Sentyabrda OPEC-in neft istehsalı kəskin azalıb

Sentyabrda OPEC-in neft istehsalı kəskin azalıb
Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı kəskin azalıb.

LOBBI.Az modern.az-a istinadən xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanında neft obyektlərinə təşkil edilən hücumlar və Venesuela iqtisadiyyatındakı geriləmədir.

Analitiklərin hesablamalarına görə, ötən ay OPEC-in neft hasilatı orta hesabla 28,32 milyon barrel olub. Bu, kartel üzrə istehsalın son 10 ildə ən aşağı səviyyəsidir.

Xatırladaq ki, avqustda OPEC-in neft istehsalı gündəlik 29 milyon 740 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 30 faiz olub.
 
 
LOBBI.Az

Xəbər lenti