Adil Əliyev: Vətəndaşlarla sıx təmas, korrupsiya və rüşvətxorluqla mübarizə icra başçılarının fəaliyyəti üçün əsas prinsiplər olmalıdır
29 İyul 2022, 09:53
29 İyul
2022
09:53
390
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizdə kadr islahatlarını uğurla davam etdirir. Prezidentin 2022-ci il 25 iyul tarixli sərəncamları ilə Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyəti başçıları təyin edilib. Təyinat münasibətilə yeni icra başçılarını qəbul edən Azərbaycan Prezidenti bir daha ölkəmizdə aparılan islahatların, xüsusən kadr islahatlarının davam edəcəyini qətiyyətlə bildirib və islahatların əsas hədəflərini bəyan edib, yeni kadrlardan gözləntilərini açıq və birmənalı surətdə ifadə edib.
Azərbaycan Prezidenti bəzi kadrların, o cümlədən bir neçə rayonun icra hakimiyyəti başçısının onlara göstərilən etimadı doğrultmadıqlarını, işlərində ciddi nöqsanlara yol verdiklərini və üzərilərinə düşən vəzifələri lazımınca yerinə yetirmədiklərini diqqətə çatdırıb. Bir neçə belə icra başçısı məsuliyyətə cəlb olunmuş, barələrində cinayət işi qaldırılmış və məhkəmə hökmü verilmişdir. Rüşvətxorluq və korrupsiya əməllərinə yol verən kadrlara qarşı barışmaz mübarizə aparılır. Cinayət məsuliyyətinə cəlb edilmiş kadrlar və icra başçıları da buna nümunədir. Bununla belə, bəzi məmurlar yenə də qanunsuzluqlara yol verir və dövlətimizin başçısının xəbərdarlıqlarına baxmayaraq köhnə vərdişlərindən əl çəkmirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.
A.Əliyev bildirib ki, qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Prezidenti Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarına və onların simasında digər məmurlara öz tapşırıq və tövsiyələrini verib, mənfi hallara yol verilməməsi, korrupsiya və rüşvətxorluğun bağışlanılmaması barədə bir daha xəbərdarlıq edib. İcra başçılarına verilən əsas tövsiyələrdən biri onların təyin olunduqları rayonların ərazisində, xüsusən kənd yerlərində vətəndaşlarla müntəzəm təmasda olmaq, onların problemləri ilə yerində və yaxından maraqlanaraq həlli istiqamətində çalışmaq idi. Prezident onu da vurğulayıb ki, rayonun imkanları xaricində olan problem və məsələlərin həlli üçün Prezident Administrasiyası, Nazirlər Kabineti və digər qurumlara müraciət edilməlidir. Amma, ilk növbədə, çalışmaq lazımdır ki, problemlər yerində və mümkün qədər rayonun daxili imkanları hesabına həll olunsun. Bu da yerli icra hakimiyyəti orqanlarından işə məsuliyyətlə yanaşmaq və can yandırmaq tələb edir.
"Prezidentin digər tövsiyəsi icra hakimiyyəti başçılarının öz fəaliyyətlərində sosial ədalət prinsipinə riayət etmələri barədədir. Sosial ədalət, ümumiyyətlə, ədalət prinsipləri cəmiyyətdə əsas prinsiplərdən biridir. Ədalətin hökm sürdüyü yerdə isə sağlam cəmiyyət formalaşır. Sosial ədalət cəmiyyətimizdə həmrəyliyin möhkəmlənməsi baxımından da zəruri şərtdir. Sosial ədalət olmadan cəmiyyətdə tam həmrəyliyə nail olmaq mümkün deyildir. Çox sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyətində həmrəylik hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Daxilimizdə olan bu möhkəm həmrəylik beynəlxalq miqyasda mövqelərimizin güclənməsi və xarici siyasətimizin uğurlu olması üçün ciddi təməl kimi çıxış edir və münbit zəmin yaradır”, - deyə parlament sədrinin müavini əlavə edib.
Vurğulanıb ki, məhz ölkə daxilində möhkəm həmrəylik, iqtidar-xalq birliyi və uğurlu xarici siyasət sayəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz 44 günülük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla bağlı dövlətimizin başçısı qeyd etdi: "Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub”. Təəssüf ki, müharibə itkisiz olmur, Vətəni şəhid vermədən azad etmək, qorumaq olmur. Ona görə də canını Vətən uğrunda fəda edən şəhidlərimizin ailələri, sağlamlıqlarını itirmiş qazilər və müharibə əlilləri daim hər bir vətəndaşımızın, dövlət məmurlarının və xüsusən də rayon icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olmalıdırlar.
"Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlamağı rayon icra hakimiyyəti başçıları üçün bir daha prioritet istiqamətlərdən biri olaraq müəyyən edib, onlara öz fəaliyyətlərində vətəndaşlarla sıx təmasda olmaq, sosial ədalət və şəffaflıq prinsiplərinə riayət etmək, korrupsiya və rüşvətxorluqla mübarizə aparmağı qətiyyətlə tapşırıb”, - deyə Adil Əliyev qeyd edib.
Xəbər lenti
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM
Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub