Şuşa əzəli Azərbaycan şəhəridir…

Şuşa əzəli Azərbaycan şəhəridir…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2021-ci il tarixindəki Şuşa səfəri haqqında danışmaq və yazmaq çox qürurvericidir. Şuşa Azərbaycan xalqının qədim mədəniyyət beşiyi, ecazkar memarlıq sim¬vo¬lu¬dur. Əs¬rarəngiz təbiəti, qeyri-adi coğrafi mövqeyi və strateji əhəmiyyətinə görə Şuşa şə¬həri Qarabağ bölgəsində müstəsna əhəmiyyətə malik bir məkandır, doğma Azər¬bay¬canımızın tacıdır, milli qürur mənbəyimizdir. Şuşa deyəndə Azərbaycan təbiətinin misilsiz gözəlliyi göz önü¬nə gəlir. 

Otuz ilə yaxın bir müd¬dət¬də Qarabağ yarası hər bir azər¬bay¬canlının ürəyində qaysaq bağlamışdı. Nə¬hayət, Allaha şü¬kürlər olsun, Qarabağ torpağı qəsbkar erməni van¬dal¬la¬rının əsa¬rə¬tin¬dən qur¬tuldu. Şuşanın igid Azərbaycan əsgərləri tərə¬findən qeyri-adi şücaət nəticə¬sin¬də azad edilməsi əməliyyatı dünya savaş tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq  salnaməsidir.
Şu¬şanın azad edilməsi 44 günlük Vətən müharibəsində son nöqtənin qoyul-masına səbəb oldu və iş¬ğalçı Ermənistan dövlətini kapitul¬yasiya sənədini im-zala¬mağa məcbur etdi. Hər bir Azərbaycan vətəndaşı kimi biz də Şuşanın azad edil¬məsi xəbərini böyük sevinc və qürur hissi ilə qarşıladıq. Müzəffər ordunun qalibi Ali Baş Ko¬mandan kimi cənab Prezidentin qələ¬bədən sonra ikinci dəfə Şu¬şaya sə¬fər et¬məsi və milli bayramımız olan Novruz bay¬ra¬mını öz ailəsi ilə birgə Şuşa şə¬hərində qeyd etməsi dünyaya bir mesajdır, simvolik xarakter daşıyır.
Səfər za¬manı Prezidentin dərin məz¬munlu, böyük siyasi-geopolitik əhə¬miy¬yət daşıyan tarixi çı¬xışları hər birimizin qəlbində qələbə se¬vincinin əks-sədasını, xoş duyğularını da¬ha da artırmış oldu. Şuşa səfərində Müzəffər or¬dunun başçısı kimi cənab Pre¬zident bu tarixi qələbə ilə bağlı öz fikirlərini bildirdi. Bu fikirlərdə böyük müd¬riklik ifadə olunmuş, dip¬lo¬matik təcrübə öz əksini tapmışdır. Mən bir pedaqoq kimi, həm də bu müqəddəs Vətən Mü¬haribəsində yaxından iştirak etmiş bir hərbçi həkim atası kimi qürurla bu səfərin bəzi məqamlarına diqqəti çəkmək is¬tə¬yirəm. 
Əvvəla, cənab Pre¬zi¬dent Şuşada tonqal qalayaraq milli bay¬ramımızın əsas ri-tuallarından birini dün¬yaya gös¬tər¬məklə sübut etdi ki, Şuşa qədim Azər¬bay¬can şəhəridir və bu müqəddəs məkanda yüz illər boyu Azərbaycan türkü ya¬şa¬mış¬ və öz adət-ənənəsini qoru¬muş¬dur. Yəni Şuşasız və ümumiyyətlə, Qarabağsız Azərbay¬canı və Azərbaycan xaqının qədim mədəniyyətini, musiqisini, memarlığını təsəv¬vür etmək qeyri-müm¬kündür.
Şuşa deyəndə hər bir azərbaycanlı müqəddəs torpaq, qədim mə¬də¬niy¬yət ocağı başa düşür. Şuşa Üzeyir Hacıbəyovun, Cabbar Qaryağdıoğlunun, Səməd bəy Mehmandarovun, Xan Şüşinskinin, Seyid Şuşinskinin, Bülbülün və¬tə¬ni¬dir.
Cənab Prezident Şuşa səfərində Azərbaycan xalqına məxsus bir çox dini abi-dələri, o cüm¬lədən, Xocavənd rayonunun ərazisində yerləşən qədim insan məs-kə¬ni olan Azıx mağarasını ziyarət etdi. Prezi¬dent bu abidələrin çoxunun xarabalığa çevrilməsini böyük ürək ağrısı ilə dünya icti¬ma¬iyyə¬tinə çatdırdı. Prezidentin bu səfər zamanı etdiyi çıxışlar ölkə baş¬çısının mə¬dəniyyətin hamisi olduğunu bütün dünyaya sübut etdi. Bu tarixi səfər dünyaya Azərbaycan xalqının sülh¬pər¬vər bir xalq olduğunu və Azərbaycanın qüdrətli liderinin qeyri-adi xariz¬ma¬sını yenidən isbatladı. İsbat olundu ki, Azər¬baycan əsgəri mülki vətəndaşa güllə atmadı, maddi mədəniyyət abidələrini, yaşayış məntəqələrini dağıtmadı. Halbuki erməni əsgərləri yüzlərlə tarixi abidəmizi yerlə yeksan edib, yüzlərlə mülki vətəndaşımızı şəhid edib, yüzlərlə yaşayış məntə¬qəmizi viran qoyub.
Qarabağda bütün qədim abidələrimizi erməniləşdirməyə cəhd edən azğın xislətli düşmənin öz bəd¬nam əməlləri ilə törətdiyi cinayətlərin misli-bərabəri yox¬dur. Qarabağda dağı¬dılmış mədəni abidələr Azərbaycan xalqının mənəvi mirasıdır. Cənab Prezi¬dent öz tarixi və mü¬qəd¬dəs missiyasını yerinə yetirərək qeyd etdi ki, Qarabağda dağıdılmış bütün mad¬di-mədəniyyət abidələri tezliklə bərpa olunacaq. Çünki bu abidələr Azərbaycan xalqının dünya memarlığına, bir sözlə, dünya mədəniyyətinə bəxş etdiyi nadir incilərdir. 
Müzəffər or¬dunun müzəffər Ali Baş Komandanı cənab Prezident öz çıxışları ilə dünyaya Azərbaycan döv¬lə¬tinin iqtisa¬di-siyasi gücünü, peşəkar or¬du¬muzun hərbi qüdrətini bir daha nümayiş et¬dirmiş oldu. Biz fəxr edirik ki, Azər¬bay¬can Pespublikasının bu cür qüdrətli dövlət xadimi, güclü siyasi lideri var.

Elmar Həşimov,
Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin direktoru 

Xəbər lenti