Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər
Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Diaspor Gəncləri şəbəkəsi və diaspor gəncləri təşkilatlarının birgə təşkilatçılığı ilə "Minalardan azad Azərbaycan, münaqişə sonrası perspektivlər" mövzusunda beynəlxalq videokonfrans keçirilib.
Dünyanın müxtəlif ölkələrindən 100-dən çox gəncin qatıldığı tədbir "ALİM" elmi assosiasiyasının rəhbəri Günel Səfərovanın moderatorluğu ilə baş tutub. Konfransda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, mina qurbanı Asəf Xudiyev, politoloq İlyas Hüseynov, jurnalist, insan hüquqları üzrə ekspert İrina Tsukerman, İslamabad Qlobal və Strateji araşdırmalar mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, irlandiyalı professor Patrik Volş, Rusiyadakı Azərbaycan diasporunun üzvü, pedaqoq Səbinə Lətifova, 46 saylı yəhudi məktəbinin müdiri, "Vaad le-atsala" yəhudi təşkilatının Azərbaycan filialının sədr müavini Zamir İsayev iştirak ediblər.
Tədbir mina partlayışı zamanı ayağını itirən ANAMA-nın əməkdaşı Asəf Xudiyevin çıxışı ilə başlayıb. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün həyatı yaşadığını, sonradan ANAMA-da mina axtaran kimi çalışdığını və iş prosesində bu faciə ilə üzləşdiyini vurğulayan natiq bildirib ki, Ermənistandan minaladığı ərazilərin xəritələrini Azərbaycana təhvil verməsini tələb edir.
Konfransda çıxış edən İlyas Hüseynov, İrina Tsukerman, Xalid Teymur Əkrəm, Patrik Valş, Sabina Lətifova və Zamir İsayev birmənalı şəkildə Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməsi tələbini dəstəkləyiblər. Bildirilib ki, hal-hazırda müharibənin nəticələrinin aradan qaldırılması mühüm aktuallıq kəsb edir, lakin bu prosesdə əsas maneə ərazilərin minalanmasıdır. "Mülki şəxslərə qarşı minalardan istifadə həm kin, həm də qorxaqlıqdır, hərbi səriştəsizliyi və çarəsizliyi göstərir" - deyən İ.Tsukerman beynəlxalq medianı bu məsələyə biganəlikdə ittiham edib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiklərini xatırladan Xalid Teymur Əkrəm və Zamir İsayev şahidi olduqları mənzərəni erməni vəhşiliyinin bariz nümunəsi adlandırıblar.
Konfransın sonunda Azərbaycan Diaspor Gənclər Şəbəkəsi, Azərbaycan Diaspor Könüllüləri, Norveç–Azərbaycan Gənclər Təşkilatı, Mədəniyyətlərarası əlaqələr üçün Gənclər Birliyi, Azərbaycan–İtaliya Gənclər Assosiasiyası, Litva–Azərbaycan Gənclər Təşkilatı, Polşa Azərbaycanlıları Şurası, Polşadakı Azərbaycan Evi, "ALİM" elmi assosiasiyası, Xəzər Araşdırmalar Mərkəzi, Azərbaycan–Macarıstan Gənclər Birliyi, Azər–Türk Gənclər Təşkilatı, İRS Estoniya–Azərbaycan Gənclər Mərkəzi, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Amerika–Azərbaycan Gənclər Təşkilatı, Azəri Gənclər Təşkilatı, Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi, Kipr–Azərbaycan Diaspor Mərkəzi, "Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti" nəzdindəki Azərbaycan Gəncləri Birliyi, "Azərbaycan İcmaları Konqresi" nəzdindəki Azərbaycan Gənclər Təşkilatı, Ukrayna Azərbaycanlı Gənclər Radası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanat qəbul edilib. Bəyanatda minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistan hökumətinə təzyiq göstərməyə çağırış edilib.
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev