Əli Həsənov işdən çıxarılmasından danışdı: "Elmi yaradıcılıqla məşğul olacağacam"

Əli Həsənov işdən çıxarılmasından danışdı:
7NEWS.az xəbər verir ki, bu barədə Əli Həsənov öz facebook səhifəsində qeyd edib: "Dəyərli oxucular, bildirmək istəyirəm ki, bu gündən etibarən mən
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri deyiləm, bundan sonra öz fəaliyyətimi elmi yaradıcılıq istiqamətində davam etdirəcəyəm. Xüsusi olaraq vurğulayım ki, mən öz siyasi karyerama Heydər Əliyev kursunun sadiq əsgəri kimi başlamış, 25 il bu kursa, bu kursun
davamçısı olan cənab İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu kursa xidmət edəcəyəm. Mənim Azərbaycan dövlətçiliyinə,
Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə sədaqətim dəyişməzdir. Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə
Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun dəstəkçisi olaraq qalacağam. Azərbaycanda başlamış yeniləşmə kursuna
inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar gətirəcəyinə əminliyimi ifadə edirəm. Cəmiyyətimizin bütün təbəqələrini bundan sonra da Heydər Əliyev siyasi kursuna dəstək verməyə və cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram.

Xəbər lenti