YAP Yasamal rayon təşkilatında gənclərlə görüş keçirilib
26 Yanvar 2022, 10:34
26 Yanvar
2022
10:34
611
Deputatı Ramil Həsən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının keçirdiyi "Milli maraqlar və xarici siyasət” adlı silsilə görüşlər çərçivəsində "Azərbaycan - Türkiyə strateji münasibətləri, Türk dövlətləri təşkilati kontekstində" mövzusunda gənclərlə görüşün qonağı olub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görüş iştirakçılarını salamlayıb və vurğulayıb ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Əsas məruzəçi olaraq Millət vəkili Ramil Həsən çıxışında "Azərbaycan-Türkiyə münasibətləri bütün ölkələr ilə olan münasibətlər konteksində tamamilə fərqlidir. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasındakı münasibət qədimdən məlumdur. Azərbaycan və Türkiyədə torpaqların düşmənlərdən müdafiəsi uğurunda zaman-zaman şəhid olmuş həm Azərbaycan, həmdə Türkiyə oğullarının məzarlıqlarını görə bilərik. Əgər bir insan torpaq uğrunda şəhidlik zirvəsinə yüksəlirsə bu, o deməkdir ki, uğurunda şəhid olduğu torpaq onun üçün vətəndir. Ona görə Türkiyə və Azərbaycan ikisidə bizim üçün vətəndir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin bilavasitə xarici siyasət strategiyasında bu amillər xüsusi rol almaqdadır ki, bununda təməli 1918-ci ildə Xalq Cümhuriyyəti və Osmanlı İmperiyası arasında atıldı və daha sonra dahi lider, Ulu öndərimiz Heydər Əliyevin "Bir Millət, İki Dövlət" deyimi ilə türk dünyasının böyük oğlu Süleyman Dəmirəl tərəfindən iki şəxsiyyətin şəxsi dostluq münasibətləri ilə inkişafın növbəti mərhələsinə qədəm qoymuş və 2003-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin vəfat etməsi, cismən aramızdan ayrılması və Cənab Prezident İlham Əliyevin prezident kimi fəaliyyətə başlamasından sonra ikinci mərhələyə qədəm qoymuşdur.
Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. 10 noyabr Zəfər tariximizdən sonra biz Azərbaycan, Rusiya və Ermənistan olaraq atəşkəs anlaşmasını imzalayaraq Ermənistanın faktiki olaraq məğlubiyyətə uğratdığımızı rəsmən dünyaya bəyan etdiksə ordaki ən önəmli maddələrdən biridə 9-cu maddə Naxçıvan ilə Azərbaycanın digər güşələrini birləşdirəcək 43 km-lik Zəngəzur Koridorunun mövcudluğu və koridordan gələcəkdə Azərbaycanın istifadə etməsi ilə bağlı faktlar idi. Azərbaycan və Türkiyənin qəti iradəsi ilə dövlət başçımızın mükəmməl, inanılmaz diplomatik qabiliyyəti və bacarığı ilə bu proses bu gün uğurla davam edir. 44 günlük Vətən Savaşımız bütün dünyaya göstərdik ki biz nahaqqa qarşı mübarizə apardıq, mülki əhaliyə zərər vermədən biz sadəcə düşmənin başını dəmir yumruq ilə əzərək hüquqi cəhətdən bizə aid olan torpaqlarımızı öz gücümüzlə geri aldıq, biz ədaləti təmin etdik. Bu proseslərdə Azərbaycanın qətiyyətlə yanında olan hər cəhətdən dəstəkləyən yeganə və tək dövlət Türkiyə Cümhuriyyəti idi. Digər qardaş Pakistan, Ukrayna, İtalya, Macarıstan kimi bir çox bəzi ölkələr isə Azərbaycanın bu istiqamətdə haqq səsini müsbət mənada dəstəkləyən bəyanatlar veriblər.
Azərbaycan -Türkiyə dostluğundan, strateji münasibətlərdən, müttəfiqlik və qardaşlıq əlaqələrindən danışarkən mən Azərbaycan və Türkiyədə yaşayan bütün xalqlarıda bura daxıl edirəm, çünki biz birik. Türk dövlətləri təşkilatının mühüm önəmlərindən birini də sizinlə bölüşərək vurğulamaq istəyirəm, Zəngəzur Koridoru açıldıqdan sonra bilavasitə iri miqyaslı qlobal enerji layihələrinin Zəngəzur koridorundan keçərək Asiyanı Avropaya, Avropanı Asiyaya birləşdirəcək ana xəttin üzərində yerləşməsidir. Prezidentimizin müharibə dövründə dediyi bir cümləni xatırlasanız bu cümlənidə niyə dediyini gələcəkdə şahidi olacaqsız. Cənab Prezidentin dediyi mükəmməl tarixi cümlə "Mən nəyi nə zaman və harda necə edəcəyimi çox gözəl bilirəm" və sözün həqiqi mənasındada bu istiqamətdə də biz ölkə rəhbərinin yanındayıq və Azərbaycan-Türkiyə strateji, siyasi və beynəlxalq münasibətlər sistemində Azərbaycan və Türkiyənin bir-birini müdafiə etməsi, koordinativ fəaliyyət bu gün Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı atılan addımların hər birisinin Azərbaycan xarici siyasət strukturları ilə dövlətlərimizin ikisinin birgə müzakirəsi çərçivəsində atılmasıda bizim müttəfiqlik münasibətlərimizin mükəmməl bir nəticəsi kimi qəbul etməliyik.
Əziz gənclər həyatımın unudulmaz tarixlərindən birini sizinlə bölüşmək istərdim, bu illər öncə türk dünyasının böyük oğlu, rəhmətlik Süleyman Dəmirəl tərəfində qəbul edilməyim olmuşdur və çox gözəl görüşümüz keçdi təxminən bir saat görüş davam etdi. Azərbaycan - Türkiyə dostluğundan bir gənc kimi Sayın Dəmirələ belə bir fikir ifadə etdim "Sizin və Heydər Əliyev kimi dahi iki şəxsiyyətin şəxsi dostluğu bizim üçün unikal bir stimuldur. Biz bununla fəxr edirik, sizin kimi dahi liderlərimizə baxaraq sizdən öyrənirik" bu, fikirlər Süleyman Dəmirəlin xoşuna gələrək iki gün keçməmiş daha sonra bir daha çağırdılar ki, Süleyman Dəmirəl sizinlə görüşmək istəyir və orda rəhmətlik Ulu Öndərə telefon zəngi etdi və təbiiki onların şəxsi qardaş münasibətləri var idi bu gün Cənab Prezident İlham Əliyev və Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın arasında olduğu kimi və çox xoş fikirlər söylədi telefonla danışığı yekunlaşdırdıqdan sonra bir cümlə ifadə etdi "Ramil kardeşim Heydər Əliyevin önəmini, dəyərini Azərbaycan xalqı daha çox çox illər keçdikdən sonra anlayacaq". Bu gün ki bizim strateji münasibətlərin bu nöqtəyə gəlməsi ilə bağlı Cənab İlham Əliyevin aparmış olduğu xüsusi və inanılmaz strateji siyasətin təməli Heydər Əliyev kimi dahi şəxsiyyət tərəfindən qoyulub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.
Prezident Cənab İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. 44 günlük Qarabağ Savaşında qardaş Türkiyə ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır" fikirləri bildirmişdir.
Daha sonra müzakirə formatında davam edən görüşdə gənclər öz suallarını ünvanlandırıblar, suallar cavablandırılıb, təklifləri dinlənilib. Gənclər onları maraqlandıran suallarına cavab alıb.
Sonda gənclərlə xatirə şəkli çəkilib.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”