“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

14 Noyabr 2023, 12:52
14 Noyabr
2023
12:52
67
Amerikada, Avrozonada və İngiltərədə dərc olunacaq inflyasiya göstəriciləri bazara yön verə bilər.
"InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Noyabrın ilk həftəsində 105 bənd hədlərinə qədər kəskin geriləyən Dollar indeksi (DXY) ötən həftə buradan dəstək taparaq bir qədər bahalaşdı və həftəni 105.86 bənd səviyyəsində tamamladı.
Yüksələn DXY qarşısında major valyutalar, həmçinin qızıl qiymətləri ötən həftə eniş tendensiyası sərgilədilər.
Bu həftə isə FED rəsmilərinin açıqlamaları və ABŞ-dən, Avrozonadan, eləcə də İngiltərədən dərc olunacaq inflyasiya məlumatları yaxından izləniləcək ki, bu da investorların gələcək faiz dərəcələri ilə bağlı fikirlərini formalaşdırmağa kömək edəcək. Bu həftə, eləcə də ABŞ-nın pərakəndə satış nəhəngləri qazanc hesabatlarını açıqlayacaqlar. İnflyasiya və iqtisadi mənzərə ilə bağlı narahatlıqların davam etdiyi bir mühitdə neft qiymətlərində də ciddi dalğalanmalar müşahidə edilə bilər.
İnvestorlar, FED-in inflyasiyanı keçənilki onilliyin ən yüksək səviyyələrindən aşağı salmaq üçün apardığı mübarizədə irəliləyişlə bağlı yeniləmənin olub olmadığını görmək üçün çərşənbə axşamı günü açıqlanacaq ABŞ-də istehlak qiymətləri ilə bağlı oktyabr ayı məlumatlarını gözləyirlər.
İnflyasiyanın aylıq 0.1% artacağı ehtimal edilir. Sentyabr ayında İstehlak Qiymətləri İndeksi kirayə qiymətlərindəki sürpriz artım səbəbiylə 0.4% artarkən, baza inflyasiya təzyiqlərində də bir qədər yumşalma müşahidə edilmişdir.
Lakin analitiklərin fikrincə əmək bazarında şərtlərin zəiflədiyini göstərən oktyabr ayı məşğulluq hesabatı ən yüksək səviyyədə olan faiz dərəcələrinin azaldılması ilə bağlı müzakirələri yenidən alovlandıra bilər.
ABŞ istehsalçı qiymətləri məlumatlarını, eləcə də bir sıra aylıq qazanclardan sonra mənfi zonaya düşəcəyi ehtimal edilən oktyabr ayı üzrə pərakəndə satış rəqəmlərini də açıqlayacaq.
İnvestorlar həftə ərzində Nyu-York FED-in sədri Con Uilyams, Çikaqo FED-in sədri Austan Qulsbi, FED inzibatçıları Filip Cefferson və Maykl Barr da daxil olmaqla bir çox FED rəsmilərini dinləmək imkanı əldə edəcəklər. FED üzvlərinin monetar mühitdə sərtləşdirmənin davam etdirilib-etdirilməyəcəyini dekabrın 12–13-də keçiriləcək növbəti iclasa qədər qiymətləndirəcəklər.
Keçən cümə axşamı FED sədri Cerom Pavel, FED üzvlərinin inflyasiya ilə mübarizəni bitirmək üçün faiz dərəcələrinin kifayət qədər yüksək olduğuna "əmin olmadığını" söylədi. FED pul-kredit siyasətini həddindən artıq sərtləşdirmək istəməsə də, Pavel: "Bizim edə biləcəyimiz ən böyük səhv inflyasiyanın həqiqətən nəzarət altına alınmamasıdır." – deyə əlavə bir faiz artımı üçün qapını aralı saxladı.
İnvestorlar faiz dərəcələrinin həqiqətən pik həddə çatıb-çatmadığını və mərkəzi bankın dərəcələri azaltmağa nə vaxt başlaya biləcəyini qiymətləndirərkən diqqətlərini 16 ilin ən yüksək hədlərindən aşağı düşmüş xəzinədarlıq gəlirlərinə yönəldirlər.
Açıqlanacaq digər məlumatlar arasında sənaye istehsalının həcmi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi və məşulluq səviyyəsi göstəriciləri və İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı kimi iqtisadi rəqəmlər də yer alır.
Bazar iştirakçıları bu həftə həmçinin İsveçrə Mərkəzi Bankının sədri Tomas Cordan və AMB sədri Kristin Laqardın çıxışlarını diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan yüksəliş digər əsas valyutalar kimi avronun da qismən ucuzlaşmasına səbəb oldu. Bu həftə çərşənbə axşamı günü Almaniyadan və Avrozonadan açıqlanacaq ZEW İqtisadi Aktivlik İndeksi, və Avrozonada ÜDM-in həcmi, eləcə də cümə günü Avrozonada İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri və AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar dünya valyuta birjalarında, xüsusən də EURUSD məzənnəsində volatilliyə səbəb ola bilər.
GBP
İngiltərədə çərşənbə axşamı dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, çərşənbə günü açıqlanacaq CPİ və cümə günü yayımlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi kimi göstəricilər funt-sterlinqin qiymətində dalğalanmalara səbəb ola bilər.
NEFT
Ardıcıl 3 həftədir ucuzlaşan neft qiymətləri ötən həftənin sonunda 82$ səviyyəsində qərarlaşdı. Yeni həftəyə də dəyər itkisi ilə başlayan "qara qızıl”-ın qiyməti 80$ həddini qırsa və bu səviyyənin altında qala bilsə, eniş tendensiyası bir qədər də dərinləşə bilər.
XAUUSD
2010$ həddini test etdikdən sonra, ardıcıl 2 həftə ucuzlaşan qızıl, ötən həftəni 1935$ həddində tamamladı. Hazırda 1934$-dan təklif edilən qiymətli metalın dəyəri 1900$ dəstəyini qırsa və cari həftəni bu həddin altında tamamlasa, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:27MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
05 Dekabr 2023
01 Dekabr 2023
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
26 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
03 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT, GÜNDƏM
“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
GÜNDƏM
Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
GÜNDƏM
Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
GÜNDƏM
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT, GÜNDƏM
“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!