Mingəçevirdə ağacəkmə kampaniyası davam edir

Mingəçevirdə ağacəkmə kampaniyası davam edir
Mingəçevir şəhərində tarixən mövcud olmuş yaşıllıqların qorunması, əkilməsi və çoxaldılması ənənəsi bu gün də davam edir və şəhər sakinləri həvəslə belə kampaniyalara qoşulurlar. Növbəti belə aksiya oktyabrın 16-da baş tutdu. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da şəhərin Energetik qəsəbəsi və giriş hissəsində keçirilən ağacəkmə kampaniyalarında iştirak etdi. İcra başçısı bildirdi ki, gələcəkdə Heydər Əliyev prospektinin "KÜR” kompüter zavodu ilə Avtovağzal arasında olan hissəsində, yolun hər iki tərəfində geniş park salınacaq. 

Energetik qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak etdikdən sonra İcra Hakimiyyətinin başçısı bir qrup şəhər sakini görüşdü, onları narahat edən problemlərlə maraqlandı. Bəzi sakinlər işsizlik problemi ilə üzləşdiklərini, onların işlə təmin olunmalarına köməklik göstərilməsini xahiş etdilər. İcra başçısı sakinlərə tövsiyyə etdi ki, işlə təmin olunmaq üçün Məşğulluq mərkəzinə müraciət edərək qeydiyyata dursunlar. Müvafiq vakant yer yaranacağı halda onlar işlə təmin olunacaqlar. İlham İsmayılovun sözlərinə görə Mingəçevirdə hazırda mövcud olan ən aktual problemlərdən biri işsizlikdir və ölkə prezidenti cənab İlham Əliyev bu problemin köklü şəkildə həll edilməsi ilə bağlı müvafiq göstəriş vermişdir. Prezident İlham Əliyevin göstərişinə əsasən, yaxın vaxtlarda şəhərimizdə 4 yeni fabrik tikilib istifadəyə veriləcək və bundan sonra inanırıq ki, işsizlik probıemi tamamilə aradan qalxacaq.
İcra başçısı qarşısında qaldırılan digər məsələ isə Tərəvəzçilik Sovxozu ərazisində bəzi küçələrin işıqlandırılmaması ilə bağlı idi. Şəhər rəhbəri küçələrin işıqlandırılması ilə bağlı artıq genişmiqyaslı işlərin başladığını, yaxın vaxtlarda bütün küçələrin işıqlandırılması üçün lazımi tədbirlərin görüləcəyini qeyd etdi. Sakinləri narahat edən bir başqa məsələ isə, kanalizasiyaların tez-tez tutulması və aidiyyəti təşkilatların bunun qarşısının alınması ilə bağlı vaxtında lazımi tədbirlər görməmələri idi. İlham İsmayılov dərhal Sukanal idarəsinin rəhbərliyinə problemin aradan qaldırılmasını tapşırdı.
İcra Hakimiyyətinin başçısı eyni zamanda iməclik keçirilən şəhər 17 nömrəli uşaq bağçasının kollektivi ilə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb. Kollektiv üzvləri bağçanın ərazisinin suvarılması üçün suvarma xəttinin çəkilməsinə və bağça binasının təmirə ehtiyacının olduğunu dilə gətirdilər. İlham İsmayılov bağçanın həyətyanı sahəsinin suvarılması üçün su xəttinin çəkilməsi və yeni ağacların akilməsi ilə bağlı əlaqədar təşkilat rəhbərlərinə müvafiq göstəriş verdi. Bağçaların mərhələli şəkildə əsaslı təmir olunacağını deyən şəhər rəhbəri, hələ ki, İcra Hakimiyyətinin qənaət hesabına toplanmış vəsaiti hesabına bağçalarda xüsusilə vacib təmir-bərpa işlərinin görüləcəyini diqqətə çatdırdı.
 Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.


Xəbər lenti