qorxuları yenidən alovlandıra bilər.
Cümə günü hesabatdan əvvəl, çərşənbə günü "JOLTS” Boş İşyerləri və Vakansiyalar Hesabatı təqdim ediləcək. Cümə axşamı ADP - Özəl Sektorda Yeni İşyerlərinin Sayı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı açıqlanacaq.
Bazar həssaslığı
"Wall Street” şirkət səhmləri yüksəldi və "Dow Jones”, FED-in tezliklə faiz dərəcələrini endirəcəyi ehtimalları fonunda həftəni ardıcıl iki gün bahalaşaraq bütün zamanların ən yüksək həddində bağlandı.
Avqustun əvvəlində başlayan satışlardan sonra fond bazarları yenidən yüksəldi və rallinin genişləndiyini göstərən əlamətlər texnologiya şirkətlərinin səhmlərində konsentrasiyadan narahat olan investorlar üçün ümidverici bir siqnal olaraq görülür.
İnvestorlar həmçinin daha aşağı faiz dərəcələrindən faydalanacağı gözlənilən daha az üstünlük verilən qiyməti ucuz olan səhmlərə və kiçik şirkətlərə investisiya edirlər.
"Bank of America” analitiklərinin fikrincə, tarixən sentyabr və oktyabr ayları səhmlər üçün dəyişkən aylar ola bilər və iqtisadi məlumatlarda hər hansı sürprizlər bazarda yeni şoklara səbəb ola bilər.
Kanada Mərkəzi Bankı yenidən faiz dərəcələrini aşağı salacaq
Çərşənbə günü toplanacaq Kanada Mərkəzi Bankının (BoC) ardıcıl üçüncü faiz endirimini edəcəyi gözlənilir.
Bank iyun ayından bu yana iki cəhddə, ümumilikdə "benchmark” faiz dərəcəsini 4.5%-ə endirib və bazarlar indi sentyabrdan sonra bu il daha iki faiz endirimi gözləyir.
Ötən həftənin cümə günü açıqlanan məlumatlar, Kanada iqtisadiyyatının ikinci rübdə gözləniləndən bir qədər daha sürətli böyüdüyünü, lakin böyümənin iyun ayında sabit qaldığını və ilkin proqnozların iyul ayında da artım göstərmədiyini ortaya qoydu.
BoC Qubernatoru Tiff Maklem, bankın iyuldan sonra inflyasiya ilə mübarizə aparmaqdansa, diqqətini iqtisadiyyatın stimullaşdırılmasına yönəldəcəyinə işarə etdi.
EUR
Ötən həftəyə 1.1190 səviyyəsində start verən EURUSD məzənnəsi 1.1200 həddinə kimi bahalaşdı. Amma, Amerikada proqnozların üzərində açıqlanan ÜDM və inflyasiya gösətricilərindən sonra, avro, qüvvətlənən dollar qarşısında 1.1045 həddinə kimi ucuzlaşdı və həftəlik şamını bu səviyyədə bağladı.
"Buğalar” qiyməti 1.10$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd edək ki, cari həftə ərzində Almaniyada və Avrozonada açıqlanacaq sənaye və xidmət sektorlarında PMİ rəqəmləri və Avrozonada ÜDM-in həcminə dair göstəricilər EURUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Keçən həftəyə 1.32$ səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.3265 səviyyəsinə kimi bahalaşsa da, burada müqavimətlə üzləşərək ucuzlaşdı və həftəlik şamını 1.3120 səviyyəsində tamamladı. "Buğalar” qiyməti 1.32$ həddinin üzərinə qaytara və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Neft qiymətləri təzyiq altında
Neft qiymətləri həftəni enişlə bağladı və oktyabr ayından etibarən "OPEC+”-n hasilatı artıracağına dair ehtimallar çoxaldığı üçün aylıq müqayisədə böyük itkilər yaşadı.
Cümə günü "Brent” markalı neftin oktyabr fyuçersləri həftə ərzində 0.3%, ay ərzində isə 2.4% və ya başqa cür desək, 1.14 dollar/barel azalaraq 78.80$ təşkil edib.
ABŞ-ın "West Texas Intermediate” (WTI) xam neft fyuçersləri 2.36$ azalaraq 73.55$-a düşüb.
Cümə günü açıqlanan güclü istehlakçı xərcləri məlumatı daha sürətli genişlənmə tempinə qarşı bir nəticə göstərdiyi üçün FED-dən gözlənilən faiz dərəcələrinin azaldılması ilə bağlı qeyri-müəyyənlikləri də ağırlaşıb. Analitiklər hesab edirlər ki, aşağı faiz dərəcələri iqtisadi artımı və neftə tələbi artıra bilər.
Ötən həftəyə 79.65$ səviyyəsində başlayan "Brent” nefti (OİLUK), 77.80$-a kimi ucuzlaşdı və həftəni 78.10$-da başa vurdu.
XAUUSD
Artan təhlükəsizlik riskləri, siyasi və iqtisadi qeyri-sabitlik dövründə ənənəvi "güvənli liman” olaraq görülən qızıl artım tendensiyasını davam etdirir.
Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik də qızılın bahalaşmasına səbəb olub. Bundan əlavə, ABŞ-ın faiz dərəcələrini aşağı salacağı gözləntiləri dollara təzyiq edərək, ABŞ valyutası ilə mənfi korellasiyaya malik olan qızılı daha cəlbedici edir.
Keçən həftəyə 2511$ həddində start verən qızıl həftə ərzində 2529$-a kimi bahalaşdı. Burada "ayılar”-ın müqaviməti qarşılaşaraq ucuzlaşan qiymətli metal həftəlik şamını 2503$ həddində bağladı. "Buğalar” qiyməti 2500$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
16:04"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
-
10:48VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
-
12:05“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:48Azərbaycanda “Sağlam qidalanma təlimləri” adlı layihə başa çatıb - Agentliyin dəstəyi ilə
-
11:32AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - Agentliyin dəstəyi ilə... (FOTOLAR)
-
11:27"YAŞAT" Fondu şəhid ailə üzvlərini bu dəfə Ankarada bir araya gətirib
-
14:41Elçin Mirzəbəyli Muradlı və Ərəbsarvan kəndlərində seçicilərlə görüşüb
-
14:21Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu
-
12:08Baş prokuror: ölkə prezidentinə xalqdan gələn dəstək misilsizdir
-
15:25Elçin Mirzəbəyli Kalva kəndində seçicilərlə görüşüb
-
12:27Məzahir Əfəndiyevin məqaləsi xarici mediada
-
11:34Örnəyə çevrilən milli məram-Bəxtiyar Əsgərov yazır
-
11:32“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:45Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
08:56IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib
-
15:47Növbəti möhtəşəm qələbə naminə!
-
09:26Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalanıb
-
17:51Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edib
-
17:58"SAF Həyat Naminə" GİB-nin növbəti uğurlu layihəsi
-
17:15“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin yeni layihəsinə start verildi
-
20:18Deputat Ucar şəhər mərkəzində səyyar qəbul keçirib
-
13:11Hərbi hissədə qanvermə aksiyası keçirilib
-
13:04Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır
-
12:37“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:36“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
20:59Nanə yeni mövsümdən “Xəzər” TV-də olacaq?
-
16:30Kaş, özün də kənardan baxıb görə biləydin ki, Milli Qəhrəman adı sənə necə yaraşır…
-
12:42Fərid Şahbazlı: “Vətən Müharibəsində bütün dünya Ordumuzun gücünə, hərbiçilərimizin şücaətinə şahidlik etdi”
-
12:31"Mingəçevir gəncləri hər zaman Natiq Qasımovu örnək biliblər" - Səbuhi Abbasov
-
12:05Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir ŞƏRH
-
16:25QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar
-
15:09AYAK İB “Məşğulluq forumu” reallaşdıracaq – AGENTLİYİN DƏSTƏYİ İLƏ
-
10:32Baş prokuror: Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb
-
14:53Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqeləri növbəti dəfə atəşə tutulub
-
11:00Şəhid Ülvi Həsənova həsr edilən tanıtım filmi təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
20:17Erməni vandallığını əks etdirən qısametrajlı film hazırlanır
-
00:37Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub
-
15:35"Mədəniyyətdə Marketinq” layihəsi başa çatdı
16 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
20 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
31 İyul 2024
24 İyul 2024
18 İyul 2024
13 İyul 2024
09 İyul 2024
08 İyul 2024
05 İyul 2024
03 İyul 2024
26 İyun 2024
25 İyun 2024
24 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
10 İyun 2024
Digər xəbərlər
-
SİYASƏT
"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
SİYASƏT
"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
-
SİYASƏT
VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
Azərbaycanda “Sağlam qidalanma təlimləri” adlı layihə başa çatıb - Agentliyin dəstəyi ilə
-
SİYASƏT
AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - Agentliyin dəstəyi ilə... (FOTOLAR)
-
SİYASƏT
"YAŞAT" Fondu şəhid ailə üzvlərini bu dəfə Ankarada bir araya gətirib
-
SİYASƏT
Elçin Mirzəbəyli Muradlı və Ərəbsarvan kəndlərində seçicilərlə görüşüb
-
SİYASƏT
Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu