Azərbaycanda “Könüllülük Həftəsi” təşkil olunacaq Edit
1-9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə təşkilatçılığı ilə "Könüllülük Həftəsi” təşkil ediləcək. Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edəcək "Könüllülük Həftəsi” çərçivəsində bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.
5 dekabr tarixində Beynəlxalq Könüllülər Günü münasibəti ilə keçiriləcək və bütün könüllü təşkilatlarının təmsil olunacağı Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda minlərlə gənc iştirak edəcək.
Həftə ərzində "Şəhidimiz”, "Könüllülük sərhəd tanımır!” devizləri altında keçiriləcək kampaniyalar çərçivəsində şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxslər ziyarət olunacaqlar. Ağac əkilməsi, ətraf mühitin sağlamlaşdırılması, dəniz və çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi məqsədilə "Vətənimiz” və "Təbiətimiz” sosial aksiyaları təşkil ediləcək. Bu aksiyalarda iştirakçı gənclər vətənə, milli-mənəvi dəyərlərimizə, tariximizə və təbiətimizə bağlılıqlarını nümayiş etdirəcəklər.
6-9 dekabr tarixində Qusar rayonunda 300 könüllü üçün təşkil ediləcək xüsusi qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanları üçün şərait təmin ediləcək.
Bütün könüllülər "Könüllülük Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə fəal iştirak etməyə dəvətlidir.
"#könlümAzərbaycan”, "#ŞəhidimİZ”, "#VətənimİZ”, "#TəbiətimİZ” həştəqlərini izləyin, qoşulun, paylaşın, həmrəy olun!
Gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikamızda könüllülük hərəkatının genişləndirilməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, son illərdə Respublikamızda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin yaxından iştirak etməsi, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM
Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...