Şuşaya aparan yollar Şuşada qurtarmır!..
24 Dekabr 2021, 14:48
24 Dekabr
2021
14:48
1239
Azərbaycanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətdə olduğu illərdə mədəniyyət xüsusi inkişaf mərhələsi keçmişdir. Mədəniyyət sözü burada geniş mənada işlənir. Bu genişlik içində bir də məna dərinliyi və üfüq vardır. Düşünürəm ki, genişlik, dərinlik, üfüq dedikdə, son bir il içində leksikonumuzda yerini möhkəmləndirmiş bir müəyyənliyi vurğulamaq yetərlidir: Şuşa – Azərbaycanın Mədəniyyət Paytaxtıdır və Şuşaya aparan yollar Şuşada qurtarmır!..
İlham Əliyevin "Quran”a, Konstitusiyaya əl basıb, and içdiyi ilk gündən başlayaraq, o, məhz böyük mədəniyyət quruculuğu ilə məşğul idi. Burada əcdadımızın hərb mədəniyyəti, savaş ləyaqəti, dövlət, dövlətçilik ciddiyyəti, xalqcanlılıq, Vətəncanlılıq, uzaqgörənlik, mədəniyyətlər və sivilizasiyalararası uzlaşma, rifah, yeni nəsillərə yol açma mədəniyyəti və s. vardı. Budur, bunların hamısının birgə təcəllası 30 illik işğala 44 gün içində son verən Azərbaycan Vətən Müharibəsində parlaq şəkildə ortaya çıxdı. 44 gün və tarixi Zəfər!
Bilirsiz, Silahlı Qüvvələrimiz öz Ali Baş Komandanı ilə, ölkəmiz, xalqımız öz dövlət başçısı ilə bir can olaraq, ruhdaş olmağı nümayiş etdirərək, işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə keçidi təmin etməklə, dünyaya xalqımızın xarakterini göstərmiş oldu: biz müharibə aparmağı da, sülh təsis etməyi də bacarırıq.
Bu mövzu yetərincə dərin mövzudur, çünki ən azı ermənilərin Qarabağda məskunlaşdırılması ilə başlayan, İrəvandan, Zəngəzur və Göyçədən öncədən separatçı yuvasına, naşükürlər məskəninə döndərilmiş bir ərazi ilə və bu ərazilərlə də gözü doymayan azğınlaşdırılmış etnik qrupla başlayan, dünya erməniliyinin, dünya güclərinin dəstəklədiyi bir bəladan danışırıq. İlham Əliyev bu boyda problemin üzərinə öz xalqına inamı, öz siyasi iradəsi, öz prinsipiallığı və öz sadiq qardaşlarına güvəni ilə getdi. Bax, bu böyük Azərbaycan mədəniyyətinin parlaq hadisəsi, təntənəsi idi! Çoxvektorlu siyasət meydanlarında ən düzgün gediş, ən doğru məqam, ən yaxşı yol seçimi özü yüksək mədəni səviyyənin məhsuludur. Fərqli ideoloji-siyasi və etnik yapıya malik dövlətlərlə qonşuluqda, çoxmillətli Qafqazda – maraqların uzlaşdırılması çətin olan bir bölgədə zəfərə imza atmaq özgüvənlə yanaşı diplomatiya mədəniyyətini göstərir.
Uğur 44 gün içində qazanılsa da onun arxasında uzun illər boyu aparılan gərgin iş, titanik çalışmalar, məhsuldar əmək, zehni proses dayanır. Bu öz işinə, haqqa xidmətə inamın, xalqı səfərbəretmə mədəniyyətinin ifadəsidir: necə deyərlər, gücün mədəniyyəti, mədəniyyətin gücü!
Bəli, gücün mədəniyyəti və mədəniyyətin gücü! Bu, daha nəyi ifadə edir? Uzun illər "qalib ədası” ilə gəzən, "məğlubedilməz ordu” mifi ilə dolanan Ermənistan siyasi-hərbi hakimiyyəti, deyəsən dünya erməniliyini də, bir sıra dairələri də inandırmışdı ki, doğrudan da, onlar mədəni xalq, qalib ölkə, qədim mədəniyyət sahibləridir. Ancaq soruşan yox idi ki, bəs işğalçılıq? Bəs terrorizm? Bəs başqa ölkədə ordu saxlamaq? Bəs 4 minə yaxın azərbaycanlı itkin, əsir, girovun taleyi necə olsun? Bəs Xocalı soyqırımına nə deyirsiz? Bəs tutduğunuz şəhərləri, kəndləri niyə dağıdırsız? Bəs sülh danışıqlarında imitasiya ilə məşğul olmaq nədir? – Bunun müqabilində ATƏT-in Minsk Qrupunun həmsədrləri daxil, bir sıra güclər açıq, gizli şəkildə Azərbaycana reallıqlarla barışmağı təklif edirdi. Guya bir qalib tərəf, bir də məğlub tərəf var, reallıq var və bu reallıqla barışmaq lazımdır. İndi necədir? Qalib Azərbaycan yüksək humanizm göstərir, qalib ləyaqəti göstərir, kommunikasiyaların açılmasına, dinc, yanaşı yaşamağa töhfələr verir, əsir-girovların qaytarılmasını həyata keçirir. 44 günlük müharibədən ötən aylar içində yüzlərlə erməninin meyiti bizim razılığımızla aşkarlanıb və qarşı tərəfin götürməsinə imkan yaradılıb. Qalib Azərbaycan necə deyərlər, "yıxdığını kəsmir”, ağıllanmağa dəvət edir. Zəfər qazanmış Azərbaycan danışıqlar masasında ləyaqət, ciddiyyət göstərir, sözünü, tələbini açıq deyir. Yəni, biz oyun oynamırıq, oyun oynayanlara da yerini Dəmir Yumruqla artıqlaması ilə göstəririk!
Beləliklə, keçilməz xətlərin, yarılmaz səngərlərin üzərinə yeriyən, yeni texnikanın "dil”ini bilən, əcdadın hərb ənənəsi ilə çağdaş elektron hərb sənətinin ortaq yürüdülməsini modelləşdirən oğullar texnoloji mədəniyyətə, tarix şüuruna bir günün içində yiyələnməmişdi. Belə oğulları yetişdirmək məktəb mədəniyyəti deməkdir, təhsil deməkdir, maarif gücü deməkdir...
İlham Əliyevin ali hakimiyyət illəri içində təmir edilən, əsaslı şəkildə yenidən qurulan mədəniyyət müəssisələrinin, yeni tikilən sənət ocaqlarının, keçirilən çoxsaylı beynəlxalq festival, yarışmanın, haqq edənlərin dövlət mükafatları ilə təltif edilməsinin, istedadların üzə çıxarılmasının... siyahısı uzundur. Bunlar ardıcıl, məqsədyönlü siyasətin tərkib hissəsidir.
Dövlətin mədəniyyət siyasətinə ayrılan büdcə vəsaiti ilbəil artmaqdadır. Dövlət başçısı torpağın altındakı mədəni xəzinələrimizin üzə çıxarılmasına da (Tovuzdakı Göytəpə Qədim Yaşayış Məskəni kimi), Azərbaycanın Dünya Kosmos Ailəsinin üzvü olmasına da eyni diqqət-qayğı ilə yanaşıb və böyük uğurlara imza atıb. İlham Əliyev necə deyərlər, yalnız yerin altı, göyün üzü ilə deyil, Azərbaycan mənini Yerin üstündəki, göyün altındakı dünya birliyi ilə sıx təmaslarda da təsdiq edir, həqiqətlərimizin üfüqünü genişləndirir.
Pandemiya, müharibə dövründə ölkənin mədəniyyət təsərrüfatı sağlam tutulub. Klassik irsə sədaqət nümayiş etdirilib. "Nəsimi İli”, "Nizami İli”nin elanı, Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, paytaxtda heykəlinin ucaldılması haqqında Sərəncam verilməsi, eləcə də, media mənsubları üçün şəhərciyin tikintisinin davam etdirilməsi, sosial müdafiəyə ehtiyacı olan mədəniyyət işçiləri, incəsənət xadimlərinin qayğı ilə əhatə olunması, beynəlxalq müstəvidə mədəni sərvətlərimizin qorunması... uzun siyahının yalnız çox kiçik bölümüdür...
Bir sözlə, mədəniyyətə dair dövlət siyasəti İlham Əliyevin xüsusi önəm verdiyi əməli fəaliyyət sahələrindəndir. Heç təsadüfi deyil ki, postmüharibə dövründəki ilk təqvim ili Azərbaycan Respublikasında mədəniyyət ili kimi xarakterizə olundu: 2021-ci ilin ilk ayında ölkə başçısı Şuşanı Mədəniyyət Paytaxtı elan etdi, 2021-ci ili Nizami İli elan etdi, mədəniyyət naziri vəzifəsinə təyinat oldu və yeni nazirə Yeni Mədəniyyət Strategiyasının hazırlanması, Mədəniyyət Nazirliyində müşahidə olunmuş neqativ halların aradan qaldırılması tapşırıldı. Fevralda Aşıq Ələsgərin 200 illiyi ilə bağlı Sərəncam verildi. Sonra Şuşada Xarı Bülbül, Vaqif Poeziya Günləri bərpa olundu və yüksək səviyyədə keçirildi. "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu parlamentdə müzakirələrdən sonra qəbul edildi. Prezidentin qanunvericilik təşəbbüsü ilə irəli sürülmüş qanun Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən etdi. Şuşaya və işğaldan azad edilmiş digər torpaqlarımıza mədəniyyət qayıtdı, quruculuq, abadlıq sürəci başlandı: torpağın əsl sahibləri Qarabağa, Gündoğar Zəngəzura ruh bədənə qayıdan kimi qayıtdı!
Vaqifin məqbərəsinin bərpası bu sürəcin şah əsərlərindən biri oldu.
İl ərzində sərgilər, konsertlər, müsabiqələr, təqdimatlar... ard-arda düzüldü. İl içində bir neçə dəfə mədəniyyət, incəsənət xadimləri ilə bağlı Sərəncamlar verildi, təltiflər oldu. Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və b. yaradıcı qurumların dövlət büdcəsindən maliyyələşdirilməsi davam etdirildi.
Və Heydər Əliyev Fondu!.. – UNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük şükranlığa layiq xidmətləri də məhz İlham Əliyevin ali hakimiyyət illərində çiçəklənən mədəniyyət siyasətimizlə sıx bağlıdır. Bunlar bir-birini üzvi surətdə tamamlayan çox önəmli hadisələrdir. Prezidentin ailə üzvlərinin mədəniyyətin çiçəklənməsinə verdiyi ciddi töhfələr özü də sənət əsərlərinə, kitablara, filmlərə mövzu olası hadisələrdir.
Mədəni irs, mədəni tərəqqi, mədəniyyətin təqdimi, təbliği, təcallası və təsviri planında misalları, örnəkləri çox saya bilərik. Lakin məqsəd bu deyil. Məqsəd bir liderin timsalında mədəni yüksəlişin digər sahələrə sirayətinə bir baxış sərgiləməkdi. Çox şadıq ki, baxışlarımız Şuşada əzəmətlə dalğalanan bayrağımızdan Zəngəzura, Göyçəyə, İrəvana mədəniyyət, sənət şüaları kimi, işıq seli kimi axmaqdadır – o torpaqlar öz əzəli sahiblərinin dönüşü ilə dinclik tapacaqdır.
Bütün bu fikirlərin işığında möhtərəm dövlət başçımızı 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar diləyirəm!
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva
7News.Az
Xəbər lenti
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT
Tarixin izi ilə... (Bəşir İmanovun həyat yoluna qısa səyahət)
-
MƏDƏNİYYƏT
Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir zabit olduğunu sübut edib
-
MƏDƏNİYYƏT
“ZİRVƏLƏRƏ DİKİN BAYRAQ”
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir