Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən ekskursiya məktəblilərin böyük marağına səbəb olub - VİDEO

Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən ekskursiya məktəblilərin böyük marağına səbəb olub - VİDEO
Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərə xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qonaqlar hərbi liseyin və ali hərbi məktəbin ərazisi, əsgər yataqxanası və yeməkxana, tibb məntəqəsi, idman şəhərciyi və hamam-camaşırxana kompleksi ilə tanış olublar. Şagirdlərə hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar və onlardan istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Hərbi təhsil ocaqlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar ziyarətçilərin böyük marağına səbəb olub.
Sonra məktəblilərin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.
Şagirdlər açıq səma altında müxtəlif qoşun növlərinə aid texnikalardan ibarət ekspozisiya ilə tanış olub, xatirə şəkli çəkdiriblər.
Silsilə tədbirlərin yekunu olaraq A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə "Vətən mənə oğul desə..." adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, məktəbin müəllim və şagirdləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində, orduya hazırlanmasında, hərbi biliklərə yiyələnməsində və onlarda hərbi peşələrə marağın oyadılmasında müstəsna əhəmiyyətindən danışıblar.
Daha sonra 44 Günlük Qarabağ Savaşının iştirakçısı, politoloq Azər Verdiyev çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun düşmən üzərində şanlı qələbə qazandığını deyib. 
Məktəbin müəllim və şagirdləri tədbirin təşkilində göstərilən dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər.
Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

 
Lobbi.Az


Xəbər lenti