Qarabağın döyünən ürəyinə səfərin HƏYƏCANI: "Şuşasız bizim işimiz yarımçıq olardı…" - Günel Səfərova yazır
Şuşaya səfər edəcəyim üçün xeyli həyəcanlı və qürurluydum. Çünki mənim üçün müqəddəs məkanda olmaq arzularımdan biriydi. Dəyərli dostlarım, yaxınlarım, doğmalarım Şuşanı görmədən həyatlarını itiriblər. Şuşa mənə görə Azərbaycanın döyünən ürəyidi.
Maşınımız Şuşaya doğru qalxdıqca əsgərlərimizin qələbə üçün necə çətin yollardan keçdiyini təsəvvür belə edə bilmirəm. Sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanı azad edən qardaşlarımız böyük fədakarlıq ediblər. Bunu ifadə etmək çox çətindir! Hərbçilərimizin Vətən sevgisini ancaq o döyüş yolu ilə hərəkət edəndə anlayırsan. Bu mənim üçün zəfərdən çox, həm də bir sevgi yoludu. Bu sevginin sonu xoş olan vüsalına qovuşmaq üçün az qala bir qərinə gözlədik. Yuxu görmürəm, yolumuz Şuşayadır. Düşmənin yerlə yeksan etdiyi Füzulidən keçirik. Estafetdə isə bir vətən torpağı, amma namus və şərəf qalamız olan Şuşadır.
Artıq Cıdır düzündəyik. O Cıdır düzü ki, ora Qarabağ atlarının kişnəyib şahə qalxdığı, ərənlərimizin qılınc oynadıb mərdi mərdanə döyüşlərə sinə gərdiyi məkandı. İgidlərimizin döyüş sınağı verdiyi bu müqəddəs məkanda Paşinyanı içkili, urvatsız şəkildə oynayan görəndə göz yaşlarıma hakim ola bilməmişdim. Allah haqdır və böyükdür! Bu haramı tanrı belə qəbul etmədi. Nəticədə Şuşa halallıq qazandı və o torpaqda gəzməyə haqqı olan insanların əhatəsindəyəm.
Həyəcanlanıram. Çünki uşaqlıq xatirələrim olan Şuşada gəzmək xoşbəxtliyini yaşayıram. Şuşaya beynəlxalq missiya nümayəndəsi kimi yox, bu torpağın sahibi kimi gəlmək nəfəsdir.
Cıdır düzünün yaxınlığında Vaqifin məqbərəsidir. 28 il bu şəhərin çəmənləri Vaqifin şux gözəllərinin gəzintisinə həsrət qalmışdı, düz yolda əyri gəzənlərin idbar addımları bu torpağın bərəkətini küsdürmüşdü. İndi o məqbərə bərpa olunub. Bu məqbərə həm də Azərbaycan intibah ədəbiyyatının ocağıdır. Nankorlar məqbərəni dağıdanda güllər Vaqifi tək qoymamışdı. Düşmənin dağıtdığı məqbərəyə güllər sahib çıxmışdı. O güllər həmişə Azərbaycan ətri verib. Şuşa çörəyi kimi, o güllər işğal vaxtı belə qurumamışdı.
Gövhər Ağa məscidini ziyarət edirəm. Şuşanın azad olunmasına bu məscidin azan səsindən sonra inanmışdım. O səs ki, xainlər onu Gövhər Ağa məscidinin minarəsindən əsir götürmüşdülər. Burada qəhrəman şəhid qardaşlarımın ruhunu görürəm. Sanki ruhu sevinən şəhid qan qardaşımın baxışlarıyla danışıram. Baxışları gülən cənnət qardaşımın "sizə bu xoşbəxtliyi biz bəxş etdik” pıçıltısını eşidirəm. Gözlərim dolur. Dua edirəm, amma o şəhid qardaşımız üçün yox, xalqımız üçün! Şəhidlərə dua olunmur, çünki onlar cənnət sakinləridir. Bir az qürurlu, bir az kədərli göz yaşlarımla özümə hakim ola bilmirəm, Allah ocağından bu şəhərin böyük sakinlərinin evinə doğru addımlayıram. Məşhur heykəlləri deyirəm, onlar həm də bizim üçün evdir. Bu heykəllər gözündən vurulmuşdu, Vətənin acı taleyinə aglaya bilmirdilər. İndi onlar gözləriylə gəlişimizə sevinirlər. Bu sevinc əbədidir. Bu sevinci bizə bəxş edənləri minnətdarlıq və şükranlıqla alqışlayıram. Bu torpağın bütövləşməsi uğrunda qan tökən, can verən qəhrəmanlarımızın uyuduğu torpağa Vətən deyirəm. İndi mənimçün Vətən onların uyuduğu torpaqdan başlayır.
Şuşa tarixinin misli görünməyən qəhrəmanlığına, eləcə də xain işğalına şahidlik edən qalanın ətrafındayam. Hər daşıyla, qayasıyla böyük tarixə yoldaşlıq edən məğrurluq qalasının kövrəklik izi artıq yaddaşımızdan silinir. Yaddaşımıza ucalığıyla bizi riqqətə gətirən Şuşamız və qalamız yazılır. Bu qala bizimdir. Biz tikmişik, düşmən üçün yox, özümüz üçün! O qalada izimiz var, həmişə də olacaq.
… Şəhəri gəzirəm, bu gözəl yerlərə həyat qayıdır. Gündə yüzlərlə vətəndaş bu məkanı ziyarət edir. Adam bu yerlərdən qayıtmaq belə istəmir. Şəhər füsunkarlığı ilə göz oxşayır, əsrarəngizliyi ilə sanki təbiətin qeyri-adi təsviridir. O təsviri Bakıya ürəyimdə gətirirəm.
Qayıdanda yolboyu düşünürəm: Şuşasız Qarabağ necə olardı? Ali Baş Komandan haqlıymış, Şuşasız bizim işimiz yarımçıq olardı…
Günel Səfərova
"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
P.S. Bir daha onun şahidi oldum ki, hər oxuyan Molla Pənah, hər şəhər də Şuşa olmaz!
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
Digər xəbərlər
-
“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi
-
“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub
-
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
-
Kür çayına balıq körpələri buraxılıb
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi – FOTO
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimatı keçirildi - FOTO
-
İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi