İlham İsmayıl: "İstər DTX, isərsə də Xarici Kəşfiyyat Xidməti şərəflə öz funksiyasını yerinə yetirir"
22 Sentyabr 2020, 12:11
22 Sentyabr
2020
12:11
2107
"Deməli, bu xidmətlər üzərlərinə düşən vəzifənin öhdəsindən məharətlə gəliblər ki, ölkə rəhbəri bunu xüsusi vurğulamağı vacib bilib"
İki gün əvvəl Prezident İlham Əliyev ölkədəki ictimai-siyasi vəziyyətlə əlaqədar, xüsusilə Qarabağ probleminin həlli istiqamətində ciddi mesajlar verib. Bütövlükdə vəziyyəti dəyərləndirən prezident Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinə yüksək qiymət verərək onların "olduqca səmərəli fəaliyyət göstərdiyini" vurğulayıb.
Moderator.az təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıldan ölkənin xüsusi xidmət orqanlarının ünvanına deyilənləri şərh etməsini xahiş edib.
İ.İsmayılın fikirlərini diqqətinizə çatdırırıq.
"İstənilən ölkənin xüsusi xidmət orqanı dövlətin təhlükəsizliyinin əsas sütunu hesab edilir. Bir şərtlə ki, xüsusi xidmət orqanı qarşısında məhz dövlətin mənafelərini qorumaq, dövlətçilik maraqlarına xidmət etmək tapşırıqları verilsin. Bu sahədə söz sahibi də bu prinsipləri üstün tutan peşəkar, siyasi hazırlığı, idarəetmə təcrübəsi olan şəxs olsun. Təəssüf ki, 11 ildən çox ölkənin vacib güc strukturuna tamamilə bu işə yad olan, yalnız sərhədsiz talançılıq iştahası olan biri başçılıq etdiyindən, təhlükəsizlik xidməti öz üzərinə düşən vəzifələri deyil, ona rəhbərlik edənlərin şəxsi varlanmasını və hakimiyyətdə söz sahibi olmasını təmin etməklə məşğul olmuşdu. Nəticədə xarici kəşfiyyat və konkret olaraq ölkəyə düşmən mövqedə dayananlar Azərbaycanda sərbəst təxribatlarla məşğul olmuş, ölkənin maraq və mənafeləri satılmışdır. İş o yerə çatmış oldu ki, bu təşkilatın əməkdaşları arasında vətənin maraqlarını başqa ölkəyə satanlar, onlara xidmət edənlər belə aşkar olundu. Peşəkar kadrların uzaqlaşdırılması və bu sistemin əlifbasına belə uyğun olmayanların xidmətə götürülməsi böyük ziyan vurdu və onun nəticələrini aradan qaldırmaq zaman tələb edir.
Açıklama yok.
Çox yaxşı haldır ki, Azərbaycanı xüsusi xidmət orqanlarının (bura həm DTX, həm də Xarici Kəşfiyyat Xidməti aiddir) indiki fəaliyyəti ilk növbədə ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir, həm də cəmiyyət də bu fəaliyyətdən razıdır, çünki Eldar Mahmudov, Akif Çovdarov dövrünün zülmləri cəmiyyətin bütün təbəqələrinin gözü qarşısında baş verib. Təbii ki, cəmiyyət bu idarələrin fəaliyyətinin böyük bir qismi haqqında məlumatsızdır və məxfilik baxımından belə də olmalıdır. Dövlət başçısı da detallara varmadan onların fəaliyyətini təqdir edib. Deməli, bu xidmətlər üzərlərinə düşən vəzifənin öhdəsindən məharətlə gəliblər ki, ölkə rəhbəri bunu xüsusi vurğulamağı vacib bilib. Gördüyünüz kimi prezident də detalları açıqlamadan görülən işin səmərəli olduğunu qeyd edib.
Azərbaycan elə siyasi proseslərin içində və ərəfəsindədir ki, xüsusi xidmət orqanlarının zamanında aldığı informasiyalar çox taleyüklü məsələləri xeyrimizə həll edə bilər. Qarabağ ətrafında çəmbər daralır, müharibə ehtimalı böyükdür və belə bir ərəfədə qabaqlayıcı informasiyalar, qarşı tərəf haqqında maksimum məlumatların əldə edilməsi perspektiv uğurun təməli sayılır.
İstər DTX, isərsə də XKX bu məsuliyyətli dövrdə şərəflə öz funksiyasını yerinə yetirir və inanıram ki, uğurla da davam etdirəcək, çünki artıq bu xidmətlərə peşəkarlar rəhbərlik edir. Bu çətin və şərəfli işdə onlara uğurlar arzulayıram”.
7News.Az
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO