Dövlət Komitəsinin nümayəndə heyəti İsrailə səfər edib
26 Noyabr 2019, 00:11
26 Noyabr
2019
00:11
1706
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Zeev Elkin və İtsax Karmel Kaqan ilə görüşü keçirilib.
Noyabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin İsrail-Azərbaycan Dövlətlərarası Komissiyasının sədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin və Xarici İşlər Nazirliyinin "Avrasiya-2” şöbəsinin direktoru İtsax Karmel Kaqan ilə görüşü keçirilib.Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı Azərbaycan-İsrail arasında sabit dostluq münasibətləri, siyasi, iqtisadi və sosial sahələr üzrə əməkdaşlıq və səmərəli əlaqələrin mövcud olduğu bir daha ifadə olunub.
Z.Elkin böyük yəhudi icmasının yaşadığı Azərbaycanda çox gözəl multikultural mühitin olduğunu məmnuniyyətlə vurğulayıb. Qeyd edib ki, heç bir ayrı-seçkiliyə uğramadan, dinc şəraitdə yaşayan yəhudilər, hətta İsrailə repatriasiya etdikdən sonra belə Azərbaycanla əlaqələrini üzmürlər və bu da, onların orada qarşılaşdıqları millətlərarası dostluq münasibətlərindən, Azərbaycan mədəniyyətinə bağlılıqdan qaynaqlanır. Son dönəmdə İsraildə yaşayan yəhudilərin kütləvi şəkildə Azərbaycana turist səfərlərinə yollandıqları, oradakı yəhudi icmasının həyatı, onlara dair mövcud tarixi abidələrlə maraqlandıqları, bu amilin dövlətlər və xalqlarımız arasında münasibətlərin daha da yaxşılaşmasına müsbət təsir göstərdiyi bildirilib.
İsrailin Azərbaycandakı səfirlərinin də iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində çox mühüm rol oynadıqları və Azərbaycana yeni təyin olunmuş səfirin də bu ənənəni səmərəli şəkildə davam etdirəcəyinə əminliyini ifadə edən nazir Azərbaycan səfirliyinin İsraildə açılmasının ən çox arzu edilən məsələ olduğunu deyib.
O, həmçinin qeyd edib ki, ölkəsində Azərbaycanda gedən siyasi proseslər daim diqqətlə izlənilir və son dövrdə dövlət strukturlarında, xüsusilə də gəncləşdirmə istiqamətində aparılan islahatlar böyük maraqla qarşılanır və İsrail rəsmiləri bunun daha bir uğurlu siyasi islahat olduğuna əmindirlər.
Nazir deyib ki, dövlətlərarası komissiyanın növbəti iclaslarından birini Bakıda keçirməyi planlaşdırırıq, Azərbaycanı və Bakını görməyi çox arzulayıram.
Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan-İsrail münasibətlərinə böyük önəm verildiyini qeyd edərək, dövlətlərimiz arasındakı çoxşaxəli əməkdaşlığın uğurla davam edəcəyindən əminliyini bildirib. Qeyd edib ki, bu münasibətlərin dayanıqlı və davamlı olmasında yəhudi diasporunun rolu çox mühümdür. Xalqlarımızın tarixində çox ağrılı və unudulmayacaq hadisələrin, o cümlədən Holokost və Xocalı kimi dəhşətli faciələrin yaşandığını, yəhudilərin və azərbaycanlıların belə halların cəmiyyətdə bir daha təkrarlanmaması üçün qarşılıqlı anlaşma şəraitində müəyyən addımlar atmasının vacibliyini, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin ərazi bütövlüyü kimi məsələlərdə İsrailin hər zaman Azərbaycanın yanında olduğunu, bu yanaşmanın aydın və dəyişilməz ifadə edildiyini nəzərə çatdırıb.
F.Muradov bildirib ki, son illər Dövlət Komitəsində müasir dövrün tələblərinə uygun müxtəlif istiqamətli işlər aparılır, diaspor təşkilatlarının irəli sürdükləri təşəbbüslərə dəstək verilir, komitə tərəfindən bir çox layihələr təşkil olunur. Bunların arasında gənclərin diaspor fəaliyyətinə cəlb olunması, Diaspor Gənclərinin Yay Düşərgələrinin təşkili, Diaspor TV və Diaspor FM-in yaradılması, diaspor xəritəsinin hazırlanması kimi müasir yanaşmaların olduğuna diqqət cəlb edilib. Bu yaxınlarda İsraildən Azərbaycana səfər etmiş böyük nümayəndə heyətinin ölkəmizdə çox maraqlı görüşlər keçirdiyi, təcrübə mübadiləsi aparıldığı, belə layihələrin davamlı olmasına komitə tərəfindən dəstək veriləcəyi və bu cür tədbirlərin iki xalqın münasibətlərində önəmli yer tutduğu bildirilib./İnterpress.az
Lobbi.Az
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
Digər xəbərlər
-
“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi
-
“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub
-
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
-
Kür çayına balıq körpələri buraxılıb
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi – FOTO
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimatı keçirildi - FOTO
-
İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi