“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

26 Avqust 2024, 11:32
26 Avqust
2024
11:32
427
ABŞ səhm bazarlarında ralli bu həftə nəhəng çip istehsalçısı "Nvidia”-nın (NVDA) qazanc hesabatlarının yayımlanması ilə davam edə bilər. ABŞ inflyasiya məlumatları uzun müddətdir gözlənilən faiz endirimi ehtimallarına ciddi təsir edə bilər. Bu həftə həmçinin, Avrozona və Avstraliyada faiz dərəcələrinin gedişatını müəyyən edəcək inflyasiya məlumatları açıqlanacaq.
ABŞ-dan iqtisadi məlumatlar
Cümə günü dərc olunacaq Federal Ehtiyatlar Sisteminin ölkədə inflyasiya səviyyəsini təyin etmək üçün üstünlük verdiyi Şəxsi İstehlak Xərcləri (PCE), həmçinin Şəxsi Xərclərin Qiymət İndeksi göstəriciləri dərc olunacaq.
Cümə günü mərkəzi bank rəhbərlərinin illik "Jackson Hole” Simpoziumunda çıxış edən FED sədri Cerom Pavel inflyasiya ilə bağlı son irəliləyişi etiraf edib və "monetar siyasətə düzəlişlərin vaxtı çatıb" - deyə qeyd edib.
Bu həftə iqtisadi təqvimə, həmçinin, bazar ertəsi Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Malların Sifarişlərinə dair Hesabat, cümə axşamı günü yenidən işlənmiş ikinci rübün ÜDM rəqəmləri, "Conference Board” İstehlakçı Güvən İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərin sayı da daxildir.
"Nvidia” hesabatı
Çərşənbə günü bağlanışdan sonra açıqlanacaq qazanc hesabatı "Nvidia”-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Qazanc hesabatı və süni intellektə korporativ sərmayənin davam edib-etməməsi ilə bağlı təlimat ilin tarixən dəyişkən vaxtına daxil olan bazar əhval-ruhiyyəsi üçün əsas dönüş nöqtəsi ola bilər.
"Nvidia” səhmləri il ərzində təxminən 150% bahalaşıb və bu, "SP 500”-ün illik 17%-lik qazancının təxminən dörddə birini təşkil edir. Lakin, diqqətçəkən, çoxillik marafon və süni intellekt çılğınlığı, həm də iyirmi ildən çox əvvəl partlayan "dot-com” fırtınası ilə müqayisələr aparılmasına səbəb oldu.
Avstraliya və Yaponiya CPİ rəqəmləri
Çərşənbə günü açıqlanacaq iyul ayı inflyasiya rəqəmləri, üç ildə ilk dəfə Avstraliya Ehtiyatlar Bankının 2-3% hədəf bandına geri düşdüyünü göstərə bilər.
İnflyasiya təzyiqlərinin zəiflədiyinə dair hər hansı bir əlamət, bir çox digər mərkəzi bankların yumşaldıcı dövrələrə girdiyi və ya nəzərdən keçirdiyi bir vaxtda faiz dərəcələrini azaltmaq istəməyən Avstraliya Ehtiyyatlar Bankı üzərində təzyiqləri gücləndirə bilər.
İnvestorlar həmçinin, çərşənbə günü məlumatların yüksək borclanma xərcləri səbəbindən təzyiq altında olan istehlakçı əhval-ruhiyyəsinə bir qədər rahatlıq təmin edəcəyini ehtimal edirlər.
Cümə günü açıqlanacaq Tokionun avqust ayı inflyasiya hesabatı isə Yaponiyanın pul-kredit siyasətinin gələcəyi ilə bağlı əlavə ipucu verə bilər.
Avrozonada və Almaniyada inflyasiya hesabatı
Cümə axşamı Almaniyada, cümə günü isə Avrozonada açıqlanacaq avqust ayı inflyasiya məlumatları Avropa Mərkəzi Bankının sentyabr ayında faiz dərəcələri ilə bağlı qərarının formalaşmasında mühüm rol oynayacaq.
Qismən neft qiymətlərinin düşməsi səbəbindən manşet inflyasiyanın azalması gözlənilsə də, baza inflyasiyanın isə daha qalıcı olacağı proqnozlaşdırılır.
Məlumatlarda baş verən sürprizlər ehtiyatlılıq tələb edə bilər, xüsusən də investorların son həftələrdə ECB-nin faiz dərəcələrini azaltması yönündə gözləntiləri artıb.
Bazar gözləntiləri 12 sentyabrda 0.25%-lik faiz endirimi yönündədir və ilin sonuna qədər əlavə endirimlərin olma ehtimalı yüksəkdir.
Ötən həftəyə 1.1025 səviyyəsində start verən EURUSD məzənnəsi 1.1200 həddinə kimi bahalaşdı və həftəlik şamını 1.1190 səviyyəsində bağladı.
"Buğalar” qiyməti 1.12$ həddinin üzərində saxlaya bilsələr, EURUSD-da 16 illik eniş tendensiyasını yekunlaşdıra bilər.
GBP
Keçən həftəyə 1.2935 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.3230 səviyyəsinə kimi bahalaşdı və həftəlik şamını 1.32$ səviyyəsinin üzərində tamamladı. "Buğalar” qiyməti 1.32$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
OİLUK
Yaxın Şərqdə münaqişənin eskalasiyası ilə bağlı son narahatlıqlar neftə tələbin qorunmasına səbəb olsa da, eyni zamanda, Çindən neft tələbi ilə bağlı qeyri-müəyyənliklər xam neft qiymətlərində əlavə artımları məhdudlaşdırır.
Ötən həftəyə 79.75$ səviyyəsində başlayan "Brent” nefti (OİLUK), 75.90$-a kimi ucuzlaşsa da, buradan dəstək taparaq bir qədər bahlaşdı və həftəni 79.30$-da başa vurdu.
XAUUSD
Artan təhlükəsizlik riskləri, siyasi və iqtisadi qeyri-sabitlik dövründə ənənəvi "güvənli liman” olaraq görülən qızıl artım tendensiyasını davam etdirir.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü qızıl qiymətlərində ilk artıma səbəb oldu. Artan əmtəə qiymətləri və sonrakı inflyasiya fiat valyutalarının dəyərini aşındıraraq yüksəliş tendensiyasını daha da dəstəklədi.
Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik də qızılın bahalaşmasına səbəb olub. Bundan əlavə, ABŞ-ın faiz dərəcələrini aşağı salacağı gözləntiləri dollara təzyiq edərək, ABŞ valyutası ilə mənfi korellasiyaya malik olan qızılı daha cəlbedici edir.
Bununla belə, qızıl investorları diqqətli olmalıdırlar, çünki bazarlar tez-tez korreksiyalarla üzləşirlər və bu, "şayiəni al, həqiqəti sat" tendensiyasını əks etdirən "heç bir şey düz xətt üzrə yüksəlməz" məsəlini əks etdirir.
Keçən həftəyə 2508$ həddində start verən qızıl həftə ərzində 2531.70$-a kimi bahalaşdı və həftəlik şamını 2512$ həddində bağladı. "Buğalar” qiyməti 2500$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
Digər xəbərlər
-
AZƏRBAYCAN, GÜNDƏM
100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
GÜNDƏM
Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
GÜNDƏM
Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
GÜNDƏM
Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
AZƏRBAYCAN, GÜNDƏM
ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
GÜNDƏM
"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”