İqtisadiyyat naziri pilləkənlərdən yıxılıb huşunu itirdi (FOTO/VİDEO)

İqtisadiyyat naziri pilləkənlərdən yıxılıb huşunu itirdi (FOTO/VİDEO)
Almaniyanın İqtisadiyyat naziri Peter Altmayer Dortmundda baş tutan konfrans zamanı pilləkənlərdən yıxılıb və huşunu itirib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, çıxışı bitən 61 yaşlı nazirin ayağı büdrəyib. O, həkimlərin müdaxiləsindən sonra özünə gəlib.

Nazir hadisədən sonra xəstəxanaya aparılıb və lazımi müayinələrdən keçib. 



 

Xəbər lenti