SON DƏQİQƏ!: Ermənilər kəndlərimizi vurdu — Magistral yol bağlandı

SON DƏQİQƏ!: Ermənilər kəndlərimizi vurdu — Magistral yol bağlandı
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 7NEWS.az-a verilən məlumata görə, dünən saat 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən düşmənin bölmələri tərəfin­dən iri çaplı pulemyot­lardan və snayper si­ahlarından intensiv atəşə tutulub. Bu səbəbdən həmin magistral yolda hərəkətə məh­dudiyyət tətbiq edilib.
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Xəbər lenti