Qənirə Paşayeva ADPU-də gənclərə çağırış edib - VİDEO
13 Oktyabr 2019, 17:44
13 Oktyabr
2019
17:44
1860
Qənirə Paşayeva: "Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsi türk dünyası üçün çox vacibdir” Azərbaycan Dövlət Pedaqoji Universitetində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) dəstəyi ilə "Azərbaycan-Özbəkistan münasibətlərinin və Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbir keçirilib. Tələbə və müəllim heyəti, QHT, KİV sektorunun nümayəndələri, bir sıra yeni nəsil yazarlarının qatıldığı tədbirdə, millət vəkili, ABAİB-nin sədri Qənirə Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Özbəkistanın bir qrup tanınmış ziyalısı iştirak və çıxış edib. Özbəkistan mədəniyyətinin tanınmış simaları ilə görüşdə ilk olaraq, universitetin rektoru prof.dr. Cəfər Cəfərov qonaqları salamlayıb və onların gəlişinin, görkəmli alim, prof. Babaxan Şərifin 70 illik yubileyi ilə üst-üstə düşməsinə şad olduğunu vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva qardaş Özbəkistandan olan ziyalıları Bakıda salamlamaqdan şad olduğunu qeyd edib. Bir müddət öncə qardaş Özbəkistanda səfərdə olduğunu qeyd edən xanım millət vəkili, azərbaycanlıların Özbəkistana, özbəklərin Azərbaycana səfərinin bir vətəndən o biri vətənə keçiş olduğunu dilə gətirib. O, belə gözəl və anlamlı, vacib görüşün təşkilinə görə universitetin rektoru Cəfər Cəfərova təşəkkür edibərək, ADPU-nun fədakar kollektivi və gələcəyin müəllimləri ilə görüşməkdən sevinc duyduğunu bildirib. Daha sonra millət vəkili gənclərə çağırış edib: "”Əziz gənclər, bizim üçün Vətən və vətəndaşlıqdan şərəfli heç nə yoxdur. Müstəqilliyimiz bizim üçün çox önəmlidir. On milyon üçün deyil, 50 milyondan çox insan üçün Azərbaycanın dövlət müstəqilliyi böyük önəm daşıyır. Biz azərbaycanlılar, mənsub olduğumuz türk dünyası ailəsi ilə birgə, dünyada böyük gücə malikik. Biz nə qədər sıx birləşsək, gücümüz də o qədər çox olar. Qardaş türk respublikaları öz müstəqilliyini elan etdikcə, qardaş birliyinin zərurətini daha yaxından hiss edirdik. Vaxtı ilə problemlərimiz yarananda türk dövlətləri birlikdə olsaydı, bu problemləri yaşamazdıq. Şükürlər olsun ki, bu günə gəlib çıxdıq. İnanıram ki, birliyimiz getdikcə daha da möhkəmlənəcək. Sadəcə, bu birliyin altını doldurmaq lazımdır, şüardan gerçək işə, qalıcı fəaliyyətə keçməliyik. Əziz gənclər! Bu toplantını xüsusilə sizing iştirakınız baxımından çox önəmli hesab edirəm. Çünki gələcəyimiz sizlərsiniz”. Deputat çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinə də toxunub, iki qardaş xalq və ölkə arasında əlaqələrdən söz açıb, bu əlaqələrin daha da möhkəmlənməsinin zəruriliyini vurğulayıb: "Dünyanın yüzdə 80 faiz dövlətində olmuşam amma doğrusu, Özbəkistan qədər gözəl ölkə az görmüşəm. Gənclərə tövsiyyəm odur ki, ölkə xaricinə səfər imkanınız olunca, ilk öncə qardaş ölkələri görməyə çalışın. Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan və digər qardaş ölkələrlə münasibətlərimizin daha da möhkəmlənməsi ümumən türk dünyası üçün çox vacibdir. Sevincimizi, kədərimizi bölüşməliyik. Gənclər, siz bizdən daha vacib missiyanı daşıdığınızı unutmayın. Öncəliklə yaxşı oxumaq əsas missiyanız olmalıdır. Bu bizim üçün çox önəmlidir. İzninizlə, sizə özümdən bir misal çəkmək istərdim. Mn evimdə və ofisimizdə qədimdən indiyə qədər olan dövlətlərimizin xəritələrini saxlayıram. İnandırım size, belə xəritələrə malik olmaq, size həm düşündürəcək, həm də sizə tarixi hərəkət istiqaməti verəcək. Yaxud da bir şəhidin fotosunu evinizdən asın və hər gün onun gözlərinin içinə baxın. O gözlər sizə çox şey deyəcək. Türk dünyasından bəhs edən kitablar oxuyun, filmlərə, seriallara baxın. O zaman o dövlətləri daha yaxından öyrənəcək və sevəcəksiz. Siz çox şeyi dəyişə bilərsiz. Hər birimiz üçün ən böyük arzu işğal altında olan torpaqlarımızın azad edilməsidir. Xankəndinə bayrağımızı daha tez asmağımız da Azərbaycanın daha güclənməsindən və türk dünyasının birliyindən keçir. Türk birliyindən danışmışkən, hörmətli ustadımız Babaxan Şərifin yubileyini bir daha təbrik edirəm. Gün olsun, ustadın növbəti yubileyini Şuşada keçirək! Hər birinizə təşəkkür edirəm!” Millət vəkili Qənirə Paşayeva həmçinin Azərbaycan-Özbəkistan əlaqələrinin bu günü və gələcək perspektivləri, türk dünyası birliyinin güclənməsində gənclərin rolu barədə fikirlərini bölüşüb və gənclərimizə bu barədə çağırış edib. Professor Babaxan Şərif çıxışında bunları dedi: "Əziz müəllimlər, gənclər, dərs saatlarını qoyub burada iştirak edən sizlərə təşəkkür edirəm! Bilirsiz, cəmiyyətin iki gözü var, bunun biri müəllim, o biri gözü yazardır. Vətəni, milləti sevməyi bizə müəllim öyrədir. Əgər müəllim yoxdursa, millət yoxdur. Müəllimləri sayğı ilə anmaqdan qürur duyuram. Ulu Nizami, Nəvai, Füzuli, Nəsimi bizə nə verib? – İlk olaraq türk ruhunu veriblər! Tarixini və ədəbiyyatını hər bir insan bilməlidir. Qardaşlar arasında problemlər yarana bilər; əgər ortada sevgi varsa, bu problemlər aradan qalxır. Azərbaycan-Özbəkistan münasibətləri belədir. Şükür Tanrıya bütün sahələr üzrə münasibətlərimiz çox yaxşıdır. Çox danışa bilərəm. Hər birinizi tək-tək bağrıma basmaq istərdim, amma bu mümkün deyil. Ona görə də hamınızın əvəzinə müqəddəs bayrağınızı öpürəm!" Ustad özbək ziyalısının bu jesti zalda gur alqışlarla qarşılandı. Daha sonra hörmətli qonaq yenicə çapdan çıxmış "Azərbahavca-Özbəkcə və Özbəkcə-Azərbaycanca" lüğətini APU rektoruna təqdim etdi. Ardınca söz "Kitab dünyası" qəzetinin baş redaktoru, şair-publisist Xasiyət Rüstəmə verildi. O, hər kəsi salamladı, Azərbaycanda gördükləri sevgi selinə görə təşəkkür etdi. Tarix İnstitutunun fəxri doktoru Şöhrət Barlas da, öz çıxışında müəllimlərin hər bir xalq üçün olan önəminə xüsusi yer ayırdı. Sonra söz Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova verildi. Mərkəz direktoru dedi: "Bu gözəl tədbirimizin təşkili çox yerinə düşdü. Çünki önəmli tarixi günlər ərəfəsinə təsadüf edir. Son 3 gündə olduqca önəmli tədbirlər keçirdik. Onların hər biri möhtəşəm idi. Ötən illər ərzində bir çox tarixi layihələrə imza atmışıq. İki qardaş dilin ən vacib ümumişlək sözlərindən ibarət 30 min sözlük lüğət tərtib etmişik. Bu tarixdə bir ilkdir. Habelə Nizaminin "Xəmsə"si tam şəkildə özbək dilinə tərcümə edilib və bununla bağlı da, dünən AMEA Ədəbiyyat Muzeyində böyük bir təqdimat keçirdik. Özbəkistan Əmir Teymurun ölkəsidir. Hər daşında tarix yatır. Hər birinizi Özbəkistanla əlaqələrə önəm verməyə çağırıram. Dost dar gündə tanınar. Gələcəyimiz olan gənclər qarşısında çıxış etməkdən qürur duyuram. Cənab rektor, sizə xüsusi təşəkkür edirik! Rəhbərliyiniz altında bu universitet çox inkişaf edib.” Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı öz çıxışında, Azərbaycanın son günlər bilavasitə Özbəkistan, ümumən türk dünyası abı-havasına girdiyini söylədi və əlavə etdi ki, "bura çıxmaqda əsas məqsədim, bayrağımızı öpən ustad Babaxan Şərifin əlindən öpməkdir". Ə.Qoşalının bu sözləri və yubilyarın əllərindən öpməsi zalı alqışlara bürüdü. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da Azərbaycan-Özbəkistan münasibətlərinin hər iki ölkə və türk dünyası üçün vacibliyindən söz açdı. Sonda qonaqlar təşkilatçı qurumlar tərəfindən xüsusi plaketlərlə təltif edildi, tələbələr qonaqlara gül dəstələri verdi.
Millət vəkili Qənirə Paşayevanın çıxışını bu linkdən izləyə bilərsiniz.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO