Azərbaycan “Prezident kuboku-2022”ni 33 medalla başa vurdu - YENİLƏNİB + FOTO

Azərbaycan “Prezident kuboku-2022”ni 33 medalla başa vurdu - YENİLƏNİB + FOTO

Bu gün Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022” reqatası başa çatıb.

7NEWS.Az xəbər verir ki, reqatanın ikinci günündə Mingəçevirdəki Kür çayı üzərində Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan olan idmançılar akademik avarçəkmə növündə mübarizə aparıb.​

Azərbaycan milli komandası üç yaş kateqoriyasında yarışlarda iki qızıl, iki gümüş və dörd bürünc medal qazanıb.

Beləliklə, Suqovuşanda kanoe və kayak üzrə keçirilən yarışdakı medalları da saysaq, Azərbaycan komandası ümumilikdə 9 qızıl, 12 gümüş və 12 bürünc medala sahib olub.

Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançılarına bununla bağlı kubok təqdim olunub.

Qeyd edək ki, "Prezident kuboku-2022” turnirinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq. 

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Xəbər lenti