Arif Qasımovun qovulmasının şok sirri açılır: "QARA KASSA" RAMİN ƏHMƏDOV KİMDİR? (FOTOLAR)

Arif Qasımovun qovulmasının şok sirri açılır:
Ölkə prezidenti İlham Əliyevin bu günki sərəncamı ilə icra başçısı vəzifəsindən azad edilən Arif Qasımov törətdiyi qanunsuz əməllərin qurbanı oldu.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncamın heç mürəkkəbi qurumamış artıq sabiq başçı hesab olunan Arif Qasımov barəsində saytımıza şok faktlar daxil oldu. Belə ki, Nizami rayonunun ərazisində "Heydər Əliyev Fondu"nun vitse prezidenti, Ətraf müühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmış istirahət parkını demək olar ki, özəlləşdirmişdi. Həmin parkın sakinlər üçün istirahət etməsi üçün nəzərdə tutulan ərazisində özü üçün restoran, çay evi və əyləncə mərkəzi tikdirib, istifadəyə vermişdi. Buda, əhalinin haqqlı naracılığına səbəb olmuşdu. 
Məhz Arif Qasımovun vəzifəsindən sui-istifadə hallarına yol verməsin və qanunsuz əməllərinin nəticəsidir ki, Nizami rayonu Bakının inkışaf baxımından ən geridə qalan rayonuna çevrilmişdi. Etibarlı məmbədən aldığımız məlumata görə Prezident Administrasiyasına paytaxt rayonları içərisindən ən çox şikayət gedən rayon olub. Vətəndaşları qəbul etmək, onların problemlərini dinləmək və onları həll etməkdən danışmaq belə mümkün deyil. 
Bütün fəaliyyəti ancaq pul qazanmaq, gəlirli obleyktlərə əl qoymaq olan sabiq icra başçısının bu işlərdə ən çox güvəndiyi şəxs Ramin Əhmədov adlı şəxs idi. Bu şəxs icra başçısının "qara kassa"sı hesab edilirdi. 
(sabiq başçının özündən razı "qara kassa"sı)
Arif Qasımov barəsində redaksiyamıza daxil olan məlumatlar tərəfimizdən araşdırılır və bu mövzunu diqqətdə saxlayacarıq./xeberbiz
Bizi izləməkdə davam edin! 




Xəbər lenti