Şamaxıda stadion inşa olunur

Şamaxıda stadion inşa olunur

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müvafiq infrastrukturun inkişaf etdirilməsi məqsədilə yeni layihənin icrasına start verib.

AFFA ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında yeni stadionun inşasına başlanıb. Şamaxıda 2200 azarkeş tutumuna malik və müvafiq standartlara cavab verən əsas stadiondan başqa, süni örtüklü iki meydançanın da inşası nəzərdə tutulur. Əsas meydançanın tribunalarının üstü qapalı olacaq. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydançanın ətrafında qaçış zolağı da quraşdırılacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın "Hat-trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

İnşaat işlərinin gedişi və digər texniki məsələlər barədə vaxtaşırı məlumat veriləcək.

Xəbər lenti