ABŞ-ın "erməni soyqırımı" layihəsi: Siyasi gediş, yoxsa Türkiyəyə ağır zərbə?... - Arzu Nağıyev

ABŞ-ın
"Türkiyənin Suriya sərhədində keçirdiyi hərbi əməliyyatlardan sonra ABŞ-ın belə qərarlar qəbul edəcəyi gözlənilən idi".
Bu sözləri  politoloq Arzu Nağıyev ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarına şərhində bildirib.
Siyasi ekspert ABŞ-ın bu məsələni Türkiyəyə qarşı təzyiq mexanizmi kimi istifadə etdiyini vurğulayıb:
"Ermənilər nə qədər bunu erməni lobbisinin qələbəsi kimi qələbə versələrə də, bu, absurd məsələdir. Çünki ABŞ Konqresində Nümayəndələr Palatası və Senat var. Nümayəndələr Palatası böyük səs çoxluğu ilə bu qərarı qəbul edibsə, əleyhinə 11 nəfər səs veribsə, demək ki, bu, siyasi gedişdir; tapşırıq əsasında olan məsələdir ki, təzyiq mexanizmi olaraq bu variantdan da istifadə olunsun. Ancaq bu qərar hələ Senata çıxarılmalıdır. Senat da bütün ştatların nümayəndəsi deməkdir. Daha sonra ABŞ Prezidenti cənab Tramp tərəfindən imzalanmalıdır. Yəni, bu, uzun çəkəcək prosesdir. Sadəcə olaraq, bu, Türkiyəyə mesajdır ki, biz bu sanksiyalara da başlamışıq.

Digər məsələ, bununla paralel iqtisadi sanksiyaların tətbiq olunmasıdır. Düşünürəm ki, buna da mühüm cavabı Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu "Bu, siyası addımdır", - deyərək bildirdi. ABŞ bundan siyasi gediş, təzyiq mexanizmi kimi istifadə edir. Türkiyə KİV-in yaydığı xəbərə görə, Trampla Ərdoğanın görüşü planlaşdırılır, mühüm məsələlər müzakirə olunacaq və bu məsələyə bir də qayıdılacaqdır. Sadəcə olaraq anlamaq lazımdır ki, bu, Türkiyəyə qarşı olan təzyiq mexanizmlərindən biridir və "soyqırım" məsələsi də bu vasitə kimi istifadə olunur. Çünki bütün dünyaya bəyan edilib ki, Türkiyə arxivləri bu gün açılmağa hazırdır, soyqırımla bağlı hər hansı suallar varsa, oradan bu materiallar götürülə bilər. Təəssüf ki, ermənilər bu məsələyə ikili yanaşaraq öz xeyirlərinə istifadə edirlər".
 
LOBBİ.Az

Xəbər lenti