Dünya düzənini dəyişən 44 günlük savaş: YENİ GEOSİYASİ ÇAĞIRIŞLAR REGİONA NƏ VƏD EDİR?
Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsini təmin edən savaşın səbəb və nəticələri hələ uzun illər öyrəliniləcək və təhlil olunacaq. Müharibənin bitməsindən 8 aya yaxın müddət keçib, dönüb keçmişə baxdıqda, bizi qələbəyə gətirən proses və amilləri təhlil etdikçə məsələnin nə qədər mürəkkəb, gedişlərin nə qədər dəqiq hesablandığı reallıqları ilə qarşılaşırsan. Və anlayırsan ki, Azərbaycan 44 günlük müharibədə tək Ermənistana deyil, dünyanın bizə qarşı olan ədalətsiz maraqlar sisteminə qalib gəldi.
Düşündükcə, təhlil etdikçə, məsələnin dərininə enib mahiyyətinə vardıqca Şuşanın, Ağdamın, Zəngilanın, Kəlbəcərin, Fizulinin – nəhayət Qarabağın darmadağın edilmiş, viran qoyulmuş, üstündən qat-qat minalar basdırılmış quruca yerlərinin nə qədər geosiyasi əhəmiyyətə malik olduğunu qavrayırsan. Bəlkə də, azad edilmiş torpaqlarımızda yaşayış şəraiti tam təmin olunduqdan sonra orda yeni həyata başlayacaq sadə vətəndaşlarımız bu ərazilərin qaytarılmasının necə mürəkkəb siyasi gedişlərin nəticəsi olduğunu heç bilməyəcəklər. Bilmələri o qədər vacib də deyil. Onlar yalnız biləcəlklər ki, bu torpaqlar qəhrəman döyüşçülərimizin qanı bahasına geri qaytarılıb və özlərinin qəhrəman bir xalqın nümayəndəsi olmaları ilə qürur duyacaqlar. Tarixi qələbə ilk növbədə millətimizin qürurunu özünə qaytardı və bu müqəddəs anlam mühəribədəki qələbəmizin əhəmiyyətini vurğulamağa kifayətdir.
Tarixdə millətlər və xalqlar arasında çoxlu sayda müharibələr baş verib, bu müharibələr çoxlu sayda şücayət və qəhrəmanlıqlara şahidlik edib. Ancaq etiraf edək ki, müharibəni qələbə ilə başa vurmuş xalqın qəhrəmanı əsil qəhrəmandı və onun göstərdiyi şücayət əfsanəyə çevrilir.
Bunu əminliklə söyləmək olar ki, İlham Əliyev müharibənin nəticəsini əvvəlcədən hesablamışdı, hesablamasaydı müharibəyə başlamazdı. Amma necə?
Necə oldu ki, Ermənistanla tarixi strteji tərəfdaş olan Rusiya Azərbaycanla eyni mövqedə dayandı? Necə oldu ki, münasibətləri gərgin olan İsraillə Türkiyə birlikdə Azərbaycanı dəstəklədilər? Və necə oldu ki, Azərbaycanın İsraillə hərbi əməkdaşlığına və Ermənistanla tərəfdaşlığına baxmayaraq İran prosesdə nəinki neytral qaldı, hətta Yerevana qandırdı ki, Azərbaycanın "ərazi bütövlüyünü dəstəkləyir”? Nəhayət necə olur ki, Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qərəzli qətnamənin qəbuluna qarşı daimi üzv kimi Britaniya veto qoyur və Qoşulmama Hərəkatına üzv olan 125 ölkə Bakının mövqeyini dəstəkləyir?
Deyə bilərsiniz ki, Azərbaycanın nefti və qazı var və London öz enerji maraqları naminə Bakını dəstəklədi. O zaman təbii olaraq məntiqi bir sual yaranır: Məgər Liviyanın, ya İraqın neft və qaz ehtiyatları Azərbaycanın resurslarından az idimi? Bu ölkələr niyə darmadağın oldu? Yaxud deyilə bilər ki, Azərbaycan strateji coğrafi mövqedə yerləşir və bu səbəbdən qərb Bakını dəstəkləyir. Bu halda da təbii bir sual yaranır ki, məgər Gürcüstan Qərb üçün az əhəmiyyətli ölkədir? 2008-ci ildə Rusiya qoşunları az qala Tbilisini tutmuşdular. Yaxud Ukraynanı nümunə gətirək: Rusiya 2014-də Krımı ilhaq etdi, ardınca Donbasdakı məlum olaylar baş verdi. O gündən bu günə bütün Qərb Rusiya ilə düşmən oldu, Moskvaya qarşı bütün mümkün sanksiyalar tətbiq olundu ancaq bunun Kiyevə heç bir xeyri olmadı. Artıq Bayden ilə Putn arasında münasibətlər tənzimlənmək üzrədir və yəqin ki, Ukrayna dosyesi hələ uzun müddət açılmamaq üçün aşağı rəflərə atıldı.
Söhbət ondan gedir ki, İlham Əliyev dahi strateq kimi regionda maraqlı olan qüvvələrin bir-biri ilə münasibətlərinin ziddiyyət nöqtələrindən Azərbaycanın milli maraqları üçün ustalıqla yararlana bildi və qələbə topunu vurmaq üçün uğurlu tarixi anı yaxaladı. Qələbəni təmin etmək üçün prezident əsasən üç istiqamət üzrə davamlı və dayanıqlı strategiya izləyirdi.
Birincisi ölkənin iqtisadi inkişafının təmin olunması və gəlirlərini artırmaqla bir tərəfdən iqtisadi suverenlik təmin edildi, digər tərəfdən əhalinin sosial rifah halı yüksəldilməklə daxili ictimai-siyasi vəziyiyyət sabit saxlanılırdı. İkincisi, iqtisadi suverenlik imkan verdi ki, xarici ölkələrlə qarşılıqlı bərabərhüquqlu münasibətlər formalaşdırılsın və bu amil xarici əlaqələrdə uğurlu diplomatik manevrlərin həyata keçirilməsi üçün platforma rolunu oynadı. Üçüncüsü isə, gəlirlərin artması və xarici əlaqələrdə uğurlu strategiyanın izlənməsi hesabına hərbi potensial gücləndirildi və bu da lazımi məqamda qələbəyə hesablanmış hərbi əməliyyatın həyata keçirilməsinə şərait yaratdı.
Azərbaycanın iqtisadi müstəqilliyini təmin edən əsas layihə Heydər Əliyevin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməridir. 90-cı illərin sonunda çox kasıb və zəif ölkə olan Azərbaycan üçün bu qədər əhəmiyyətli layihəni reallaşdırmağa müvəffəq olması bir möcüzə hesab oluna bilər.
Məsələn, illərdir neft hasilatı və ixracatı ilə məşğul olan nə ərəb ölkələri, nə İran Avropaya neft ixrac etmək üçün boru xətti çəkməyə müvəffəq ola bilməyiblər. Artıq 10 ildir Aralıq dənizinə çıxışı təmin edən Suriya ərazisi uğrunda vətəndaş müharibəsi adı altında müxtəlif ölkələrin dəstəklədiyi qüvvələr arasında müharibə gedir. Rusiya kimi qüdrətli dövlətin Baltik dənizin dibi ilə qaz kəməri çəkməyinə Qərb hələ bu il tam razılıq verdi. Bundan qabaq Rusiyanın Qara dəniz vasitəsilə çəkdiyi qaz kəməri layihəsi AB tərəfindən bloklanmışdı. Yəmənin Avropaya neft ixrac olunan Babəlməndəb boğazının sahilində olması onu İranla Səudiyyə Ərəbistanının hədəfinə çevirib, illərdir bu ölkədə sünni və şiələr arasında müharibə gedir və nəticədə ölkə viran olub.
BTC Azərbaycanın əsas gəlir mənbəyi olmaqla ölkənin iqtisadi suverenliyini təmin etdi və bununla yanaşı regional və qlobal əməkdaşlıq üçün model rolunu oynamağa başladı. İlham Əliyevin irəli sürərək reallaşdırdığı TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu regional əməkdaşlıq modelinin beynəlxalq səviyyəyə qaldırdı və qlobal əhəmiyyət daşımağa başladı. Rusiyanın enerji asılılığından qurtulmaq istəyən Avropa ölkələri məhz bu marşrutla Xəzər hövzəsinin enerji resurslarını idxal etmək barədə düşünməyə başladılar. Əvvəlcə Gürcüstan, sonra Ukrayna ilə münasibətləri pisləşən Rusiyanın bu ölkələrin ərazilərindən tranzit kimi istifadə etmək imkanları məhdudlaşdı, Qara dənizin dibi ilə isə boru çəkilməsinə Avropa Birliyi və Amerika razı olmadı. Avropada bütün qapılar üzünə bağlanan Rusiya üçün yeganə optimal variant Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çıxış əldə etmək idi. Bəli, məhz bu məqam Moskvanı vadar etdi ki, Azərbaycanla Qarabağ məsələsində əməkdaşlığa qol qoysun. Həm də, Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizi Rusiyaya imkan yaradacaq ki, qərbə meyillənməkdə olan Ermənistanı iqtisadi cəhətdən özündən asılı vəziyyətdə saxlasın və Xəzər hövzəsinin enerji resurslarının ixracı prosesi də onun təsir dairəsində qalsın.
Ermənistanda siyasi hakimiyyətin inqilab yolu ilə dəyişməsi Azərbaycanın qələbə strategiyasını uğurla həyata keçirməsinə şərait yaradan amillərdən biri oldu. 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusnun ağır məğlubiyyəti Serj Sarkisyanın siyasi karyerasına da son qoydu. 2018-ci ildə inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan öz hakimiyyətini qorumaq üçün Koçaryan və Sarkiyanın təmsil olunduğu "Qarabağ” klanını neytrallaşdırmalı idi. Bu klanın əsas gücü Yerevana tabe olmayan və əsas etibarilə Moskva ilə hesablaşan işğal olunmuş ərazilərdə yerləşdirilmiş hərbi qüvvələr idi ki, bu qüvvələrin məhv edilməsi Paşinyanın hakimiyyətini silahlı çevrilişdən sığortalayırdı. Təsadüfi deyil ki, İlham Əliyev çıxışlarının birində Paşinyanın əslində heç kim olduğunu və Qarabağda Koçaryan və Sarkisyanın hərbi qüvvələrinin məhv edildiyini demişdi.
İranda 2013-cü ildə Həsən Ruhaninin prezident seçilməsi və islahatçıların hakimiyyətə gəlməsi Azərbaycanın qələbə strategiyasının icrası üçün şans yaratdı. Demək olar ki, artıq başa çatmaqda olan Ruhaninin hakimiyyəti dövrü İranla Azərbaycanın münasibətlərinin ən yüksək inkişaf dövrü kimi yadda qaldı. Artıq 2014-cü ildə prezident İlham Əliyev elan etdi ki, yeni İran-Azərbaycan-Rusiya əməkdaşlıq platforması yaradıldı. Məhz bu formul sonradan, yəni qələbədən sonra "3+3” əməkdaşlıq formatının yaradılması üçün baza rolunu oynayacaqdı. Praqmatik Ruhani hakimiyyətini Azərbaycanla əməkdaşlığa sövq edən əsas amil, sanksiyalar səbəbiylə zəifləmiş İran iqtisadiyyatının dirçəldilməsi üçün xarici bazarlara çıxış yolları aramaq idi. Ancaq tək bu amil Azərbaycanın müharibəyə başlayacağı təqdirdə İranın neytrallığı qoruyacağını zəmanət altına almırdı. Bu məsələdə İranı maraqlı salan əsas nüans yenə də Zəngəzur dəhlizi ilə bağlıdır. Söhbət ondan gedir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın Naxçıvan vasitəsilə Ermənistanla nəqliyyat əlaqələri qurmasına şərait yaradır, nəticədə İran Çindən gələn Böyük İpək Yolunun cənub qanadının öz ərazisindən keçib Ermənistan vasitəsilə Gürcüstana, oradan isə Qara dənizə keçməsinə nail olur. Yəni bu yolla İran İpək Yolu layihəsinin iştirakçısına çevrilirdi.
Beləliklə, Azərbaycan 44 günlük müharibə sonucu ərazilərini azad etməklə yanaşı regiona yeni 3+3 əməkdaşlıq platformasını gətirməklə illərdir ziddiyyətli mövqedə olan ölkələrin bir-biri ilə qarşılıqlı faydalı əməkdaşlığını təmin etdi. Bu format 3 Cənubi Qafqaz ölkəsi ilə İran, Türkiyə və Rusiyanın əməkdaşlığını nəzərdə tutur ki, bundan əvvəlki dövrdə Azərbaycanla Ermənistan, Rusiya ilə Gürcüstan, İran ilə Türkiyə, Rusiya ilə Türkiyə, Türkiyə ilə Ermənistan arasında mövcud olmuş düşmən münasibətlər aradan qalxacaq. Bu format bütün regionda sülhün bərqərar olmasını və sabitliyin qorunmasını təmin edəcək. Sabitlik və əməkdaşlığın hökm sürdüyü regiona isə hər zaman kapital axını baş verir.
Səbuhi Abbasov
7NEWS.az saytının baş redaktoru
İnternet-media ekspert
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
MANŞET, SİYASƏT
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib