Həmvətənimiz Qazaxıstanın "Ən yaxşı jurnalist" mükafatına layiq görülüb

Həmvətənimiz Qazaxıstanın

Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi bu ölkədə türk və rus dillərində nəşr olunan "Ahıska” qəzetinin və "Türk Birliyi” jurnalının baş redaktoru, soydaşımız Rövşən İsmayılovu (Məmmədoğlu) "Ən yaxşı jurnalist" nişanı ilə təltif edib.

Qeyd edək ki, jurnalistin rəhbərlik etdiyi "Ahıska” qəzeti Qazaxıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, xüsusən də, digər milli azlıqların qəzetləri arasında fərqliliyi ilə seçilir. Dünya Ahıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun himayəsi ilə nəşr olunan "Ahıska” qəzeti bu il 20 illik yubileyini qeyd edir. Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, burada yaşayan Ahıska türkləri və digər milli azlıqlarla, eləcə də buradakı etnik azərbaycanlılar və Azərbaycan diasporu ilə bağlı xəbərləri işıqlandıran qəzet bir neçə il öncə TÜRKSOY təşkilatının "Türk Dünyasına Xidmət" mükafatına da layiq görülüb.

Rövşən İsmayılov 1966-cı il dekabrın 16-da Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Azərbaycanda "Axtarış” və "Veteran” qəzetlərinin baş redaktoru olub. 2004-cü ildən Qazaxıstanda nəşr olunan "Ahıska” qəzetinin və "Türk Birliyi” jurnalının baş redaktoru, 9 kitabın müəllifidir.

Xəbər lenti