Azay Quliyev: "Ermənistanın təxribatçı addımları hərbi eskalasiya üçün real bir riskdir"
07 İyul 2020, 21:24
07 İyul
2020
21:24
1488
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Azay Quliyev ATƏT PA-nın Daimi Komitəsinin onlayn iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı çıxış edib.
ATƏT PA-nın intensiv şəkildə onlayn görüşlər keçirməsinin çox xoş olduğunu deyən Azay Quliyev prezident Tsereteli və Baş katib Montellaya müntəzəm müzakirələr üçün vacib bir platforma təşkil etdiklərinə görə minnətdarlığını bildirib. ATƏT PA-nın vitse-prezidenti çıxışında üç onillikdən çox bir müddətdə davam edən və ATƏT məkanındakı ən ciddi və təhlükəli münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra vacib məqamlara toxunub.
Azay Quliyev deyib ki, bütün bu illər ərzində göstərilmiş uğursuz beynəlxalq səylərdən və Azərbaycanın Ermənistan ilə nəticəyə yönəlmiş danışıqların aparılması məqsədilə etdiyi müvəffəqiyyətsiz cəhdlərindən sonra vəziyyət yenə də gərgin və təhlükəlidir: "Hazırkı vəziyyət Ermənistanın qeyri-konstruktiv və təxribatçı addımları səbəbindən hərbi eskalasiya üçün real bir riskin olduğunu açıq-aşkar şəkildə göstərir. Assambleyaya bu məsələ ilə bağlı məlumat vermək istəyimin də səbəbi məhz budur. Mövcud tendensiyaları tam başa düşmək üçün sizi son 4 ayda baş verən hadisələrin xronologiyasına nəzər salmağa dəvət edirəm.
2020-ci ilin mart-aprel aylarında Ermənistan işğal etdiyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT PA tərəfindən qəti şəkildə rədd edilərək tənqid olunan qanunsuz "seçkilər" şousunu keçirir.
Burada belə bir sual yaranır: Ermənistan bu qınaqlardan hansısa dərs ala bildimi?
Heç də yox, çünki artıq 2020-ci ilin aprelində Ermənistanın siyasi rəhbərliyi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin mərhələli qaydada həlli ilə bağlı bəyanatını açıq şəkildə tənqid etdi. Ermənistan həqiqəti qəbul etmək əvəzinə status-kvonu qorumaq və sülh danışıqlarına mane olmaq üçün sonsuz cəhdlərini davam etdirir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın may ayında qanunsuz separatçı rejimin "rəhbərliyi” üçün keçirilən qondarma andiçmə mərasimində iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə səfəri münaqişənin sülh yolu ilə nizamlanmasına birbaşa təhlükə yaradan daha bir təxribat xarakterli addım idi.
Əminəm ki, hər biriniz Avropa Parlamentinin Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən avtomagistralın tikilməsinə etiraz bildirərək Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinə tam dəstəyini bir daha ifadə etdiyi iyunun 10-da qəbul edilmiş Birgə Bəyanatı barədə məlumatlısınız”.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri keçən ildən başlayaraq Fransa məhkəmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin "nümayəndələri” ilə bir neçə Fransa bələdiyyəsi arasında imzalanan qondarma memorandumların etibarsızlığını rəsmi şəkildə təsdiqləməyə başladığını bildirib. Demək olar ki, Fransanın müvafiq məhkəmələri bütün bu "memorandum”ları qanunsuz olduqları səbəbindən ləğv edib.
Azay Quliyev bildirib ki, Azərbaycan qarşılıqlı etimadın möhkəmlənməsinə yönələn tədbirlər çərçivəsində əsir və girovların "hamının-hamıya” prinsipi əsasında mübadiləsini təklif etsə də, Ermənistan tbununla bağlı hələ də adekvat cavab verməyib: "Bütün bunları nəzərə alaraq məntiqli suallar yaranır: Ermənistan münaqişənin ədalətli şəkildə və sülh yolu ilə həlli yollarını rədd etməyə davam edərsə, başqa nə etmək lazımdır? Dinc danışıqlar yoluna alternativ nədir?
Fikrimcə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ən tez zamanda bu suallara cavab tapmalı və Ermənistanı danışıqlar masasına gətirmək üçün malik olduğu bütün vasitələrdən istifadə etməlidir”.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO