Mingəçevir icra başçısı yenidən şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Mingəçevir icra başçısı yenidən şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Şəhidlərin ildönümü ərəfəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələrini ziyarət edib. Ziyarət zamanı İlham İsmayılovu şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri müşayət ediblər. Hər bir şəhid ailəsinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
İlkin olaraq şəhid Emil Əmirovun anası Xanımnaz İmanovanın yaşadığı evə baş çəkilib. İcra başçısı şəhidin ruhuna hörmət əlaməti olaraq mənzildə onun xatirəsinə yaradılmış güşəyə baxış keçirdi, ruhuna rəhmət dilədi. Şəhər rəhbərinə məlumat verildi ki, şəhid anası Xanımnaz İmanova uşaq bağçasında işlə təmin olunub və mənzil şəraitinin yaxşılaşdırılması üçün növbəyə götürülüb. 
İcra başçısı ölkə Prezidenti İlham Əliyevin hər zaman şəhid və qazı ailələrinə xüsusi diqqətlə yanaşdığını bildirmiş, onun göstərişinə əsasən şəhid və qazi ailələrinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün bundan sonra da genişmiqyaslı tədbirlərin görülüləcəyini bildirdi. Bundan sonra şəhid anasına Emil Əmirovun Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunduğu "Suqovuşanın azad olunmasına görə” medalı təqdim olundu. 
Şəhid Elman İbrahimovun anası Ümmü xanım qonaqların yaşadığı binanın girişində qarşıladı. İlham İsmayılov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidin ruhuna hörmət əlaməti olaraq onun adına tikilmiş bulağa baş çəkdi, xatirə lövhəsinə baxış keçirdi. İcra başçısı bulağın ətrafınında yaşıllıq sahələrinin genişləndirilməsi, əlavə skamyaların qoyulması və gül-çiçəklə bəzədilməsi ilə bağlı yerindəcə əlaqədar təşkilar rəhbərlərinə göstəriş verdi. Şəhid anası dövlət tərəfindən göstərilən diqqətdən məmnun olduğunu dilə gətirdi və buna görə ilk növbədə Prezident cənab İlahm Əliyevə minnətdar olduğunu vurğuladı. 
Şəhid Atiq İbrahimovun valideyinləri ilə görüş şəhid atası Ariz İbrahimovun öz şəxsi vəsaiti hesabına abadlaşdırdığı parkda baş tutdu. İcra başçısı şəhidin adına yaradılmış güşəyə baxdı, ruhuna dualar oxudu. Şəhid atasına gördüyü belə nəcib işlərə görə təşəkkürünü bildirən İlham İsmayılov onun oğlu Atiqin əziz xatirəsinin daim yaddaşlarda yaşayacağını vurğuladı. 
Şəhid Kənan Abdullayevin valideynləri adından İcra başçısı və digər rəsmi şəxsləri el ağsaqqalı Allahverdi Əliyev qarşıladı. Çay süfrəsi arxasında keçən səmimi söhbət əsanasında şəhidin anası Azadə xanım oğlunun itikisinin onu çox sarsıtdığını ancaq eyni zamanda onu heç bir halda bu yoldan döndərə bilməyəcəyini də qeyd etdi. İcra başçısı isə şəhid anasına təskinlik verərək, Kənanın ölkəmizin azadlığı, firavanlığı, insanlarımızın sülh içində yaşaması, gələcək nəsillərin təhlükəsiz həyat sürməsi uğrunda canını fəda etməklə tarixə düşdüyünü bildirdi. Dövlətimizin şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların qəhramanlıqlarının tarixə həkk olunması üçün bütün lazımi tədbirlər gördüyünü və prezident İlham Əliyevin bu məsələyə xüsusi həssaslıqla yanaşdığını diqqətə çatdırdı.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Xəbər lenti