Gavardo Hotel Corona – ÇİNGİZ ABDULLAYEV YAZIR

Gavardo Hotel Corona – ÇİNGİZ ABDULLAYEV YAZIR

 

1991-ci ildə İtaliyayay üçüncü səfərim idi. Bresiya vilayətinin Gavardo şəhərində Bakıda "Xarı Bülübül” Festivalının iştirakçısı olmuş "Xoro La Faita” qrupunun 25 illik yubileyi münasibəti ilə mən də dəvətli idim.

Almaniyanın Düsseldorf şəhərindən Moskvaya, oradan da təyyarə ilə Milana uçdum. Dostlar bizi qarşılayaraq Gavardo şəhərində Hotel Coronada yerləşdirdilər.

Xatirimdədir, yubiley ərəfəsində dostlar Gavardo ətrafında qonaqları təbiət mənzərələri ilə tanış edir, kafelərdə italyan yeməklərinə qonaq edirdilər. Məni müşayət edən xorun üzvlərindən birinin oğlunun adı Luka idi. Çox mehriban və istiqanlı əsl italyan ailəsi ilə rastlaşmışdım. Bu ərəfədə hər gün axşam bizi xor üzvləri növbə ilə evlərinə qonaq edər, özəl şərablarını qədəhlərə süzərdilər. Beləcə günlər maraqla keçir, mən isə sanki hər yerdə olduğu kimi Azərbaycanla bağlılıq axtarırdım. Bu arada yaxınlıqdakı ticarət mərkəzində yerləşən xalça mağazasına daxil olaraq xalçaları seyr edərkən "Azərbaycan Carpet” yazısını görəndə ürəym dağa döndü. Sanki doğma bir güşədə özümü hiss etdim.

Ertəsi gün məşhur İl Çiarno mətbuat orqanının nümayəndəsi İtaliyada məşhur jurnalist Luici Vismara ilə görüşümü xor üzvü Bresiya qəzetinin jurnalisti Marcello Zanne press-konfrans da təşkil etdi. Əlbəttə, müxtəlif sahələri əhatə edən mətbuat konfransı Qarabağ mövzusu ətrafında müzakirə ilə yekunlaşdı.

Axşamı isə möhtəşəm konsertlə davam edən bayram şənliyi şəhər sakinləri və qonaqlar üçün yubiley hədiyyəsi idi.

Xorun rəhbəri Valerio Bertoletti və xanımının təşəbbüsü ilə Milan yaxınlığındakı "San Siro” geyim fabrikinə bizi dəvət etdilər. Orada mənə kaşmirdən iki pencək və cins şalvar hədiyyə etdilər.

Açıq qızartdağ rəngli pencəyi 15 ildən çox müddətdə geyindim. Ertəsi gün bizi Venesiyaya azad quşların meydanına və məşhur Venesia şüşələri düzələn ada ilə tanış etdilər.

Həftə ərzində italyanların isti münasibətləri, qonaqpərvərlikləri oarada adlarını çəkmədiyim dostlarım mehriban münasibətləri məni heyran etmişdi.

Zaman keçdi. İtaliya ilə bağlı bir başqa heyranlığım Pozitano şəhərindən olan professor Romolo Ercolinonun xanımı ilə 2005-ci ildə Bakıya yazıçı Məhəmməd Əsəd bəyin 100 illik yubileyində çıxışı zamanı gözyaşları ilə danışdığı xatirələr yubiley iştirakçılarını mat qoymuşdu. Beş-altı yaşında ikən evlərində gizlin qalan bakılı yazıçının acı taleyinin onun daim xatirində olmağını israrında gördük.

Müharibə zamanında atasının komendant olduğu şəhərdə evlərində bakılı yazıçını qorxu altında gizlətmələri humanizmin insani keyfiyyəti ilə ölçülən dəyərdir. M.Ə.Bəyin 1942-ci ildə vəfatından Pozitanoda uzun illər sonra "Əli və Nino” romanına görə dünyada məşhur simaya çevriləcəyi acı taleyinin nəticəsi və professor Romolo Ercolinonun qisməti imiş.

Sonralar professor Romolo Ercolino mənə ünvanladığı məktublarda və yazdığı "ESSAD BEY scrittore Azerbaigiano a Positano” kitabda öz xatirələrini ictimaiyyətə çatdıraraq xeyirxahlığı ilə bir daha təntənəsini yaşadı.

2016-cı ildə Vatikana Roma Papası Fransiskə Bakıya səfərindən sonra ünvanladığım məktubda "Sizin növbəti sülh çağırışınızsərhəd və sədlərin aradan qaldırılmasına, xalqların isə azad dost və qonşuluq şəraitində yaşamasına xidmət edərsə”çağırışım sanki bu günü duyaraq həssas dövrdə sağlam həyata səslənən bir ricam idi.

Çox qəribə də olsa bu günlərdə məaqləni yazdığım ərəfədə yubileylə əlaqədar mənə hədiyyə olunan italyan rəssamının əsəri evimizin yaraşığına çevrildi. Bir məqamı da xüsusi olaraq vurğulayım ki, "2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli” elan edilmişdir və bu ikitərəfli, mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

İstər Palermodan Romaya 1989-cu ildə qatarla gələndə yer verdiyim italyan ailəsi, istər 2013-cü ildə ailəmlə birlikdə Vatikana səfərimdəki gördüklərim, istər Gavardo şəhərindəki dostlar, istərsə də professor Romolo Ercolino və Pozitano və Napoli sakinləri, istər 2015-ci ildə italyan dilində yazdığım "Asad Bey in İtaly” kitabımın ön söz yazarı Luici Skrinzinin, məni Marco Poloya bənzədən rəyçi Alessandro Casotto, "Xoro La Faita”nın üzvü Antoni Bordinin, nəşriyyatçı Sandro Teti və xanımınınbəşəriyyətin tarixi və mədəniyyət beşiyi olan İTALİA üzərindəki "Corono Virus” hücumundan sağ qalmalarını Ulu Tanrıdan arzulayıram.

Dost həyəcanı ilə

Professor Çingiz Abdullayev

Tərcüməçi:Abuzər Cəfərov

7NEWS.az üçün

Xəbər lenti