“Ermənistan tamamən xaosa bürünüb” – Elşən Musayev

“Ermənistan tamamən xaosa bürünüb” – Elşən Musayev
"Diqqət edin: Bu ölkədə hamı bir-birini ittiham edir, seçki öncəsi Ermənistan tamamən xaosa bürünüb. İqtidar, müxalifət, generalitet, xalq - hamı qarışıb bir-birinə. İllərdir yürüdülən yanlış siyasət onları elə bir uçuruma aparıb ki, artıq həmin uçurumdan çıxa bilmirlər” – Aktual.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Ermənistandakı son vəziyyəti şərh edərkən bildirib.

"Ən böyük dilemma da bilirsinizmi nə ilə bağlıdır? Ermənistanın heç bir zaman vahid, sabit siyasi kursu olmayıb. Eyni zamanda bunlar nə qərbmeylli kimi qərbmeylli olublar, nə də rusmeylli kimi rusmeylli. Onlar həmişə natamam, yarımçıq olublar. Onlar hər zaman nökər, kölə olublar. Müstəqil siyasəti, idarəçiliyi olmayan ölkələr isə enində-sonunda məhvə, məğlubiyyətə, rəzalətə məhkumdur.

Hesab edirəm, qarşıdakı seçkilərdən sonra da Paşinyan özünə yeni sahib axtaracaq. Özünə və Ermənistana. Çünki bunlar əl dəyişməyi, yer dəyişməyi, sahib dəyişməyi sevirlər. Üstəlik, tez-tez. Ona görə də indidən bu barədə konkret proqnoz vermək mümkün deyil ki, Ermənistanın gələcək taleyi hansı dövlət və ya dövlətlərin əlində olacaq.  Amma dəqiq olan budur ki, bunlar həmişə əmr qulu olacaqlar, müstəqil siyasət yürüdə bilməyəcəklər və kiminsə ağzına, əlinə, sözünə baxıb hərəkət edəcəklər” – deyə millət vəkili fikirlərinə davam edib.
 
7News.Az

Xəbər lenti